Forbes jurnalı bəşəriyyət tarixinin ən bahalı və qiymətli hədiyyələrinin siyahısını dərc edib.
1-ci yer: “Koh-i-Noor” almazı
Bəşəriyyət tarixinin ən bahalı hədiyyələri sırasında ilk pillə “Koh-i-Noor” almazına verilib. Bu almaz 1849-cu ildə Britaniya kraliçası Viktoriyaya hədiyyə edilib. 186 karatlıq almazı isə kraliçaya Sinkx dövlətinin sonuncu maxaracası olan Dalip Sinkx bəxş edib.
2-ci yer: 20 milyard dollar
ABŞ-da 1770-ci illərin müstəqillik uğrunda müharibəsinə görə Fransa tərəfindən təqdim edilən 20 milyard dollar Fransada nəhəng maliyyə böhranına və Fransa inqilabına səbəb olmuşdu.
3-cü yer: Cartier mirvarili zinət əşyası
Bu zinət əşyasını 1917-ci ildə bankir Morton Plank öz həyat yoldaşına hədiyyə edib. İndiki dövrün pulları ilə hesabladıqda zinət əşyasının dəyəri təqribən 20 milyon dollar edir.
4-cü yer: Metropoliten muzeyi üçün art-kolleksiya
Milyarder Leonard Lauder 2003-cü ildə özünün 1,1 milyard dollar dəyərində olan art-kolleksiyasını hədiyyə edir. Bu kolleksiyaya Pablo Pikasso, Jorj Brak və digər məşhur şəxslərin sənət inciləri daxil idi.
5-ci yer: Roman Abromoviçdən həyat yoldaşına incəsənət kolleksiyası
Rusiyalı milyarder həyat yoldaşına 100 milyon dəyərə sahib incəsənət nümunələrindən ibarət kolleksiya hədiyyə edib. Onlar sırasında Frensin Bekonun rəsmi və heykəltəraş Alberto Cakomettinin 14 milyon dollar dəyərində əl işi də var.
6-cı yer: Elizabet Teylor üçün brilliant
1969-cu ildə aktyor Riçard Berton həyat yoldaşı Elizabet Teylora 68 karatlıq brilliant hədiyyə edir. Hazırda həmin hədiyyənin dəyəri 7 milyon dollar təşkil edir.
7-ci yer: Tac-Mahal
Tac-Mahal XVII əsrdə padşah Şah-Cahanın əmri ilə həyat yoldaşının xatirəsinə inşa edilib. Hesablamalara görə Tac-Mahalın inşasına cari pullarla 827 milyon dollar vəsait sərf olunub.
8-ci yer: Bollivud aktrisası üçün yaxta
2008-ci ildə biznesmen Anil Ambani həyat yoldaşı, keçmiş Bollivud aktrisası Tina-ya yaxta hədiyyə edib. O bu hədiyyə üçün 80 milyon dollar xərcləyib.
9-cu yer: “Şərqin ulduzu” və “Houp” brilliantları
1908-ci ildə milyarder Tomas Uolş qızı Evelinə toyunda “Şərqin ulduzu” brilliantını hədiyyə edir. Bir ildən sonra isə Evelinin həyat yoldaşı ona “Houp” brilliantını hədiyyə olaraq təqdim edir.
10-cu yer: Oğlu üçün dəbdəbəli toy
Həmçinin siyahıya milyarder Mixail Quçeryevin oğlu Said və gəlini Xədicə üçün təşkil etdiyi dəbdəbəli toy da daxil edilib. Qeyd edək ki, toyda Enriki İqlesias, Patrisia Kaas və Cennifer Lopez çıxış etmişdi.
XƏBƏR LENTİ
Dil öyrənmək üçün
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Vahid tarif sistemi tətbiq olunacaq
Emrah son dəfə oxuyacaq!
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Moskvada daha bir məscid tikiləcək
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Maqnit qasırğası gözlənilir
Eliksirlə 10 yaş cavanlaş!
Bijüteriya asqıları
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Ronaldo 70 illik rekordu qırdı
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Qan aldırmaq nəyə kömək edir?
HAVA necə olacaq?- 11 MAY
Gündəlik dəbli koftalar
Suvenir formasında hazırlanmış kostyumlar
Serenay öz gözəlliyindən danışdı-FOTO
Məşhur aktrisa Qəbələdə dincəlibmiş-FOTO
İlin dəbli çantaları
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
İlan, ya tırtıl?
Bu şəxslər 100 dollar cərimələnə bilər
Namazın rükətlərinin sayını bilmədən...
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
"İşğalçılar məhv olunacaq"
Təhlükəli kosmetik məhsullar
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Cəlilabad rayonu
Fəlakət: ən böyük göl qurudu
Xilaskarlarına minnətdar olan heyvanlar
Düşmənə daha bir tutarlı cavab
Polis kenqurunu axtarışa verdi
Kosmik gəmi keksi (foto resept)
Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Naməlum heyvan cəsədi tapıldı
Şəkərli diabet
Bu pişiklər 300 minlik sərvətə sahibdir
Bütün dünyanın inandığı yalanlar
C vitamini
Ecazkar xanımlar üçün donlar
Füzulidə gecə gərginliyi