Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu "Asan peşə" layihəsi çərçivəsində "Asan xidmət" mərkəzlərində də aparılacaq.
Qadin.Net bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, ötən ildən başlayaraq, Təhsil Nazirliyi və "Asan xidmət"in "Asan peşə" birgə layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərindəki ilk peşə ixtisas müəssisələrinə sənəd qəbulu aparılıb: "Bu il isə bu layihənin miqyası genişlənib. Layihə bu il bütün Azərbaycanı əhatə edir. Ötən il 4 000 nəfərdən artıq gənc Bakıda və Gəncədə öz sənədlərini elektron qeydiyyatdan keçirərək ilk peşə ixtisas müəssisələrinin şagirdləri olublar. Yaxşı hal budur ki, ötən ilki qəbulda sənəd verənlərin 25 faizindən çoxunun orta bal göstəricisi 4-dən yuxarı olub. Bu, o deməkdir ki həmin gənclər təkcə ilk peşə ixtisas müəssisəsinə deyil, orta ixtisas və ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər".
C.Valehov deyib ki, şagirdlər avqustun 1-dən 22-dək şəxsiyyət vəsiqələrini və təhsil haqqında attestatları tədqim etməklə həm Bakı, həm də Gəncədə fəaliyyət göstərən "Asan xidmət" mərkəzlərində sənədlərini elektron qeydiyyatdan keçirə bilərlər: "Bizim "Asan xidmət" mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarımız var. Bakı, Sumqayıt daxil olmaqla, Masallı, Sabirabad, Gəncə, Qəbələdə şagirdlər həm "Asan xidmət mərkəzlərində, həm də ilk peşə ixtisas müəssisələrində öz sənədlərini qeydiyyatdan keçirə bilərlər".
C.Valehov deyib ki, əgər şagirdlər dövlət hesabına təhsil almaq istəyirlərsə, "Asan xidmət" mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə müvafiq olaraq, ilk peşə ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçə bilərlər.
Sektor müdiri əlavə edib ki, ilk peşə ixtisası müəssisəsinə sənəd vemək istəyənlər ərizələrində 10 ixtisası qeyd edə bilərlər. Qəbul zamanı onların orta attestat balı nəzərə alınacaq.
C.Valehov deyib ki, vətəndaşlığı olmayan şagirdlər ilk peşə ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər.
XƏBƏR LENTİ
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Yemək yeyərək sərvət qazanır - FOTO
Sobada badımcan dolması (foto-resept)
Hamar dəri üçün maska
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Sünnət üçün ideal yaş
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Ölü Dənizdə 1200 illik tapıntı
Futbol rəqsi: ingilislərə qarşı almanlar
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Ermənilərə tutarlı cavab
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Kağız halva (5)
Cəbhədən XƏBƏR VAR
Qubadlı rayonundan görüntülər - VİDEO
"Bizim mobil telefonlar"
İlham Əliyev Gürcüstana traktor bağışladı
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Ahmet Kural 10 ay həbsdə yata bilər
İtalyan üsulu çiyələkli keks (foto resept)
Dünyaya sərt mesaj verdi
Kartof Kroket (foto-resept)
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Amsterdam
Ruh sağlamlığını qoruyaq
Psixi inkişafda ünsiyyətin rolu(1)
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Geyimlərin rənginə görə xarakter
İtaliya şokda
Azad Söz (5-ci hissə)
Kakoslu piroq (foto resept)
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Pinokkio
Cinsi əlaqənin bilinməyən tərəfləri
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
HAVA necə olacaq?
Aclığın ipini çəkən tapıldı
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
"Şirin" üzüklər
Rusiyaya meteorit düşdü
Bürclər və daşlar
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Öz təbibin ol
Kişilər azalıb
Nəqliyyatçıların maaşı artıb