İllərdən bəri qorunub saxlanılan, nəsildən – nəsilə əmanət kimi ötürülən adət və ənənələri aşağılamaq fikrim heç vaxt olmayıb. Burada nə yaxşı, nə də pis bir şey görmürəm. Lakin qanımıza hopmuş bir neçə gərəksiz hesab etdiyim xüsusiyyətlərimiz var ki, onların unudulmasını çox istəyirəm. Təbii ki , ailələr müxtəlif olur, bir ailəyə məxsus cəhətdən yazan və danışan zaman heç kəsdə bütün ailələrin bu cür olması təəssüratı yaranmamalıdır. Beləliklə də elə bir başa mövzuya keçirəm.
Hamımız bilirik ki, bir çox ailələrdə kişi öz arvadının atasına söyüş edir. Çox pis bir xüsusiyyət olmasına baxmayaraq bir ənənə kimi bəzi kişilər qoruyur bu vərdişi. Bunun necə böyük bir ədəbsizlik olduğunu bilə - bilə bu cür rəftar edənlər var. Tanıdığımız, tanımadığımız çox ailələrdə bu vəziyyət mövcuddur. Bu qəbahətin bir neçə tərəfi var ki, şəxsən məni əməlli – başlı qıcıqlandırır. Həmişə “ Böyüyə hörmət etmək bizə babalarımızdan qalıb “ deyə öyünürük. Tərbiyənin ən böyük göstəricilərindən biri böyüyə itaət etməkdir. Bu mövzuda atalar sözləri də az deyil. Əksəriyyətimiz bu adətə mümkün qədər əməl etməyə çalışırıq. Qəribədir, bəzi kişilər öz böyüyünə hörmətlə yanaşıb onu bütləşdirdiyi halda qadının böyüyünə isə söyüş edir. Özünün valideynlərinə müqəddəs varlıq kimi baxıb, arvadından da bu cür baxışı tələb edən kişi qarşı tərəfin böyüklərini təhqir edərkən səhv etiyinin fərqinə varmır. Birindən “köpəkoğlu “ kimi nalayiq sözü eşidəndə ölüm- dirim savaşına çıxan kişi arvadına “köpəyin qızı” deyərkən necə bir alçaldıcı hərəkət etdiyindən qətiyyən utanmır. Belə nəticəyə gəlmək olur ki, oğul böyüdən böyüklər hörmətə , qız böyüdənlər isə təhqirə layiqdirlər. Bəyəm qadını da kişiyə çəkilən zəhmətin eyniylə böyütməyiblərmi?
Ən pisi isə budur ki, ataları söyülən qadınlar da, digər insanlar da bu halı normal qarşılayırlar. “Kişi döyər- söyər“ deyə hətta haqq qazandıranlar da var. Ataları söyülən qadınlar da susurlar. Susmayıb neynəsinlər axı ərə cavab qaytarmaq qəbahətdir. Elin qınağına tuş gəlmək istəməz heç bir qadın. Maraqlıdır, o təhqir olunan valideynlər özləri belə ata evini tərk edəndə qızlarına “mənə lap söysələr də cavab qaytarma“ deyə bunu öyüdün bir formasına çevirirlər. Deməli, ər evində xoşbəxt olmağın yolu söyüşdən keçir. “Ər evindən yalnız meyitin çıxmalıdır“ öyüdü ilə ərə gedən qızlar necə desinlər ki, atamı niyə təhqir edirsən?“ “Hamı çətinliklə arvad olur“ deyən anaların qızları da millətin təfəkkürüncə çətinlik çəkib arvad olmalıdır. Deməli xoşbəxtlik budur ki, sən döyülüb- söyülərək qocalıb 10- 15 nəvə - nəticə sahibi olmusan. Qızlar elə bununçün böyüdülür. Bu cür ailələrdə böyüyən oğlan uşaqları da bu “ənənəni“ sevə- sevə qəbul edir və özü də atası tək beləcə övladlarının babasını söyür. Bir yandan da qız uşaqları bu mənzərəyə alışır və o da anası kimi sükutla qarşılayır bu təhqiri. Arvadını öz valideynlərinə sitayiş etməyə məcbur edən bəzi kişilər unudurlar ki ,bu məcburi hörmət də elə onun öz qayınatasına və qayınanasına etdiyi təhqirdən fərqlənmir. Əgər o sitayiş ürəkdən inanaraq edilmirsə heç bir məna kəsb etmir.
Əslində elə böyüklər özləri belə tərbiyə edirlər övladlarını. Oğlanları evlənəndə ona “xanımının valideynlərinə hörmətlə yanaş“ deyən olmur. Əksinə bu cür rəftar edən oğlu nankorluqda qınayırlar. Nəticədə də seçkinlik və hörmətsizlik yaranır.
Bu ədalətsiz rəftarın nəticəsində belə düşünmək olur ki, ümumilikdə böyüklük anlayışı yoxdur. Böyük hər kəsin özünün böyük hesab etdiyi şəxslərdir.
Pərvanə Bayramqızı
XƏBƏR LENTİ
Ümumdünya Solaxaylar Günüdür
HAVA necə olacaq? 10 İyul
Kişilərin futbol sevgisinin səbəbləri
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Tarkanın xanımı görünüşü ilə diqqət çəkdi-FOTO
Evdə idman hərəkələri
Qışda qabaran saçlar...
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Qlükoza
Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Sürətli gəzişi sınayın
Yaz fəsli üçün maskalar
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Keçmişdən bu günə - 1 May
500 illik məscid məhv olmaq üzrədir
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycan bu siyahıda liderdir
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Həkim Bəhram Bağırzadə ilə bağlı şad xəbər verdi
Sürücülərə xəbərdarlıq
Bakıda Quran Gecəsi keçiriləcək
Jurnalistlər üçün tikilən 3-cü binanın təhvil vaxtı açıqlandı
Ötən il neçə şagird attestatsız qalıb?
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Təyyarədə utandı, 76 kq arıqladı - FOTO
Dünya əhalisinin üçdə biri oyun oynayır - ARAŞDIRMA
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi
2015 bürclərə nə vəd edir?
Portağallı limonad (foto-resept)
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Girovlarımıza ağır cəza
Bananlı yulaf əzməsi (foto resept)
Messiyə 500 milyon avroluq təklif gəldi
Tez qırılan saçlara necə qulluq etməli?
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Gil maskasının faydaları
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
Azərbaycanda doğum səviyyəsi artıb
Naməlum canlı hər kəsi qorxutdu-FOTO
- ŞƏRHLƏR