İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Day.Az xəbər verir ki, İqtisadiyyat və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında, "Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda "Karolina" və "Zontik" plombir dondurmalarında, eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib.
Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.
İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
XƏBƏR LENTİ
Kamera və biz!
Ancelina Colidən gözlənilməz-VİDEO
Birinci Xanım Parisdə Xocalı faciəsindən danışdı
Maradona futbol oynayacaq
Riyazi məntiq (10)
Qırışların qarşısını alan qidalar
Bakıda "Təmiz hava": yoxlama gedir
Günün ulduz falı
Qış toyu üçün rəng seçimi
Günün qoroskopu: uğurlu gündür!
Utanmağın səbəbləri
Manatın məzənnəsi
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Günün ulduz falı
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Günəşdən unikal görüntülər
Bölgələrimizin mətbəxi - Gəncə
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycanın ən yaxşı ürək həkimləri Qarabağda TOPLAŞDI
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Bakılı sürücüləri yenilik gözləyir
Rezidenturaya qəbul olanların nəzərinə!
Kəsmikli göbələklər (foto resept)
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
Azad söz( 2 -ci hissə)
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
Sən getdin...
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Analar, siz səhv bilirdiniz?
Əsla makiyajlı yatmayın!
"Dolu" bu dəfə Daşkənddə
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Körpələr üçün zərif dekorasiya modelləri
Xərçəngin çarəsi əqrəbdə tapıldı
Cansu Dere ekranlara qayıdır
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
2018 payız trendi: Dama-dama kostyumlar
Evdə qar kürəsi (özün düzəlt)
"Zəhərli ana" xarakteri nədir?
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Hava haqqında - 21.09.2013
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək