Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Düyü suyunun saçlara inanılmaz faydası

 

Düyü suyunun saçlara inanılmaz faydası

 

 

Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.

Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.

 

 

Düyü suyunun saçlara inanılmaz faydası

 


Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar.

Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir.

Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.

 

 

Düyü suyunun saçlara inanılmaz faydası

 


Düyü suyu saçların sağlamlığı və gözəlliyi üçün də çox faydalıdır. Düyü suyu ilə saçları yaxalayada saçlar daha sağlam görünür və tez uzanır, parıldayır, elastik və yumşaq olur.

Düyü suyunun hazırlanması üçün düyü (uzun, yumru, qəhvəyi və s.) bişirilmiş su istifadə olunur. Suyu yaxşı süzün və 1-2 gün ərzində isti yerdə saxlayın ki, suda qıcqırma prosesi başlasın. Bu prosesin nəticəsində suyun kimyəvi tərkibi zənginləşir. Suyun dadı bir qədər turş olduqda onu şüşə qaba tökün və soyuducuya qoyun. Hazır düyü suyunu 3-4 gün ərzində istifadə edə bilərsiniz.

Səslərin sayı: 1
4
2080
loading...
Şərhlər
Offline
GÜLÇİN
Düyü suyu üzədə faydalıdı. Adi çiy düyünü isladıb onun suyu ilə üzü silmək olar. Kosmetoloq danışanda eşitmişəm. Ümumiyyətlə düyü cavan qalmaq üçün ən gözel qidadi. Çox faydalıdır.
27 iyul 2017 23:54
Offline
Emma Svon
Saçı parıldatdığını eşitmişdim.
27 iyul 2017 23:49
Offline
Xəyalə Murad
Təbii düyü suyunu saçqıranlara qarşı istifadə etmişəm. Faydası olub.
27 iyul 2017 11:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Yəqin ki kalçuk düyüləri nəzərdə tutmur
27 iyul 2017 11:16
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır