Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:27Surayye Gözəl bacılar haralardaydiz? Niyə iki gündü görüşmüşük 13:19Sima cox sagolun xeyale xanim indi elayig)) 13:17Xəyalə Murad Xanımlar xoş gəlmisiz, necəsiz? 13:16Sima helooo qizlar men geldim 12:44PERI salam qizlar necesiz 10:24Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39437

Texnologiyadan uzaq, təbiətə yaxın

Texnologiyadan uzaq, təbiətə yaxın

Uşaqlar biz böyüklərə nisbətən kiçik şeylərlə daha çox xoşbəxt olurlar. Bəzən bir pazılın parçasını tapmaq, bəzən bir topu  qapıya  düz göndərmək sevincinin və həyəcanın səbəbi ola bilər. Çünki onların xəyal dünyaları, hisləri çox geniş və öyrənməyə ac varlıqlardır. İstanbul Aydın Universiteti VM Medical Park Flora Xəstəxanası Mütəxəssis Klinik Psikoloğu Özlem Kelle, uşaqların şəxsiyyətinin formalaşdığı prosesdə yaşlıların dəstəyinə və idarə etmələrinə ehtiyac duyduqlarını bildirərək, uşaqları keyfiyyətli zaman keçirmək istəyən valideynlərə təkliflər verdi.

Valideynlər, ancaq uşaqları keçirdikləri keyfiyyətli zaman sayəsində onları müşahidə edə, ehtiyac və bağ sahələrini kəşf edə bilərlər. Psixoloq Kelle valideynlərə,  söhbətcil uşaqlar böyütmək üçün tövsiyələr verdi:

"Uşağın birlikdə həqiqətən həzz alaraq keçirdiyiniz zamanın onun zehni, fiziki, emosional və sosial inkişaf sahələrinin hamısı üçün lazım olduğunu unutmayın. Birlikdə keçirəcəyiniz keyfiyyətli zaman və görəcəyiniz fəaliyyətlər üçün bəzi təklifləri bu şəkildə sıralaya bilərsiniz:

Texnologiyadan uzaq, təbiətə yaxın

Onu kəşfiyyata istiqamətləndir

Oyun hər yaş uşaq üçün özünü ifadə etmək, kəşf etmək və öyrənmə vasitəsidir. Uşağın oynadığı oyunlara qatılmaq, öyrənmə və kəşf etmə prosesinə kömək etmək deməkdir. Məsələn; Bahalı bir oyuncaq almaq əvəzinə uşaqla  bərabər balacaboy materiallarla öz oyuncağını yaratmasına yardımçı olmaq, onun maraq hissi və kəşf etmək ehtiyacını qarşılayarkən birlikdə bir məhsul ortaya qoymaq isə sizlə olan əlaqəsini gücləndirəcəkdir.

Şəkilli kitablardan başlayın

Kitablar uşağın zehni inkişafını dəstəkləyən ən mühüm mənbələrdəndir. Uşağınıza kiçik yaşda şəkilli kitablarla başlayıb yaşı irəlilədikcə tutumuna uyğun kitabların olduğu bir şərait yaradın. Sizi rol model olaraq görən uşağınıza kitab oxuma vərdişi qazandırmaq üçün ailəvi kitab oxuma saatları təşkil edin.

 

Texnologiyadan uzaq, təbiətə yaxın

Qoyun 2 yaşına qədər texnologiya ilə tanış olmasın

Xüsusilə, yaz tətilində məktəblərin bağlanması telefon, planşet, televizorla daha çox vaxt keçirmək söz mövzusu ola bilər. Uşağınız iki yaşına gələnə qədər onu bu texnologiyalar ilə ünsiyyət yaradacağı mühitlərdən uzaq tutun. Yaşca böyük uşaqlar üçün də texnologiya zehni inkişafa mənfi təsir edəcəyindən bir məhdudlaşdırma lazımdır. Uşağınızın bu texnologiyalarla keçirdiyi müddət mövzusunda dəqiq bir sərhəd çəkin. Bu müddətin gündə 1 saatı keçməməsinə diqqət yetirin və sərhədləriniz məsələsində iradəli olun.

 

Texnologiyadan uzaq, təbiətə yaxın

Təbiət, idman, musiqi həyatınızda daim olsun

Uşağınıza alternativ fəaliyyətlər tapmaq məsələsində dəstək olun. Məsələn, məhdudiyyət gətirdiyiniz planşet oyunu əlindən alınan uşaq özünü boşluqda hiss edə bilər. Həzz aldığı başqa bir şey tapmayınca planşeti geri almaq üçün sizə müqavimət göstərə bilər. Planşet oyunu əvəzinə üzgüçülük, velosipedə minmə, alətdə ifa etmə, təbiət kəşfinə çıxma kimi alternativlərlə həm uşağınızı dəstəkləmiş, həm də öz sərhədlərinizi təminata almış olarsınız. Həmçinin idmanın uşağın fiziki inkişafına töhfələri olduğu kimi zehni, emosional və sosial inkişafını da dəstəklədiyini unutmayın. Uşağınızın enerjisini arta, özünün də seçim edə biləcəyi bir idman fəaliyyətinə yönəldin.

 

Texnologiyadan uzaq, təbiətə yaxın
Səslərin sayı: 1
2
3082
loading...
Şərhlər
Offline
Ustaclı
İNdi uşaqların ən çox təbiətdə olmağa ehtiycı var
23 iyul 2017 19:42
Offline
GÜLÇİN
Ən gözəli keçmişdə idi, texnologiya olmayan vaxt.
19 iyul 2017 15:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!