Bakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Milli.Az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.
Qeyd edək ki, Pərvin Əhmədova Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015 və 2016-cı illərdə qızıl medal qazanıb. "Ədəbiyyat biliciləri" müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb. "Parlaq zəka" intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.
İlhamə Hüseynova isə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.
Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.
I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.
XƏBƏR LENTİ
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Yemək yeyərək sərvət qazanır - FOTO
Sobada badımcan dolması (foto-resept)
Hamar dəri üçün maska
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Sünnət üçün ideal yaş
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Ölü Dənizdə 1200 illik tapıntı
Futbol rəqsi: ingilislərə qarşı almanlar
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Ermənilərə tutarlı cavab
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Kağız halva (5)
Cəbhədən XƏBƏR VAR
Qubadlı rayonundan görüntülər - VİDEO
"Bizim mobil telefonlar"
İlham Əliyev Gürcüstana traktor bağışladı
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Ahmet Kural 10 ay həbsdə yata bilər
İtalyan üsulu çiyələkli keks (foto resept)
Dünyaya sərt mesaj verdi
Kartof Kroket (foto-resept)
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Amsterdam
Ruh sağlamlığını qoruyaq
Psixi inkişafda ünsiyyətin rolu(1)
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Geyimlərin rənginə görə xarakter
İtaliya şokda
Azad Söz (5-ci hissə)
Kakoslu piroq (foto resept)
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Pinokkio
Cinsi əlaqənin bilinməyən tərəfləri
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
HAVA necə olacaq?
Aclığın ipini çəkən tapıldı
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
"Şirin" üzüklər
Rusiyaya meteorit düşdü
Bürclər və daşlar
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Öz təbibin ol
Kişilər azalıb
Nəqliyyatçıların maaşı artıb
- ŞƏRHLƏR