Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artması kənd təsərrüfatı məhsullarının öz qiymətinin qalxmasına səbəb olmayacaq.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir: "Aİ-92 markalı benzin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmir. Buna görə də, qeyd edilən markalı benzinin qiymətinin qalxması kənd təsərrüfatı mallarının istehsalına və qiymətlərinə heç bir formada təsir edə bilməz".
Tarif şurasının katibinin sözlərinə əsasən, dəyişiklik, həmçinin, sərnişin və yükdaşıma nəqliyyat vasitələrinə də təsir etməyəcək: "İctimai nəqliyyat vasitələri sırasında, yəni avtobuslarda, həmçinin dəniz nəqliyyat vasitələri ilə sərnişin və yük daşıma üsullarında üstünlük təşkil edən yanacaq növü dizeldir, bəziləri isə maye qazdan istifadə edir. Bu halı Aİ-92 benzini əvəzinə reaktiv yanacaqdan istifadə edən hava nəqliyyat vasitələrinə də şamil etmək olar. Göründüyü kimi, yük və sərnişin daşıma vasitələrinin əsas yanacaq növləri dizel, aviabenzin, sıxılmış və maye qaz olduğundan, benzinin qiymətinin qalxması onlara təsir etməyəcək".
İ. Məcidovun sözlərinə görə, dəyişiklik fərdi taksi xidmətlərinin qiymətlərində dəyişikliyə səbəb ola bilər, lakin yenə də, artım çox cuzi olacaq: "Taksi xidmətində çalışan sürücülərin çoxusu dizel yanacağından istifadə edir. Lakin hətta onlar Aİ-92 markalı benzindən istifadə etsələr də belə, hər 100 km yola 10 litr benzin sərf edirdilərsəç xərcləri hər km üçün 0.02 manatş 10 km yol üçün isə 0.2 manat miqdarında artır. Bu sahə üzrə rəqabətlik yetərincə yüksək səviyyədədir, odur ki, hansısa şirkət əsassız şəkildə qiymət qaldırdığı halda klient bazasını itirəcək. 2013-cü ildə dizel yanacağının qiyməti qalxdıqda bir çox taksi xidmətləri qiymətləri qaldırdı, lakin bir müddət keçdikdən sonra yüksək rəqabətlilik üzündən yenidən aşağı salmaq məcburiyyətində oldular. Nəticə etibarı ilə, hal-hazırda ölkədə taksi xidmətlərinin qiyməti 2013-cü ildən aşağıdır".
İyulun 14-ü Azərbaycan Tarif (qiymət) şurasının qərarı ilə Aİ-92 markalı benzinin pərakəndə qiyməti 0.20 manat məbləğində qaldırılıb. Şuranın qərarına əsasən, 15 iyul tarixindən Aİ-92 markalı benzinin qiyməti 0.90 manat təşkil edir.
Tarif şurasında bildirildiyi kimi, bu addım Azərbaycanda istehsal edilən motor yanacağının Avropa səviyyəsinə çatdırılması, ekoloji vəziyyətin stabilləşdirilməsi və əhalinin artan ehtiyaclarının təminatı məqsədi ilə atılıb.
XƏBƏR LENTİ
2015-ci il dəbdə olacaq saç modelləri
Yay Geyimləri
25 müasir mətbəx dizaynı (2)
Vitaminlər
Lavanda bitkisinin faydaları
Koronavirusla bağlı ŞAD XƏBƏR
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Hər qadının qarderobunda mütləq olmalıdır
Bakıda qeyri-adi canlı tapılıb
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Koronavirus əleyhinə zərdab ixtira edildi
ABŞ Qarabağla erməniləri məyus etdi
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Bu da Sony Xperia Z Ultra
Göbələkli mantı (foto resept)
Gözəl nitq üçün 5 tövsiyə
Məktəblərdə telefon qadağan olunsunmu?
Tariximiz Qazaxıstanda
Azərbaycana yeni qədim əlyazma gətirildi
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ
Karantin rejimindən çıxış necə olacaq? -RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Ardanın meydançada halı pisləşdi
"Dönərsən deyə" Nagehan Karaman
Türkan Şoray tanınmaz halda...- FOTO
Çalışan analar
Bakteriyalar
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
İmmuniteti gücləndirən 5 ərzaq
Təhsil Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Zirəddindən Bakı proqnozu
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Qeyri-adi gücləri olan 4 insan
Gözəllik müsabiqəsinin qalibinə şok
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Beyni 4 günə pozan qidalar
Qoz yarpağının faydaları
Xoşbəxt olmağın 5 asan qaydası
Ebola virusu qarşıdurma yaratdı
Moskvaya yeni erməni ittihamı
İranın “səfir”i kosmosa uçdu
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Sergey Lazarev 12 kq arıqladı
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Günün ulduz falı
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO