İyulun 14-də Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu" ASC-nin Nizamnaməsinə dəyişiklikləri təsdiq edib. İpoteka kreditinin verilmə qaydalarında da bəzi dəyişikliklər baş verib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyevin dediyinə görə, Nizanmnaməyə edilən dəyişikliklər Fondun fəaliyyətinin təşkilati məsələlərini əhatə edir.
"Bundan başqa, Nizamnamə kapitalı hazırkı 307 milyon 238 min 671 manatdan 366 milyon manata qədər artırılıb. Dəyişikliklər Fondun gəlirlərinin bölüşdürülməsi məsələlərinə də aiddir. Əgər əvvəllər gəlirin 50%-i ipoteka kreditləşməsinə yönəldilməli idisə, indi bu maneə aradan qaldırılıb. Başqa sözlə, Fond özü bu səviyyəni konkret vəziyyətdən asılı olaraq müəyyən edəcək", - Rəşad Əliyev deyir.
Ekspert ona da diqqət yönəldir ki, ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər baş verib: "Əvvəllər bu kreditlər yalnız təmirli mənzillər üçün verilirdi və həmin mənzillərin 1 kvadrat metrinin qiyməti bu zonada orta bazar dəyərindən yüksək ola bilməzdi. İndi isə adi kreditlər üzrə bu məhdudiyyətlər aradan götürülüb. Lakin məhdudiyyətlər güzəştli kreditlərdə qalıb. Ən başlıcası isə odur ki, kreditlərin yalnız təmirli mənzillərə veriləcəyi ilə bağlı şərt yoxdur", - həmsöhbətimiz bildirir.
Onun sözlərinə görə, qaydalardan kreditin maksimal məbləğini müəyyənləşdirən bənd də çıxarılıb. Bu vaxta kimi həmin məbləğ müəyyən hesablamalarla məlum edilirdi ki, hesablamaların şərtləri bazardakı vəziyyətə görə dəyişə bilirdi. "Bu yaxınlara qədər həmin məbləğ 100 min manata bərabər idi. Belə çıxır ki, bu məhdudiyyət də aradan çıxıb və kreditin maksimal məbləğini Fond özü müəyyən edəcək. Lakin bu, o demək deyil ki, həmin məbləğ artırılacaq, halbuki buna tam haqqı var. Güzəştli kreditlər üzrə maksimal kreditləşdirmə həcmi daşınmaz əmlakın dəyərinin 90%-i həcmində saxlanılıb. Adi kreditlər üzrə isə yuxarı hədd 85% səviyyəsində müəyyənləşdirilib", - ekspert deyib.
Ümumilikdə, Rəşad Əliyevin fikrincə, prezident tərəfindən edilmiş dəyişikliklər Fonda daha çox imkanların yaradılması və qurumun effektiv fəaliyyəti üçün nəzərdə tutulmuşdur. "Effektiv fəaliyyət isə yalnız sosial proqramların həyata keçirilməsi deyil, həm də maliyyə dayanıqlığı və iqtisadi dividendlərdir", - Rəşad Əliyev qeyd edib.
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Türkəçarə, yoxsa başa bəla?
Gül rənglərinin mənaları
Romatizmal xəstəliklər
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ailə tərbiyəsi necə olmalıdır?
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 1227 yeni yoluxma
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Yeməklərinizi rəngləndirin
Serdar Ortaç boşanır?
Facebook-da yeni qadağadan xəbəriniz var?
Bakıda bu marşrut kart sisteminə keçdi
Chrome yeniləndi
Unutduğumuz 10 həqiqət
"Eurovision"un püşkatması keçirildi - Azərbaycan neçəncidir?
Kişilər üçün ondan yaxşısı?
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sizin həyat tərziniz (Test)
Qalib idmançılarımıza daha 50 min
Cənnətin ən yüksək zirvəsi
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
Conni Depp Sofi adlı modellə sevgilidir
"Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar"
"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Ebru Şallıdan 10 mükəmməl maska təklifi
Siqaret çəkən və çəkməyən anaların uşaqları arasındakı fərq
İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO
Paşinyan Qarabağdan əlini üzdü
Məktəbimiz həmin gecə 13 şəhid verdi - Azərin
Leyla Yunusun apellyasiya şikayəti təmin edilmədi
Özcan Dəniz keçmiş xanımı ilə BARIŞDI-FOTO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
Manatın məzənnəsi
Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Zamanı az olan analara idman hərəkətləri
Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Parisin nudist restoranı bağlandı-SƏBƏB
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
"Facebook" istifadəçilərinə şad xəbər
Bakı dumana bürünəcək
Üzüklər
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
Qara rəngli donlar (2)
Bakıdan İrəvana sərt cavab
- ŞƏRHLƏR