Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı iyulun 14-ü saat 00.00-da başa çatır.
Qadin.Net APA-ya istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizə ilə qeydiyyatdan keçənlərin sayı 47 000-dən çoxdur. Ərizələrin qəbulu davam etdiyi üçün, bu rəqəmin artacağı gözlənilir.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 min civarında vakant yer çıxarılıb.
Qeyd edək ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilər. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
XƏBƏR LENTİ
At şampununun saçlarımıza təsiri
Əlifba
Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO
Rezidenturaya qəbul qaydaları dəyişdi - QƏRAR
Həkim Hepatit B-nin əlamətlərini AÇIQLADI
Seçkiyə hazırıqmı?
Uzun saçlara necə qulluq etmək lazımdır?
Azərbaycan Türkiyədə İKT sahəsində iri sərgidə təmsil olunacaq
Yeriyən zülallar
Əgər onun pişiyi varsa...
Müharibə əlilləri, veteranlar və şəhid ailələri Prezidentin fərmanını yüksək qiymətləndiriblər
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Klassik mətbəx dekorasiyası
Ruhun ayaq izinə rastladılar-FOTO
İnsanların daha sonra çəkdikləri peşmanlıqlar
Günün ulduz falı
Azərbaycanda daha 438 nəfərdə koronavirus aşkarlandı, dörd nəfər vəfat etdi
“Taxt oyunları” gözlənildiyi kimi olmayacaq - FOTO
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Qadına aid gözəlliklə dolu adi həyat günü
İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı
Günün ulduz falı
Fərqli manikür nümunələri
Quyruq yağının faydaları
Əməliyyatsız mədə kiçiltmə üsulları
Cəbhədən xəbər var
Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ
8 qadın nazir təyin olundu
Valideynlər körpələrinin görünüşünü özləri seçəcəklər
Xaricdə oxuyan tələbələrə şad xəbər
190 manatın yenidən verilməsi üçün ƏSAS KRİTERİYALAR
Moskvada Avropanın ən böyük məscidi
Ehtiyatlı olun: Məşhur viskidə …böcək dərmanı!
Məşhur müğənni tənqid olundu
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini artıracaq
2011-ci ilin Çantaları
Yataq örtükləri
"ASAN xidmət" bu gündən "kupça" verməyə başlayır
Açar əvəzinə smartfon
Ölkə ərazisində qar yağacaq
Məşhur model ananasdan zəhərləndi-FOTO
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu tarixi zəfəri müzakirə etdi
Aktrisanın yalanı üzə çıxdı-FOTO
Cennifer Lopes arıqlamaq istəyir - FOTO
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq
Dolların Azərbaycanda yeni problemi
Göbələkli, toyuqlu pizza (foto resept)