Bakıda hava 29°
USD 1.7009 AZN
EUR 2.0003 AZN
10:21Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! Necəsiniz?
37589

Ərikli küftə (foto resept)

 

Tərkibi:

4 ədəd ərik

1 ədəd vanil çubuğu

150 ml krem

40 qram fıstıq

150 ml süd

4 ədəd yumurta sarısı

6 y/q şəkər

120 qram kərə yağı

400 qram yağsız qatıq

125 qram un

80 qram çörək qırıntıları

Üzəri üçün un

 

Hazırlanması:

Fıstıqları doğrayın. Əriklərin çəyirdəklərini çıxardın.

Ərikli küftə (foto resept)

 

Qazanda vanil və südü qaynadın. Şəkər və yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. 

Ərikli küftə (foto resept)

 

Xəmir üçün bütün məhsulları qarışdırın və xəmir bir-birinə yapışana qədər yoğurun. Xəmiri 8 hissəyə ayırın. Xəmirin içinə ərikləri yerləşdirib top hazırlayın.

Ərikli küftə (foto resept)

 

Böyük bir qazanda suyu qaynadın. Ərikli küftələri suda 10 dəqiqə qaynadın.

Ərikli küftə (foto resept)

 

Kərə yağında çörək qırıntılarını qovurun. Küftələrin üzərinə çörək qırıntısı, fıstıq və vanilli sousu əlavə edin. Daha sonra servis edin.

Ərikli küftə (foto resept)

 

Nuş olsun! 

Səslərin sayı: 1
4
266
Loading...
Şərhlər
Offline
Iceberg
Maraqlı və fərqli dadı olacağına əminəm
16 iyul 2017 00:31
imza: shafaabdulla.blogspot.com
Offline
Ustaclı
Fərqli və maraqlı görünür
15 iyul 2017 20:31
Offline
Xəyalə Murad
Fərqli reseptdir. Ət yerinə ərik maraqlıdır.
15 iyul 2017 18:41
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
GÜLÇİN
kimsə eləsə dadına baxaram, maraqlıdı,amma bəyənəcəyim təama oxsamır ?
15 iyul 2017 14:22
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış