Bütün dünyada, o cümlədən Azərbaycanda xərçəng xəstəliyi bir bəla kimi geniş yayılıb. Statistikaya əsasən, ötən il ölkəmizdə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub. 2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub. 2015-ci ildə 10 183 nəfərə, 2016-cı ildə isə 10 807 nəfərə ilk onkoloji diaqnoz qoyularaq qeydiyyata götürülüb. Həmçinin bildirilir ki, 2013-cü ildən indiyədək Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata düşüb. Ötən il ərzində 121 uşaq ilk dəfə olaraq onkoloji diaqnozla qeydiyyata alınıb.
Xəstəliyin bu qədər geniş vüsət almasına baxmayaraq, hələ də xərçəngi tam müalicə edəcək dərman yoxdur. Bir çoxları isə bu dəhşətli xəstəlikdən yaxa qurtarmaq üçün müxtəlif türkəçarə üsullara əl atır. Xalq arasında bitkilərlə, hansısa heyvanların, həşəratların köməyi ilə bu bəladan qurtaracaqlarına ümid edənlər də çoxdur.
Qadin.Net xəbər verir ki, Respublikanın onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli lent.az-a açıqlamasında xərçəng xəstəliyinin türkəçarə üsullarla müalicəsinin mümkün olmadığını bildirib.
"Bu gün elm inkişaf edib, heç bir türkəçarə ilə xəstəliyi müalicə etmək mümkün deyil və bunlar tamamilə absurd fikirlərdir", - deyən A.Kərimlinin sözlərinə görə, xərçəng xəstəliyinin dünyada etimologiyası məlum deyil: "Bu o demək deyil ki, onkologiya elmində inkişaf yoxdur. Burada ekoloji, qidalanma, stress, əsəb və digər faktorlar əsas yer tutur. Xərçəng təbiətin xəstəliyidir. Bunu yalnız insanlara şamil etmək düzgün deyil. Çünki buna bütün canlı orqanizmlərdə təsadüf edilir. İstər heyvanat aləmində, bitkilərdə, istərsə insanlar arasında. Ümumiyyətlə, xərçəng xəstəliyi ilə təsirli mübarizə aparmaq üçün ilk növbədə ekologiya təmiz olmalıdır. Əgər ekologiya təmiz deyilsə, düzgün qidalanmadan danışmaq olmaz. Bu problem bütün dünyada eynidir. Dünya statistikasına nəzər saldıqda və qonşu ölkələrlə müqayisədə ən az xərçəng xəstəliyi Azərbaycandadır".
Baş onkoloq təəssüflə qeyd edib ki, hər kəs xərçəng xəstəliyindən qorxur və onun müalicə olunduğunu bilmir. Halbuki xərçəngdən müalicə olunaraq, 100 faiz sağalmaq mümkündür: "Bu o adamlara aiddir ki, xəstəliyi birinci, ikinci mərhələdə aşkar olunur və tam düzgün müalicə alır. Statistikaya əsasən, bu cür xəstələrimiz 25-30 il yaşayırlar. Yüzlərlə, minlərlə belə xəstə var. Burda bircə əsas şərt var - xəstə zamanında həkimə müraciət etməlidir. Diaqnoz vaxtında qoyulmalı və müalicə taktikası düzgün seçilməlidir. Digər insanları da qınaya bilmirəm. Çünki onların xərçəng xəstəliyi ilə bağlı məlumatı yoxdur. Məlumat yalnız ondan ibarətdir ki, bu, qorxulu xəstəlikdir".
A.Kərimli əlavə etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox təsadüf olunan onkoloji xəstəlik traxeya-bronx-ağciyər xərçəngidir: "Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. Prostat vəzinin xərçəngi də kişilər arasında rast gəlinən onkoloji xəstəliklər sırasında ilk yerləri tutur. Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərçəngi müşahidə olunur".
Həkim onu da vurğuladı ki, böyüklərə nisbətən uşaqlarda xərçəng xəstəliyinin müalicəsinə nail olmaq çox-çox asandır: "Ölkəmizdə uşaq onkologiya mərkəzi yox idi. Ölkə rəhbərliyinin və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə Uşaq Onkologiya Mərkəzi tikildi və 2012-ci ildə istifadəyə verildi. O zamana qədər imkanı olanlar xəstə uşaqlarını xarici ölkələrə aparırdılar. İmkansız ailələr isə respublikada qeyri-düzgün müalicələr alırdı. Amma indi bunun üçün ölkəmizdə bütün şərait var. Uşaqlar da müraciət edəndə tam olaraq müayinə edib müalicələrini aparmaq mümkündür. Böyüklərə nisbətən xərçəng xəstəliyinin müalicəsinə nail olmaq uşaqlarda çox-çox asandır".
XƏBƏR LENTİ
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
Seda ana oldu-FOTO
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Səhərlər gümrah oyanmaq üçün 4 vərdiş
Həyatda fəxr edəsi nəyiniz var?
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Firuzə qaşının cazibəsi
Artıq çəki yuxusuzluğa səbəb olur
Keçəlliyin də dərmanı tapıldı
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
"Yayın ən yaxşı cütlüyü" seçildilər - FOTO
Gözəl ibadət yerləri
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Borclu abonentlərə XƏBƏRDARLIQ: Dekabrın 25-dən...
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şəhid bu gün dəfn ediləcək
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Kəsiri olan tələbələrin nəzərinə
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Dodaq boyasının zərərləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Təyyarəni qaçıran şəxs həbs edildi
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Keçibuynuzu
Lift qəzaları niyə artır?
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Günün qoroskopu: Uğurlu gündür!
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
İranda zəlzələ oldu
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Azərbaycanda Facebook istifadəçilərinin sayı azalır
Fransız tədqiqatçı erməniləri biabır elədi
Ulduz aktyor öldü-FOTO
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Qırmızı gözlü yaşıl qurbağa
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
Sensasiya: Marsda su tapıldı
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Biliyini yoxla (2)
Arıqlamağın ən asan yolu: gülmək
Dünyanın ən qədim tikililəri
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Dadı damaqda, zəhəri canda qalan "onluq"