Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
13:10Gözel Gözlum Salam her kese 11:30Xəyalə Murad Hər birinizə xoş həftə sonu diləyirəm! 11:29Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər! 17 noyabr 21:12Xəyalə Murad Xoş gəldin, Samirə) Hər zaman sən gələsən! 17 noyabr 20:59ARiEL_ViViAN(SaMiRə) sohbet otaqina gelinde sayt ehliii... 17 noyabr 20:53ARiEL_ViViAN(SaMiRə) Salam Sayt ehli.Necesiz? 17 noyabr 12:01Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 15 noyabr 15:23Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər! 15 noyabr 11:05gun ka sabaxiniz xeyirli ve ugurlu olsun 15 noyabr 09:01Emma Svon Hər kəsə salam!!!
37855

Ayrılığa alışmadım (Etiraf)

Ayrılığa alışmadım (Etiraf)
Əziz Qadın.Netlilər. Mən bir dəfə saytımızda anamın şeirlərini paylasmışdım. ALLAH analarımıza can sağlıgı versin. Haqq dünyasına köçənlərə rəhm etsin .Mənim də rəhmətlik anam poeziya həvəskarı idi. Bir gün onun yazdığı şeirlər dəftəri əlimə keçdi. Orada şeirlərdən əlavə ana haqqında bir yazı məni çox kövrəltdi. Bəlkə də o ərəfədə anam sağ olsaydı, mənə bu qədər toxunmazdı. Indi sizinlə də bu yazını bölüşmək istəyirəm. Öncə onu deyim ki, anam da öz anasını erkən yaşlarında itirdiyi üçün təqdim edəcəyim yazı onu cox kövrəltmişdi.
  Yuxusuz gecələrini, yorğun gözlərinin işığını mənə bağışladın, ana. Gecələr başımın üstündə çıraq kimi yandın. Indi o işığı itirmişəm. Işıqlı dünyanın əzabını sənsizlikdə görmüşəm. Qədrini gec bilmişəm, ana.
 Həmişə görüşümə tələsdin. Qəmimi, sevincimi özünlə gəzdirdin. Məhəbbətini, sədaqətini borc vermədin, qurban verdin. Əvəz istəmədin. Əvəzsizdir sənin çəkdiyin əziyyətin. Səməndər quşu tək nələr çəkdin...
Ayrılığa alışmadım (Etiraf)

 Hər yerdə, hər şeyə sənsiz tələsdim. Boş şeylərin üstündə niyə əsdim? Səni qəlbincə sevib oxşamağa gecikdim. Ayrılıqlar yolumuzda çəpər olmadı.Təkcə sən yolumu səbrlə gözlədin. Incimədin. Qapımı açanda gileylənmədin. "Nigaran idim, gəldim səni görüm"dedin.Tükənməzmiş sənin səbrin. Indi qapını tez-tez açıram. Səni görməyəndə çaşıram... Arzum qəlbimdə qalır, gözlərim həsrətlə səni axtarır. Otaq sənsiz qaranlıqdır, dünya sənsiz yalandır..
 Gülüşlərin daşa dəyib, dodaqların daşa dönüb. Bu dünyanın əzabından üzün dönüb. Gecə-gündüz daşlarına yalvarsam da qayıt isti ocağına. Susacaqsan. Susmağınla məni məyus-məğlub yola salacaqsan. O dünyanın əbədidir sükutu, o dünyanın pozulmayan qanunu...
 Illər bizdən güclüdür. Qapımızı döyə-döyə bir əliylə verə-verə, bir əliylə ala-ala qanadına anamı alıb uçdu illər. Qoruya bilmədim səni, qorumadım ana...
 Səninlə sevindiyim günlər sənsiz kədərlidir, sənsiz qəmlidir. Qəm, qəm çəkənin həmdəmidir. Sənsiz açılan səhərlərim sənsizlikdən xəbər verir.
Ayrılığa alışmadım (Etiraf)

 Ömrünü yarı edib bizə ömür bağışladın. Bu dünyayla o dünyanın əzabına qatlaşdın. Borclu qaldım, mehriban əllərinə. Borclu qaldım ağarmış saçlarına. Onların ətrinə necə həsrətəm...
 Saçlarının sayı qədər biz səninlə yaşamadıq. Ayrılığın acısını biz erkən daddıq. Ayrılığı necə qıydın, ürəyimi daşmı sandın? Torpağını göz yaşımla suvardım. Bu dünyanın gedər-gəlməz yollarına inandım. Dözməyə alışdım, ayrılığa alışmadım...
 Bu dünyada gözəl-göyçək nəvələrin toyu qaldı. Ağbirçək nənədə nəvələrin gözü qaldı .Kaş belə olmayaydı...
 Bir gün qapımızda çalınan "Vağzalı"da, ana, gəlin ruhun qayıdır, gözəl-göyçək nəvələrə xeyir-dua oxuyar...
 Sevincimdə, qəmimdə sənin özgə yerin var ürəyimin başında, gözlərimin yaşında. Sənsiz ana, ağbirçək olmuşam cavan yaşımda. Ağ saçlar utanır cavan yaşımdan...
 Sənsiz, ana, xörəyimin duzu yox, sənsiz açan güllərimin ətri yox. Analar içində sənin kimi ana yox. Uşaqlığımı şirin nağıl kimi dönə-dönə mənə danışdın. Bu nağılın sehrli güzgüsündə mən özümü tanıdım. Indi bu nağılı deyənim yox. Uşaqlıq dünyasına bələdçim yox...
Küsəyən uşaqlığım indi özümdən küsür: "Ana, niyə səni incitdim?" Bu etirafa niyə gecikdim?..
Səslərin sayı: 3
7
684
Loading...
loading...
Şərhlər
Offline
Aysel İ.
Ana başa tacdır
Hər bir dərdə əlacdır
Övlad padşah da olsa
Yenə anaya möhtacdır.

Anam mənim hər şeyimdi. Mən hislərimi biruzə verə bilmirəm. Bəlkə də ona onu nə qədər çox sevdiyimi, onu itirməkdən nə qədər çox də çox qorxduğumu heç deməmişəm.

Allah dünyasını dəyişən bütün analara rəhmət eləsin.
12 iyul 2017 23:50
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
Iceberg
Emma Svon

Haqq dünyasına köçənlərinizə rəhmət.Şərhiniz üçün təşəkkürlər,xanımlar.
11 iyul 2017 19:40
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Verilməsi ən asan şey nəsihət,alınması ən çətin şey ibrətdir.
Offline
Emma Svon
Təsirli yazıdır. Allah rəhmət etsin...
11 iyul 2017 19:29
Offline
Iceberg
Allah rəhmət eləsin
11 iyul 2017 17:25
imza: shafaabdulla.blogspot.com
Offline
Ruhəngiz
yagmur agayeva
Təşəkkürlər Yağmurum.ALLAH sənin də atana rəhmət eləsin,məkanı Cənnət olsun Amin.
Xəyalə Murad
Çox sağ olun,Xəyalə xanım.ALLAH sizin də ananıza rəhmət eləsin,qəbri nurla dolsun Amin.
11 iyul 2017 16:55
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Verilməsi ən asan şey nəsihət,alınması ən çətin şey ibrətdir.
Online
Xəyalə Murad
Allah rəhmət etsin( Mən də anamı vaxtsız itirmişəm. Nə hiss etdiyinizi, ananızın bir vaxtlar nə hiss etdiyini çox gözəl anlayıram.
11 iyul 2017 16:47
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
yagmur agayeva
cray cray sabır Allahım sabır . Canım ureyim güzel meleyim Oncelikle şunu demek istiyorum yazı bana aşırı tasır etti (((((((((( Allahtan annene rahmet sana bol sabır diliyorum. Allah seni benim ve ailenin sevenlerinin yuzerinden eksik etmesin ilahi amin . Seni o kadar güzel anlıyorumki canım . Allah onlarin mekanını cennet etsin , Ehlibeyite komşu etsin inşallah ...
11 iyul 2017 16:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır