İyunun 23-24-də “Gənclik Mall” ticarət mərkəzində ZTE brendinin bayramı keçirilib. ZTE brendinin Azərbaycandakı rəsmi distribyutoru İNTEGRAL şirkətidir. Tədbir çərçivəsində brendin məhsulları təqdim edilib, promouter qızlar ZTE smartfonları barədə ətraflı məlumatlarla bölüşüb, müxtəlif sualları cavablandırıblar.
Rəngarəng və cazibəli bir məkanla rastlaşan ticarət mərkəzinin ziyarətçiləri, adətən belə hallarda olduğu kimi, bir müddət sonra dağılmadılar, yadda qalmağa bütün əsasları olan bayramda sonadək qalmağı üstun tutdular. DJ-in yaratdığı parlaq musiqi tərtibatı isə zala özəl bir enerji verir, hamını pozitiv ahəngdə saxlayırdı. Bayramda çılğın gənclik, sağlam ehtiras və qayğısız yay əhval-ruhiyyəsi hökm sürürdü.
Bayramın ən maraqlı hissəsi, şübhəsiz ki, intellektual müsabiqələr idi. Çünki müsabiqədə iştirak etməklə tədbirdə təqdim edilən 7 ədəd ZTE smartfonlardam birini - ZTE Blade L5 modelini udmaq olardı. Şirkət keyfiyyətli smartfon istehsalçısı kimi şöhrət qazanıb, bazarda öz yerini tutub və artıq bütün dünyada istehlakçıların rəğbətini qazana bilib. Eyni zamanda dizayn və texniki göstəricilərə xüsusi əhəmiyyət verən ZTE istifadəçiləri yüksək məhsuldarlıq və əlverişli qiymətlərlə cəlb edir.
ZTE-nim məhsul çeşidində Blade 5 smartfonu ötən il peyda olub. Gün ərzində müntəzəm olaraq internet səhifələrini ziyarət edən, şəkil çəkən və videolar yükləyən istifadəçilərə yönələn Blade 5, ilk növbədə, münasib qiyməti ilə seçilir. Qeyd edək ki, bayram çərçivəsində qonaqlar həmçinin ZTE Blade A610 c, ZTE Blade L110, ZTE Blade V7 Lite, ZTE Blade A910, ZTE Blade A610 Plus və ZTE Axon 7 mini modelləri ilə də tanış oldular.
Müsabiqədə iştirak etmək istəyənlərin sayı heç də az deyildi, xüsusən gənclər və yeniyetmələr arasında. Bu da təəcüblü deyil. 2000-ci ildən sonra doğulan və Z nəsli kimi tanınanların ZTE məhsullarına marağı təsadüfi deyil. Bundan əvvəlki nəslin “yeni texnologiyalar”, “gələcəyin texnologiyaları” adlandırdıqları məfhumlar Z nəsli üçün bu gün, indiki zaman, hazırkı dövrdür.
Maraqlıdır ki, “Z” hərfinin tarixi bizi qədim Finikiya dövlətinə aparır. “Z” hərfi finikiyalıların “qılınc” və yaxud hər hansı bir “silah” sözündən əmələ gəlib. Bu gün müasir Z nəslinin nümayəndələri iPad, planşetlər, 3D virtual reallıq kimi “silahlardan” istifadə edirlər. Və bu halda “silah” sözündən zatən çəkinməyə dəyməz. Son araşdırmalar sübut edib ki, Z nəsli yüksək məsuliyyət hissinə malikdir və bunu yalnız özünə deyil, bütün dünyaya şamil edir. Hesab edilir ki, Z nəsli “yeni ustadlar” nəslidir və bu nəsil dünyaya böyük yazıçılar, şairlər, musiqiçilər, rəssamlar və heykəltaraşlar bəxş edəcək.
Z nəslinin ən mühüm xüsusiyyəti – texnologiyalar artıq onların “qanındadır”, onlar yeni texnologiyalarla tam başqa səviyyədə təmasda ola bilirlər. ZTE brendinin ən mühüm xüsusiyyəti isə - tərəqqi ilə ayaqlaşaraq yüksək texnologiyalı inkişafın zirvələrini fəth etmək əzmidir. ZTE şirkəti yaşda “Z” nəslindən elə də böyük deyil. Fəaliyyətinə 1985-ci ildə, daxili bazara yönələn xırda layihələrdən başlayan ZTE qısa müddətdə dünya səviyyəli məhsulların istehsalında təcrübə toplayaraq adlı-sanlı şirkətləri qabaqlaya bilib. Bu gün ZTE 160-dan çox ölkədə təmsil olunur. 2016-cı ildə şirkətin mənfəəti 15 milyard dollaradək yüksəlib. 2017-ci ilin ilk rübünün nəticələrinə görə, şirkətin gəliri operator şəbəkəsi və smartfonların satışı seqmentində satışların artması sayəsində 27,8% artıb. Cari ilin ilk rübündə şirkətin satış mədaxili 17,8% artaraq 25 milyard yuanı ( 3 milyard 700 milyon ABŞ dolları) ötüb.
Şirkət Azərbaycanda geniş çeşiddə müasir smartfonlar, mobil qurğular, o cümlədən keyfiyyətli və sərfəli qiymətli mobil telefonlar təqdim edir. Yeri gəlmişkən, onların üstünlüyü və keyfiyyətini Z nəsli ilə yanaşı digər nəsillər də dəyərləndirə bilər. Çünki yeniliyə və keyfiyyətliliyə meyl istənilən nəslə xasdır. Məhz yeniliyi dərk etmək meyli bizi daim hərəkətdə olmağa, irəliləməyə vadar edir.
Azərbaycanda ZTE məhsullarını ölkə telekommunikasiya bazarında 1997-ci ildən fəaliyyət göstərən, etibarlılığı və peşəkarlığı ilə tanınan İnteqral şirkəti təqdim edir. Hazırda İntegral 15-dən çox dünya brendinin Azərbaycanda rəsmi distribyutorudur.
Güclü çoxşaxəli diler şəbəkəsinə malik İntegral Azərbaycanın bütöv ərazisini keyfiyyətli məhsullarla təmin edir. Şirkətin mağazalar şəbəkəsi və servis xidməti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir. Artıq 20 ildən çoxdur ki, İntegral uğurla Azərbaycan istehlakçılarını dünya brendlərinin müxtəlif keyfiyyətli məhsulları ilə tanış edir.
Əlaqələr:
Рўelefon: *9292
E-mail: [email protected]
XƏBƏR LENTİ
"Ən dəbli hamilə"-Blake Lively
Demetin evini yardılar
Heç görmədiyiniz qəribə meyvələr (2)
Messi imicini dəyişdi-FOTO
Qalstuk bağlamaq qaydaları
Qadınlarda böyrək daşı xəstəliyi
Instagram Stories-ə yeniliklər gəldi
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Barış Mançonun həyatından film çəkiləcək
Buzun fərqli quruluşları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Məsləhətinizə ehtiyacım var
Bakı Nəqliyyat Agentliyi yeni tədris ili ilə bağlı MÜRACİƏT YAYDI
Məşhur professor Nüsretin qonağı oldu-FOTO
Ən populyar brauzer hansıdır?
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
İlk gümüş dollar rekord qiymətə satıldı
Qeyri-adi toy şəkilləri
İspaniyada bitkilərə konsert verdilər - VİDEO
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
Dəfnə yarpağının faydaları haqda.
DÇ-2013-də ilk gün: Elmanla Ceyhun bürünc medal qazandı, Ramiz beşinci oldu
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Müəllimlərlə bağlı VACİB QƏRAR
Rembo ekranlara qayıdır
Qadın ağlayarsa, nə etməli?
Cavan olmam bir də mən?
İlham Əliyev və xanımı Mehriban Əliyeva Papa Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüblər
Hamam otağınızı bu çiçəklərlə bəzəyin
Saç qırılmasına qarşı maskalar
Prezident əlillərin avtomobillə təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Kənan İmirzalıoğlu tanınmaz hala düşdü - Foto
Babil qülləsi və Afaziya
Əgər Xristofor Kolumb evli olsaydı nə olardı?
Kəntsayağı zapekanka(foto resept)
Sofi Törner ana olacaq!-FOTO
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Uğur əldə etməyin asan yolları
Maraqlı dizayn nümunələri
Orqanizmdə vitamin balansının pozulması
Valideyn himayəsindən məhrum olmuş uşaqlara xoş xəbər
Saç düzümləri
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
Bu gündən Bakıya istilik veriləcək
Karantin Bülənt Ərsoyun alış-verişinə mane olmadı
Günün ulduz falı - 11.10.2013
- ŞƏRHLƏR