Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38085

Çox tərləməyin səbəbləri

Çox tərləməyin səbəbləri

1. Temperatur və rütubət 

Tərləmə, əslində bədənin öz içində işə saldığı bir növ avtomatik soyutma sistemidir. Temperaturun qalxdığı hallarda orqanizm istiliyiniz da yüksəlir və avtomatik olaraq tər vəziləri hərəkətə keçir. Sonra dəliklərdən çölə milyonlarla tər salınır. Bunun sayəsində, əslində sərinləyirsiniz. Çünki təriniz buxarlaşdıkca sizi sərin saxlayır. Ancaq tərin orqanizminizdə qalması rütubətli qalmağınıza səbəb olur və bu da sizi narahat edə bilər. Xüsusilə, rütubətin sıx olduğu günlərdə təriniz olduğundan daha yavaş buxarlanır və sərinləmək çətinləşir.
Bu vəziyyəti qarşısını almaq üçün nə etmək olar?
Tərləmənin qarşısını ala bilməzsiniz, çünki sağlam bir insanın tərləməsi lazımdır. Ancaq, isti bir gündə evdən çıxdıqda istisnasız hədsiz tərləyirsinizsə, tər əleyhinə antiperspirant dezodorantları istifadə edə bilərsiniz. Bu dezodorantlar, tər ifrazını azaltmağa köməkçi olur və tər vəzilərinin üzərini örtərək ifraz olunan tər miqdarını azaldır. Bunun xaricində; Paltar seçimlərinizi, isti günlərdə daha təbii parçalardan olmalıdır.
Çox tərləməyin səbəbləri
2. İntensiv Məşqlər
Məşqlər bədən istiliyinizi artırır. Beləliklə, bədəniniz, bədən istiliyinizi azaltmaq üçün tər ifraz edir. Bu bir növ artıq istidən xilas olmaq yoludur.
Belə hallarda nə edilməlidir?
Əgər məşq edərkən artıq tərləməyə narazısınızsa, məşq etdiyiniz sahələrin sərin olmasına diqqət edin. Çöldə məşq etməyi üstünlük verirsinizsə, havanın çok isti olmadığı səhər və günortadan sonrakı saatları seçə bilərsiniz. Unutmayın ki, idman elədiyiniz zaman orqanizminiz maye itirir. Bu səbəbdən də, məşq ərəfəsində və sonra bol su içməyi laqeydlik etməyin.
Çox tərləməyin səbəbləri
3. İntensiv Duyğular
Əsəb, stress, məhəbbət kimi hisslər sizi biraz çox tərlədə bilər! Subyektiv səbəblərə bağlı tərləmə ovuc içinizdə, eyni şəkildə, qoltuq altlarınızda və ayaqlarınızda özünü göstərə bilər. Bu səbəbdən də birindən təsirlənmək və ya əhəmiyyətli bir iş görüşməsi kimi həyəcan verici hallarda, ovuc içinidə yaşandığını hiss edirsiniz.
Bu vəziyyəti qarşısını almaq üçün nə etmək olar?
Qoltuq altlarınız üçün, quru qalmasını təmin edəcək tər önləyici dezodorantlardan istifadə edə bilərsiniz. Əlləriniz və ayaqlarınız üçün, "İontoforez" adlı müalicə üsulunu təcrübədən keçirə bilərsiniz. Bu müalicə, əl və ayaq tərləməsini yox edən yoxlanmış bir tibbi metoddur. Tətbiq olunma forması belədir; Xəstə əllərini və ayaqlarını aşağı elektrik cərəyanını əks etdirən kran suyuna batırır. Uyğun tezlikli çox aşağı elektrik cərəyanının və su zərrəciklərinin təsirinə əsaslanan olaraq müalicə görür.
Səslərin sayı: 0
2
796
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Mən hədsiz terleyenem

Mən hədsiz terleyenem

........................
10 iyul 2017 11:30
Offline
Iceberg
Əsəb, stress, məhəbbət kimi hisslər sizi biraz çox tərlədə bilər!
9 iyul 2017 22:38
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır