Bir şübhəyə cavab: Günəş palçıqlı çeşmədə batırmı? Günəşin batma və çıxma yeri varmı? "Kəhf" surəsi 86 və 90-cı ayələrə bir baxış
Qurani-kərim bizə öyrədir ki, günəş palçıqlı bir çeşmədə batır. Belə ki, buyurur: "Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü". (Kəhf, 86)
Digər bir ayədə qeyd edir: "Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq". (Kəhf, 90)
Əvvəlcə onu deyək ki, elm nöqteyi-nəzərindən heç vaxt günəş palçıqlı, lilli gölməçədə batmır. İkincisi günəşin heç bir qürub və doğma yeri yoxdur. Quranın bu iki ayəsi elm ilə ziddiyyət təşkil etmir ki?
Bu iki Quran ayəsi günəşin doğuş və batış yerini bildirməyə çalışmır. Əksinə, Zülqərneynin günəşin doğuş və batış haqqındakı təsəvvürünü göstərir. Bu iki ayədə qürub və doğuş yerindən məqsəd odur ki, Zülqərneyn bir dənizin sahilinə çatdı ki, daha ondan sonra hansısa bir quru yerin olacağına ümid bəsləmir. Nəzərində belə tutur ki, günəş dənizdə qürub edir. Çünki üfüqün intəhası dəniz üzərində üst-üstə düşür.
1. Çeşmə dedikdə məqsəd dəryadır. Belə ki, ərəblər əvvəllər dərya əvəzinə çeşmə ifadəsini işlədərdilər. Əhli-beytdən nəql olunan rəvayətlərdə də çeşmə kəlməsini bu ayədə dərya kimi təfsir olunmuşdur. Başqa verisyalar da vardır.
2. Bu dərya elə şəkildə idi ki, həmişə, yaxud günəş batarkən gilə bürünmüş, yaxud qaramtıl rəngdə olurdu.
3. Günəşin qürub yeri dedikdə aydın olur ki, bu dəniz yer üzünün məğribində olmuşdur. Lakin bəzi təfsir alimləri demişlər ki, bu cür ifadə olunması onun mütləq yer üzünün məğribinin qurtaracağında olması anlamını daşımır. Odur ki, həmin dəniz ya Qara dəniz olmuşdur ki, Türkiyənin yuxarısındadır, ya Aralıq dənizi olmuşdur, ya da Atlantik okeanı olmuşdur. Böyük ehtimalla Qara dəniz olmuşdur.
4. "Vəcədəha" (onu tapdı, gördü) kəlməsindən məqsəd hissi müşahidə deməkdir. Həqiqi və elmi şəkildə tapmaq deyil. Yəni Zülqərneyn günəşi öz gözü ilə elə gördü ki, sanki dənizdə batırdı. Necə ki, biz də günəşin dağın arxasında batdığını görürürük. Burada gözlə görmək nəzərdə tutulur. Çünki daha sonra da "vəcədə" feilindən istifadə olunub. "Onun yaxınlığında bir dəstə adama gözü düşdü".
İkinci hissəyə gəlincə, bu barədə təfsir alimləri fərqli fikirlər qeyd etmişlər. Bir dəstə qeyd edir ki, burada kinayədən istifadə olunmuşdur. Yəni bu cəmiyyət insan yaşayışından olduqca alçaq bir mərhələdə idilər. O həddə qədər ki, üryan şəkildə yaşayırdılar. Yaxud örtükləri o qədər az idi ki, bədənlərini günəşdən örtmürdülər.
Ancaq bəzi təfsirçilər ehtimal edərək qeyd edir ki, günəşdən örtünmələri üçün onların ev və məskəni olmamışdır.
Başqa bir ehtimal odur ki, onların məskəni bir biyabanda idi və orada dağ, ağac yox idi. Onları günəşdən örtəcək və həmin çöllükdə kölgələndirəcək heç nə yox idi.
Farid Abdullah
XƏBƏR LENTİ
Zerrin Özer evlilik təklifi aldı
Yaddaşı gücləndirən 5 ərzaq
Çayı isti içənlərə XƏBƏRDARLIQ
Facebook-da bu da olacaq - YENİLİK
Mehriban Əliyeva qızları ilə konsertdə -FOTO
HAVA necə olacaq?
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
Bakıda dilənçi əməliyyatı
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
Günün qoroskopu: israfçılıq etməyin
Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT
Məşhur aktrisa ana oldu-FOTO
Koronavirusla bağlı son STATİSTİKA
Artıq ünvanlar daha tez və rahat tapılacaq
Ədviyyatlar haqqında bilmədiklərimiz (3)
Nanəli kekslər (foto resept)
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO
Körpələrdə ürək xəstəlikləri
Daha bir ölkədə EBOLA
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Qaraciyərin təmizlənməsi
İstirahət gününün HAVAsı
AZAL Bakıdan Krasnoyarska müntəzəm reys açır
Antonio Banderas qocalıb tanınmaz hala düşdü - FOTO
Topa bənzətmişdi, əslində isə...-FOTO
Hansı meyvə-tərəvəz hansı xəstəliyin dərmanıdır?
"Hercai"nin məşhur aktyoru əsgərlikdən qayıtdı
Növbəti 4 günün havası AÇIQLANDI
Dünyanın ən cazibədar nənəsi sirrini açdı - FOTO
Yer əhalisi çoxalır
Bakıda vulkan püskürdü
Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları - VİDEO
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Günün qoroskopu: Yaxınlarınıla münaqişə etməyin!
Azərbaycan əhalisinin sayı açıqlandı
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Dəfnindən 5 gün sonra evə qayıtdı
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Millimiz sonuncu oyunda da uduzdu
Gələn il bahalaşma olacaqmı?
Gigi Hadidin gözəllik sirləri
Buna görə Tailanda getməyə dəyər
Ana südünün xərçəngə qarşı mübarizəsi
Bəhram Bağırzadə koronavirusa yoluxdu?
“25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib” - RƏSMİ
Çörək çəkini artırırmı?
Gülən insanın yaddaşı yaxşıdır
Dövlət qulluğuna qəbul başladı
Əhalinin gəlirləri artıb