İlan zəhəri ilanın qulaqətrafı tüpürcək vəzilərinin hasil etdiyi sarımtıl şəffaf mayedir. Bütün ilan sancmaları təcili tibbi yardım tələb edir. İlan sancmasından sonra həmin nahiyədə yandırıcı ağrı, şişkinlik, tədricən göy rəngə çevrilən qızartı yaranır. Zəhər qana keçdiyi təqdirdə qusma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması və s. müşahidə edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilər.
Orta Asiya kobrasının zəhəri neyrotop təsirə malik olduğundan ilk növbədə tənəffüs mərkəzi və mərkəzi sinir sistemini zədələyir. Əfi, gürzə kimi ilanların isə zəhəri daha çox hemorragik təsirə malik olduğundan qanı tez laxtalandırır.
İlanın sancdığı yerdə iki ədəd yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir. İki diş yerinin olması ilanın zəhərli, bir diş yerinin olması isə zəhərsizliyini göstərir.
Qadin.Net Azərtac-a istinadən ilan sancması zamanı təcrübəli herpetoloq-mütəxəssislərin tövsiyə etdiyi bir sıra ilkin tibbi yardım üsullarını çatdırır. Onların dediyinə görə, ilan sancması zamanı ilk 5 dəqiqə ərzində zəhər dişləmə nahiyəsindən sorulmalıdır. İlk 5 dəqiqədən sonra həmin prosedurun heç bir faydası yoxdur, çünki zəhər qana və limfa sisteminə keçmiş olur. Sonra yara təmiz su ilə yuyularaq yod və ya göy daş məhlulu ilə dezinfeksiya edilməli və üzərinə steril sarğı çəkilməlidir. Ətraf şişəndə sarğını bir qədər boşaltmaq lazımdır. Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə paketə qoyulmuş buz və ya soyuq islatma qoymaq lazımdır.
Təcili olaraq zərərçəkənin ayaqları bir qədər yuxarı vəziyyətdə uzadılır və tam sakitlik təmin edilir. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. "Təcili yardım" maşınına qədər onu xərəkdə aparmaq, zədələnmiş ətrafı hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətrafın sağlam ətrafa bağlanması zəhərin orqanizmə yayılma sürətini azaldır.
İlan çalana ilıq şəkildə çoxlu maye, kəmşirin çay, bulyon və s. içirilməlidir. Antihistamin və ağrıkəsici preparatlar da qəbul etmək olar. Həmin tədbirlər görüləndən sonra ilan sancan şəxs təcili xəstəxanaya çatdırılmalı və ona ilan zəhəri əleyhinə xüsusi zərdab vurulmalıdır.
İlan sancması zamanı heç bir halda yaranı yandırmaq, həmin nahiyədə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqollu içkilər vermək olmaz. Sancmadan 20 dəqiqə sonra heç bir zəhərlənmə əlaməti müşahidə edilməməsi ilanın zəhərsiz olduğunu göstərir.
Mütəxəssislər başqa üsullar da təklif edirlər. Məsələn, bağayarpağı yarpaqları ovulub dişləmə olan nahiyəyə qoyula bilər, yaxud zərərçəkənə bir neçə dəfə hər dəfə 1 qram olmaqla toz halına salınmış quş mədəsi, əridilmiş köhnə kərə yağı, keçi ödü, ballı su və zeytun yağının qarışığını da içirmək olar.
XƏBƏR LENTİ
Həmişə gənc qalın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Koronavirusdan sağalanlar təkrar yoluxa bilərmi? - Həkim
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Saç boyası seçərkən bunlara diqqət edin
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
İnternetdə böyük fasilə oldu
Yunanıstan hökumətinin Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
Yeni iPhone-un Çin "əkiz"i çıxdı
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Hazal Kaya xəstəliyindən danışdı-FOTO
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Rəngli corabları nə ilə geyməli?
Mənasız dizayn nümunələri
Google Translate-də sinxron tərcümə olacaq
Meyvə və tərəvəzlərdən qızına geyim hazırladı
İki Dünya Mübaribəsi və üç epidemiyadan sağ qalan 103 yaşlı qadın
Avatarlar 2-ci hissə
Doğuşdan qorxuram
"Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir"
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Azərbaycan yeni gəmini istismara verməyə hazırlaşır
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Ronaldonun Böyük Yalanı üzə çıxdı-FOTO
Sport ayaqqabılar
Ramazanın 25-ci günüС‚ duası
Sərhədkeçməyə məhdudiyyət siyahısına əlavələr edilib
Qulaq plastikası - Otoplastika haqqında
Irina Şeykdən ilk çimərlik FOTOsessiyası
Uzun ömürlü münasibət üçün...
Ərdoğan "soyqırımı" tanımağa hazırlaşır?
Qeyri-adi makiyajlar
Hörüklü saç düzümləri
TQDK şagirdlərə müraciət edib
Heç vaxt işləməyib pensiya almaq olarmı?
Aİ-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA
Gül formalı ananas (foto resept)
Qara tut mürəbbəsi (foto-resept)
Sabiq prezidentlərdən başsağlığı
Gəlin saç modelləri
2013-cü ilin ən yaxşı payız ətirləri
"Qalatasaray"dan transfer bombası
Kəbədə ölənlərin sayı 107 oldu
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
Təbii məhsul,işlənmiş məhsul
Dünyaca məşhur cütlük boşanır
Məşhur aktyor evləndi-FOTO