Yayılmaqda olan bir şayiə və şübhəyə cavab!!!
Bir namazla bütün ömür qılınmamış namazların qəzasını ödəmək olarmı?
Belə iddia edirlər ki, guya Peyğəmbər buyurmuşdur: Kimin boynunda qəza namazı varsa, Ramazanın axırıncı cümə gününün zöhründən öncə iki ikirəkətli namaz qılsa, "Fatihə"dən sonra bir "Ayətül-Kürsi"ni, habelə 15 dəfə "Kövsər" surəsini oxusa, dörd yüz illik qəza namazına və guya İmam Əlidən rəvayət edilən hədisə görə altı yüz illik qəza namazına kifayət edər. Namazdan sonra da bir duası var ki, daha uzun olmasın deyə, onu yazmırıq. Həm də ola bilər ki, bu namazın başqa bur versiyasını sizə təqdim etsinlər. İndi gəlin bir neçə şeyə diqqət edək:
1. Bu rəvayət və bunun mənasında olan bir əməl mötəbər şiə hədis qaynaqlarında mövcud deyil.
2. Hətta mövcud olduğunu fərz etsək belə, onun məfhumu varid olan digər rəvayətlərlə qəti surətdə ziddiyyət təşkil edir.
3. Bir sıra mötəbər hədislər mövcuddir ki, əldən çıxmış namazın qəzasını elə qəzaya getdiyi formada olduğu kimi yerinə yetirmək lazımdır. Yəni iki rəkətdirsə, qəzası da iki rəkətdir. Yaxud səfərdə qəzaya qəsr formasında gedibsə, elə şəkildə də qılınmalıdır.
4. Buna görə də namazın qəzasını yerinə yetirməkdən başqa heç nə onun əvəzini verə bilmir və boyundan götürülmür.
5. Bu cür şeylər qarşınıza çıxdıqda, sizdən bilikli olan kəslərdən soruşun və belə şeylərə aldanmayın. Camaatın başını qarışdırmaq, yoldan sapdırmaq üçün hər gün din adından istifadə edilərək onlarla mövzu yeridilir camaat içinə və çox təəssüf edirəm ki, bəzi insanlar belə yazılara aldanır və onların yayılmasında rolu olur.
6. Belə bir şey son zamanlarda ortaya çıxmışdır. Özü də bu şübhəli əməl nədənsə Beynəlxalq Qüds günündə yerinə yetirilməlidir. Niyə məhz sonuncu cümə?! Hər halda üzərində düşünmək lazımdır.
7. Bəziləri deyir ki, guya bu əməl camaatı ümidsiz olmağa qoymur. Yəni bir adam illərlə namaz qılmasa, yaxud bir müddət namazı səhv qılsa, yaxud hansısa səbəbə görə namazları batil olsa, onları yenidən qəza formasında yerinə yertirmək ümidsizliyə səbəb olar. Bu isə çıxış yoludur. Başa düşmürəm, namazın qəzaya getməsinin, səhv qılınmasının günahı dindədirmi, yoxsa şəxsin özündə?! Ona görə də zamanında məsələsini soruşmalı idi.
Müvəffəqiyyət Allahdandır.
Farid Abdullah
XƏBƏR LENTİ
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Yemək yeyərək sərvət qazanır - FOTO
Sobada badımcan dolması (foto-resept)
Hamar dəri üçün maska
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Sünnət üçün ideal yaş
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Ölü Dənizdə 1200 illik tapıntı
Futbol rəqsi: ingilislərə qarşı almanlar
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Ermənilərə tutarlı cavab
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Kağız halva (5)
Cəbhədən XƏBƏR VAR
Qubadlı rayonundan görüntülər - VİDEO
"Bizim mobil telefonlar"
İlham Əliyev Gürcüstana traktor bağışladı
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Ahmet Kural 10 ay həbsdə yata bilər
İtalyan üsulu çiyələkli keks (foto resept)
Dünyaya sərt mesaj verdi
Kartof Kroket (foto-resept)
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Amsterdam
Ruh sağlamlığını qoruyaq
Psixi inkişafda ünsiyyətin rolu(1)
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Geyimlərin rənginə görə xarakter
İtaliya şokda
Azad Söz (5-ci hissə)
Kakoslu piroq (foto resept)
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Pinokkio
Cinsi əlaqənin bilinməyən tərəfləri
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
HAVA necə olacaq?
Aclığın ipini çəkən tapıldı
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
"Şirin" üzüklər
Rusiyaya meteorit düşdü
Bürclər və daşlar
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Öz təbibin ol
Kişilər azalıb
Nəqliyyatçıların maaşı artıb
- ŞƏRHLƏR