Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Ailənin digər üzvlərinin aliment öhdəlikləri

Adətən “aliment” anlayışı dedikdə bir fikir formalaşır; atanın övladına aliment verməsi. 

Buna görə də bu dəfə biz ümumiyyətlə ailəyə daxil olan üzvlərin digər üzvlərə ödəməli olduqları  aliment öhdəliklərində danışacağıq. 

AİLƏNİN BAŞQA ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ

Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına atmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi

Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq ucun yetkinlik yaşına çatan ovladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Maddə 91. Yetirmələrin öz faktik tərbiyəcilərini saxlamaq vəzifəsi

91.1. Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

91.2. Faktik tərbiyəcilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.

91.3. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur.

Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi

92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq ucun təminat verilməsini tələb edə bilərlər.

92.2. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi uzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Maddə 93. Ailənin başqa uzvlərini saxlamaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

93.1. Bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər.

93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını muəyyən edir, həm də məhkəmə butun bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan butun şəxsləri nəzərə alır.

ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ

Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması

94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni numayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.

94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment odənilməsi barədə sazişin qanunla muəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

94.3. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

Maddə 95. Aliment odənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması qaydası

95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur.

95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci (94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment odənilməsi barədə sazişin qanunla muəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.)  maddəsində nəzərdə tutulan eyni formada həyata kecirilir.

95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması ucun razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.

Maddə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin etibarsız sayılması

96.1. Alimentin odənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci (97.2. Aliment odənilməsi barədə saziş uzrə yetkinlik yaşına catmayanlar ucun odənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.) maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş məhkəmə qaydasında etibarsız hesab oluna bilər.

96.2. Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına catan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfındən mübahisələndirilə bilər.

Maddə 97. Aliment ödənilməsi barədə saziş uzrə ödənilən alimentin miqdarı və indeksasiyası

97.1. Aliment ödənilməsi barədə saziş uzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur.

97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına catmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.

97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya (müəyyən edilmiş indeksin dəyişdirilməsindən asılı olaraq əmək haqqının səviyyəsinin avtomatik surətdə artırılıb-əskildilməsi) bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır (Maddə 110. Alimentin indeksasiyası).

Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları

98.1. Aliment üdənilməsi barədə saziş uzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.

98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.

98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif usulları nəzərdə tutula bilər.

ALİMENTİN ÖDƏNİLMƏSİ VƏ TUTULMASI QAYDASI

Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması

Ailə uzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə muraciət edə bilərlər.

Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri

100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

100.3. Məhkəmə iddiacının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qacırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması

101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar ucun aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi cıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.

101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini

nəzərə almalıdır. Yetkinlik yaşına catmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı

maddəsinə uyğun müəyyən edilir.

Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi

Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.

Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması

Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 50 faizindən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur.

Maddə 104. Aliment verən şəxsin iş və ya yaşayış yerinin dəyişdirilməsi haqqında məlumat vermək vəzifəsi

104.1. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan muəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə məhkəmə icracısına və aliment alan şəxsə aliment verən şəxs işdən cıxdıqda onun işdən cıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur.

104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzciliklə işinə gorə və s.) haqqında həmin müddətdə məhkəmə icracısına məlumat verməlidir.

104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində gostərilmiş məlumatlar uzursuz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi

Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment uzrə borclar aliment odəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mulki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər catışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi

106.1. İcra vərəqəsi və ya aliment odənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dovrə gorə aliment 3 illik muddət həddində tutula bilər.

106.2. Aliment onu icra vərəqəsi və ya aliment odənilməsi barədə saziş əsasında odəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cu maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.

106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq məhkəmə icracısı tərəfindən müəyyən edilir.

106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına catmayanlara ödənilən aliment uzrə borcların miqdarı aliment odəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə gorə müəyyən edilir. Həmin şəxs gostərilən dovrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment uzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası uzrə orta əmək haqqına gorə muəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.

106.5. Məhkəmə icracısı tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

Maddə 107. Aliment uzrə borcları ödəməkdən azad edilmə

107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment uzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata kecirilə bilər.

107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası uzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət

108.1. Aliment ödənilməsi barədə saziş uzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment uzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

108.2. Məhkəmə qətnaməsi uzrə aliment odəməli olan şəxsin təqsiri uzundən aliment uzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana odənilməmiş alimentin məbləğinin faizi miqdarında oturulmuş hər gün üçün dəbbə pulu ödəyir.

108.3. Aliment alan, həmcinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.

Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi

109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.

109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz:

109.2.1. aliment odənilməsi barədə saziş aliment odəyən tərəfi aldatma, ona hədə-qorxu

gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin

saxtalaşdırılması faktı məhkəmə hökmu ilə təsdiq olunduqda;

109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim

edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cu maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına catan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.

Maddə 110. Alimentin indeksasiyası

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən muəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Maddə 111. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə aliment tutulması

111.1 Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər.

111.2. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsül ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair usulla ödənilməsini tələb edə bilərlər.

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment odəməkdən azadetmə

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət torətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi

113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;

113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Sonda isə qeyd etmək istərdim ki, gələn dəfəki müzakirəmiz VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN TƏRBİYƏ FORMALARİ haqqında olacaq.

Sizə həmişə yaxşı insanlarla yoldaşlıq, saglam həyat tərzi arzusuyla....

 

 

Səslərin sayı: 7
33
18477
loading...
Şərhlər
Offline
FEMIDA
Sitat: melissa
bizdede var atasina anasina baxmayan ovlad aliment odeyir onlara?

elbette var.bu Azer.Respubli-nin Aile Mecellesi
-Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi

82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına catmış ovladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər ucun aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına catmış övladlardan məhkəmə qaydasında tutulur.

82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

maddelerinde eksini tapib. XAnim daha etrafli, melumat ucun http://qadin.net/index.php?newsid=7400zekmet olmasa bu linke kecib elde ede bilersiniz
Tesekur ediram Size. winked

melissa,
Xanim Sizi maraqlandiram sual olsa buyurun.. winked
26 sentyabr 2011 17:07
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
oksana
axira kimi oxumaga sebrim catmadi yen e de sag olun melumata gore
21 iyul 2011 12:19
Offline
Semedova
Sitat: Menecment
aliment deyende aglima ilk gelen soz bowanmaq sozu olur oxumadim xeberi ama yenede tewekkurler

sehv etmiremse aliment herfi tercumede qida demekdir fellow
10 iyul 2011 23:59
Offline
ulker
aliment deyende aglima ilk gelen soz bowanmaq sozu olur oxumadim xeberi ama yenede tewekkurler
10 iyul 2011 20:34
Offline
Zeriş
MƏLUMAT UCUN TƏŞƏKURLƏR
2 iyul 2011 13:04
Offline
a.angel
melumat ucun saq ol
1 iyul 2011 20:42
Offline
FEMIDA
Sitat: bakuji
Məzmunla bağlı olmayan iradimi da şəxsən bildirmişəm

wink onsuz olmaz axi... wink
Sitat: moocik
cox sagol canim bizi melumatlandirirsan

sende saq ol ezizim..
1 iyul 2011 16:46
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Bakuji
Hörmetli hüquqşünasımız!

Yazıya görə təşəkkür, yorulmayasız. Məzmunla bağlı olmayan iradimi da şəxsən bildirmişəm fellow

Selcan_Xatun,
Ceyhune,
Bəlkə, həkim/psixoloq məsləhəti ilə yanaşı hüquq məsləhəti bölməsi də olsun?! Nece fikirləşirsiz? Onsuz da Ceyhune xanım şərhələrdə sualları cavablandırır da, belkə bunu bir az ixtisaslaş formada emək daha faydalı olardı??
1 iyul 2011 16:42
Offline
moocik
cox sagol canim bizi melumatlandirirsan
1 iyul 2011 13:54
Offline
FEMIDA
sehr yazan xanimlarin hamisina minnatdaram, elleriniz sizinde hec vaxt yorulmasin.. smile
1 iyul 2011 10:17
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Aytən
kaski hami qanuna emel etse,
30 iyun 2011 23:54
Offline
musi
cox sag ol lazimli melumatlardir .Allah hec kese ayriliq qismet etmesin
30 iyun 2011 22:35
Offline
DEMIDOVIC
bunlari oxusalar da bir coxlari qebul etmez meselen nene babanin nevesini saxlamasi,eger neveden zehleleri gedirse lap aksiya kecirerler bu maddeye qarwi
30 iyun 2011 19:43
Offline
Happysim ))
cox sag ol canim bizim gozumuzu acirsan her seyden xeberimiz olur,biraz oxudum,atdim secilmislere insallah oxuyacam hamisini xeberim olsun...ellerin yorulmasin
30 iyun 2011 18:29
Offline
vefa-n
Sitat: Ceyhune
sehadetnamesini, oz sexsiyyet vesiqesini , arzu olunandirki usaqin valideynlerinin hal-hazirda ayrilmasini tesdiq eden sened lazimdir. yenede bu mesele ile elaqedar bir basa mehkemeye muraciet edilir.

cox sag ol canim.eslinde ana ile ata resmi evli olmayiblar.boşanma haqqinda sened zad da yoxdu.11 yaşindadir uşaq.anasi aile qurub başqa ovladi var ve bu uşaqla maraqlanmir 7 ildir ki xeberi yoxdur.uşaq tam nenenin himayesindedir.onda men deyerem mehkemeye muraciet etsinler.cox sag ol canim
30 iyun 2011 16:32
Offline
FEMIDA
Sitat: _RIANA_
Ceyhunə ALLAH səndənrazı olsun.

Allah senden de razi ol canim winked
Sitat: nigar?1
bacim cox sag ol

Sitat: Gonulcelen
bu haqda geniw melumatim yox idi tewekkur edirem

minnatdaram size.. feel
Sitat: heyatim?menim
bunlarida bildik sax ol.

wink bezdin he?sende saq ol...
Sitat: gulyaz
bu haqqda bilmek yaxsidi tesekkurler

minnatdaram xanim.
vefa-n,
evvelce minnetdaram size bu qozel sozler ucun.. feel demeli xanim, bu meselede esas kimi hal-hazirda usaqin yasi 18-i kecibse bu zaman alimentden soz gede bilmez, amma eqer usaq 18 yasi kecib ve onun fiziki saqlamliqi normal deyilse dovlet ona teqaud verir.
daha sonra eqer usaq 18 yasdan balacadirsa, anasi hal-hazirda yeniden aile qurubsa ana terefinde usaq yasayirsa usaq bu haldada alimentden mehrum sayilir.eqer usaq ana himayesinde deyilse, atasida hal-hazirda islemirse, onda xanim, mehkemeye muraciet etmek lazimdir, alimetle baqli , aliment teleb etmek lazimdir, qerardan sora o vaxta kimi ata isle temin olunmazsa ,ona icbari vaxt teqdim olunur, o vaxta kimi yeniden isle temin olunmasa cerimelenir, hal-hazirda cerime summasi az mebleq deyil.
oki qaldi neveni nenenin himayesine kecirmek- bunun ucun usaqin dogum haqqinda sehadetnamesini, oz sexsiyyet vesiqesini , arzu olunandirki usaqin valideynlerinin hal-hazirda ayrilmasini tesdiq eden sened lazimdir. yenede bu mesele ile elaqedar bir basa mehkemeye muraciet edilir.
30 iyun 2011 15:43
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Riana
Ceyhunə ALLAH səndənrazı olsun.
30 iyun 2011 15:10
Offline
vefa-n
cox sag ol CEyhune.tam oxumadim.ama başliqlarini oxudum ki ne var ne yox. Ceyhune sene biir sual verim.bax nenedi bir de nevedi, uşagin atasi da var anasi da 'amma ana uşagi 2 yaşindan atib gedib.atasi da işlemir.Nenenin pensiyasina dolanirlar.ata da avaranin biridir.işlemir.hec axtarmir da işlesin. bu uşaga nese bir pul, yardim teqaud duşur? bir de ki nene nece uşagi oz himayesine gecire biler.? bu haqda bir şey bilsen mene yaz plz.evvelden teşekkurler deyerli Huquqsunas xanimimiz Cekuş
30 iyun 2011 13:57
Offline
Gülüm
bu haqda geniw melumatim yox idi tewekkur edirem................................................................... ...................................
30 iyun 2011 13:17
Offline
Senem M
Cox uzundu deye oxuya bilmedim feel
30 iyun 2011 12:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır