Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
21:18Surayye Ozunde gunah gormur ele adadakilari pisliyir 21:17Surayye Salam canim Kadere qulaq asdin?Qiz yaman seydi ha 14:32Ayla Ayla Salam canim necəsən? Sima hanı? 13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz
39984

Cinlər və Quran (Birinci hissə)

 

Cinlər və Quran (Birinci hissə)

 

"Və (yada sal) bir vaxt ki, biz cinlərdən bir neçə nəfəri sənə sarı yönləndirdik ki, Quran dinləsinlər. Elə ki onun yanında oldular, dedilər: "Susun!" Tamamlanan kimi qövmlərinə sarı geri döndülər ki, onları xəbərdar etsinlər". (Əhqaf, 29)

"Sarafnə" yönləndirdik, "nəfəran" camaat, dəstə, üç-qırx arasında olan kəslər", "ənsıtu" - "insat" məsdərindəndir, yəni qulaq asmaq səbəbilə sakit durmaq deməkdir. "hədaruhu" yanına gəldilər, yanında iştirak etdilər. "Hu" zəmiri Quran, yaxud Peyğəmbərə qayıdır. "Munzirin" qorxudanlar deməkdir. Yəni bu dəstə Quranı eşitməklə müsəlman oldular və İslamı təbliğ etmək, yeni dinin xəbərini öz növlərindən olanlara çatdırmaq naminə geri döndülər və Allaha sarı dəvət edən oldular.

Bu ayənin nazil olma səbəbi budur ki, Peyğəmbər Zeyd ibn Harisə ilə birlikdə Məkkədən Əkkaz bazarına getdi. O, camaatı İslam dininə dəvət etmək istəyirdi. Camaatı təbliğ və dəvət etdikdən sonra kimsə Peyğəmbərə diqqət göstərmədi və onun dəvətini qəbul etmədi. Sonra Peyğəmbər geri döndü və Məcənnə vadisinə yetişdi. Bu vaxt gecənin bir hissəsi artıq keçmişdi. Peyğəmbər Quran oxumağa başladı. Cinlərdən bir dəstə Allah Rəsulunun Quran oxunuşunu eşitcək, maraqla dinləməyə başladılar və bir-birinə tapşırdılar ki, Qurandan faydalanmaq naminə sakit olsunlar. Peyğəmbər Quran oxuyub bitirən kimi cinlər öz tayfalarına sarı qayıdıb dedilər ki, biz Musadan sonra nazil olan səmavi Kitabın ayələrindən faydalandıq. O, Tövratı təsdiq etməkdən əlavə, həqiqətə və düzgün yola sarı hidayət edirdi. Buna görə də gərək İslam Peyğəmbərinin dəvətini qəbul etmək və ona iman gətirmək lazımdır. Odur ki, Allah Rəsulunun yanına gəldilər və İslamı seçdilər. Sonra bu ayədən əlavə, "Cinn" surəsinin birinci ayəsi nazil oldu. Peyğəmbər Əlini məmur etdi ki, İslamın göstərişlərini onlara öyrətsin. Nəticə etibarilə, onlardan bir dəstəsi iman gətirdi və digər dəstəsi küfr durumunda qaldılar. (Əl-Burhan fi təfsiril-Quran)

 

Cinlər və Quran (Birinci hissə)


İbn Əbu Şeybə İbn Məsuddan rəvayət etmişdir ki, cinlər Allah Rəsulunun yanına gəldilər və Peyğəmbər Bətnu Nəxlədə Quran qiraətilə məşğul idi. Quran ayələrini eşidən kimi bir-birinə göstəriş verdilər ki, sükut etsinlər və onlar doqquz nəfər idi. (Lubabun-nuqul fi əsbabin-nuzul)

Bir çox ayələr göstərir ki, cinlər də insanlar kimi ilahi vəzifələrə (şəriət təkliflərinə) malikdir. Onlar öz əməl, rəftar və davranışları müqabilində cavab verərək əməllərinin əvəzini alacaqlar. Cinlər insanların gözlərindən gizli olan varlıqlardır. Quran ifadəsinə görə cinlər xalis oddan (tüstüsüz oddan) yaradılmışlar. (Bax, "Rahmən" surəsi, 15).

Onlar arasında da insanlar kimi kişi və qadın vardır. Doğub törəyib çoxalırlar. Yaşayıb, ölürlər. Quran qeyd edir ki, onlar da insanlar kimi şəriət qarşısında öhdəçilik daşıyırlar. (Zariyat, 56)

Cinlər haqqında başqa bir ətraflı yazıya ehtiyac vardır ki, onlar haqqında da yazı hazırlayıb paylaşmağa çalışaram.

 

Farid Abdullah

Səslərin sayı: 0
1
941
loading...
Şərhlər
Offline
Iceberg
maraqli meqaledir tesekkurler
24 iyun 2017 00:39
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:18 - Müəllif: Surayye
    Yun köynəkləri necə yumalı? (1)

    Yun köynəkləri necə yumalı?

    Olmaz axi 60da qirisar men 30da yuyuram
  • 21:17 - Müəllif: Surayye
    "Qumlu" keks (foto resept) (3)

    "Qumlu" keks (foto resept)

    Ay da bu kremi ne qeder axtarmisam Allah razi olsun
  • 48 saat dayanmadan oyun oynadı-FOTO

    Ayla AylaTut qulağından sürü küçəyə. Hələ yemək aparır ki yesin. Uşağın yuxusuna görə narahat olmurAgzina salik canim menim. O play steysonu baglatmaq lazimdi
  • Ürək sağlamlığını qoruyan qidalar

    Maqneziumla zəngin olan daha bir qida yer fındığıdır. Onnu yeyən zaman siz eyni zamanda kifayət qədər vitamin və mineral da qəbul etmiş olacaqsınız. 4cstəkan qovrulmuş yer fındığı 64 mq maqnezium və yaxşı dozalı kalsium deməkdir.Magneziyum yemeliyik bilmirdim tesekkurler
  • Pizza dilimləri ilə böyüyən körpə

    Ussss pitsa yerine yeyerem seni
  • Modelin qaşları diqqət çəkir-FOTO

    Seksenlerin makiyajini elemese yaxsidi
  • 3 günə 3 kiloqram arıqladan pomidor pəhrizi

    Yoxlayacam gorüm ne mene seydi
  • Maykl Ceksonun ailəsi 100 milyon dollar tələb edir - SƏBƏB

    Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onlar sözügedən kanalın müğənni haqda çəkilən “Neverlendi tərk edərkən” filminə görə 100 milyon dollar tələb edir.
  • Ürək sağlamlığını qoruyan qidalar

    Çox dəyərli və maarifləndirici xəbərdir. Təşəkkür edirəm, Ülkər xanım. Sizin xəbərlərinizi yenidən görmək xoş oldu. Bu inanılmaz tərəvəzin tərkibində fitonukleotidlər, bol vitaminlər həmçinin külli miqdarda magnezium vardır. Onun qəbulu orqanizmi iltihabı prosesləri aradan qaldıran altioksidantlarla zəngiləşdiri, detoksikasiyanı təmin edir, damar divarlarını təmizləyir, bu da təzyiqin azalmasına və ürəyin əlavə gərginlikdən azad olmasına səbəb olur.
  • Məşhurlar 80-ci illərdə

    Anjelina ile beonsa yarasdirdim
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış