Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38085

Uşaqda skoliozun əlamətləri

Uşaqda skoliozun əlamətləri

Normal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur. Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir. Türkiyəli həkim İlker Qaripoğlunun uşaqlıq dövründə aşkarlanan skolioz haqqında fikirləri ilə sizi tanış edir.

 Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir: "Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs, ürək problemləri, iflic, ciddi estetik və psixoloji problemlərə yol aça bilər. Uşaqlarda skoliozun müalicəsi xəstədə skolioz əyriliyi, rotasiyanın dərəcəsinə və yerindən asılı olaraq təyin edilir. 20º dən az olan əyriliklər fiziki, məşq müalicəsi və ev proqramı ilə müalicə edilir. 20º dən çox əyrilik hallarında sərt korset istifadəsi ilə yanaşı, fiziki və konservativ müalicə məsləhətdir".

 

Uşaqda skoliozun əlamətləri

 

Uşaqlıq dövründə ortaya çıxan skoliozda erkən diaqnoz qoyulmasının böyük əhəmiyyəti var. Erkən diaqnoz nəticəsində başlanan müalicə çox vaxt uğurlu olur. Həkim bildirir ki, valideynlər özləri də uşaqda skoliozun olub-olmamasını təsbit edə bilər.

Skoliozu təsbit etməyin 8 yolu
- Ayaq üstə durduqda kürək divara söykənmiş halda çiyinlərin hündürlüyündə fərq varmı?
- Uşaq dizləri düz formada önə əyildikdə kürək hissəsi fərqli hündürlükdə olurmu?
- Kürək sümüklərindən biri digərindən daha çox diqqətə çarpandırmı?
- Omba sümüklərində asimmetriya varmı?
- Ayaq üstə durduqda qollar yavaşca önə gəldikdə bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə yaranırmı?
- Uşaqda diqqətə çarpan kürək donqarı mövcuddurmu?
- Bel çuxurları müqayisə edildiyi zaman asimmetriya gözə çarpırmı?
- Uşaq oturanda və ya ayaq üstə duranda bir tərəfə doğru əyilmiş formada dayanırmı?

Əgər bu əlamətlərdən hansısa uşağınızda müşahidə edilirsə, dərhal həkimə gedin. Unutmayın, erkən diaqnoz uğurlu nəticənin yarısıdır.

Səslərin sayı: 1
2
541
loading...
Şərhlər
Offline
Editor1
Uşaq vaxtı bu xəstəliyin üstünə düşəndə sağalmaq olur. Yaş keçəndən sonra sümük bərkiyir. Qız uşaqlarında xüsusilə, keçid dövründə əyilmələr arta bilər. Ona görə valideynlər ehtiyatlı olmalıdır.
26 iyun 2017 21:29
Offline
Xəyalə Murad
Bu xəstəlik böyüklərdə də rast gəlinir.
26 iyun 2017 15:46
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır