Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:00Feride Hamiya salam!Necesiz 10:33Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlər!
40179

Depressiya nədir?

DEPRESSIYA NƏDIR?

Depressiv vəziyyətlərin əlamətləri,onu yaradan səbəblər.
Depressiyadan çıxış yolları
Depressiya  Sizi həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. O, özünü tənha, əlacsızlıq, sanki qaranlıq bir boşluqda hiss edir.
Depressiya zamanı insan ailəsindən, dostlarınan uzaqlaşır. Dünya ona qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi işdən - zövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz labirintin içində özünü hiss edir.
Müasir lüğətdə Depressiya sözünün aşağıdakı elmi tə'rifi verilib:
Depressiya (lat.depressio - mə'yusluq, ruh düşkünlüyü)  insanın mənfi əhval-ruhiyyədə olması deməkdir. Bu vəziyyət özünüqiymətlənditmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşahidə olunur.
Depressiyanın əlamətləri:
 Hətta kifayət qədər istirahət etdikdən sonra  fiziki və emosional düşgünlük hissi;
 Yuxusuzluq və ya həddən artıq uzunmüddətli yuxu ( insan bütün günü yuxulu olur);
 Etrafdakılarla üvsiyyətdən qaçma;
 Həyatınızın mənasız olduğunu düşünmək;
 Özünüz və yaxınlarınız haqqında mənfi fikirlər;
 Qəmli olma və ya əsəbilik;
 Yorğunluq, işləmək qabiliyyətinin aşağı düşməsi;
 Nə özünün, nə də ətrafdakıların qayğısına qalmaqda acizlik;
 İştahanın pozulması;
 Baş ağrısı, qarın nahəsində ağrılar;
 Ölüm və intihar haqqına fikirlər;
Əgər Siz özünüzdə 2 həftədən çox bu əlamətləri müşahidə edirsiniz  deməli Siz depressiyadasız.
NƏ ÜÇÜN INSANLAR DEPRESSIYAYA DÜŞÜRLƏR?
Bunun bir neçə səbəbi var: genetika, ətraf mühit, yaşanmış hadisə, fiziki durum.
Genetika
Tədqiqatlar göstərir ki, depressiya kiməsə ailədən, nəsildən keçə bilər. Amma bu o demək deyil ki, ailənin hər bir üzvü bu vəziyyətə meyli olmalıdır. Beləliklə, genetika depressiyanı yaradan faktlardan biridir, amma depressiyanın yeganə səbəbi deyil.
Yaşanan hadisə
Yaxın insanın itkisi (valideynlərin, yaxın dostun) depressiyaya səbəb ola bilər. Bundan başqa digər, adi kədər çərçəvəsindən çıxmış hadisələr, məsələn: valideynlərin boşanması, onların ikinci ailə qurması. Hətta məktəbi bitirmə və ya başqa məktəbə keçmə insanın depressiya yaşamağına təkan verə bilər.
Ailə və ətraf mühit
Bəzi yeniyetmələr üçün ailədəki şərait mənfi stress faktorudur. Bu səbəbdən də onlar üçün ailədə yaşanan her bir problem psixi zərbə ola bilər. Sonralar gərginlik, ailədə emosional zorakılıq da depressiyanın əmələ gəlməsində təsir edə bilər.
Hadisələrin mə'nasının təhrif edilməsi: Bəzən biz məlumata adekvat reaksiya vermirik. Məsələn: işdə müdir Sizin işinizi tənqid edir  amma bu o demək deyil ki, Siz pis insansınız. Yadınızda saxlayın, Sizin işiniz siz deyilsiniz!
Məktəb zamanı çoxları zəif oxuyan şagirdlərlə dostluq etmək istəmirlər, amma bu o demək deyil ki, o uşaq pis dost, övladdır. Əlbəttə, bu faktorda düzgün anlamaqda müəllimlərin də böyük rolu olmalıdır. Çünki məktəb həyatə hər bir insanın həyatında silinməz iz qoyur.
Depressiya bəzi dərman preparatlarının əlavə təsir kimi də əmələ gələ bilər (hormonal, psixoaktiv maddələr).
Depressiyanın növləri
MONOPOLYAR POZULMALARIN bir neçə dərəcəsi var: əhval-ruhiyyənin və çaşqınlıq hissinin üstünlük təşkil etməsindən hərəkət və danışıq qabiliyyətinin itirməsinə qədər.
BIOPOLYAR POZULMALAR (bəzən bu növü maniakal depressiya adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur. Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir.
Üçüncü növ - Uzunmüddətli depressiyadır. Adətən bu diaqnoz yaxın insanın itkisinə depressiv reaksiyadır. Yeni həyata uyğunlaşma çox zaman tələb etdikdən, müalicədə uzun çəkir.
Depressiyada olan insana ətrafdaıların münasibəti
Bəzən birinci ailə üzvləri, dost-tanış insanın qeyri-adekvat halını görürlər. Əvvəl reaksiya müsbət olur: çalışırlar o insanla mehriban davransınlar, hər bir işdə ona kömək etməyə can atırlar, onu uzun müddət danışdıqlarına qulaq asırlar. Amma əgər əlamətlər keçməsə yaxşı olar ki, psixoterapevtlə və ya psixoloqla məsləhət etsinlər.
Hərdən belə də olur ki, bu halda olan insan özünü problemli hesab etmir.
Ətrafdakılarda onun bu vəziyyətini tənqid edirlər. Onu tənbəl, laqeyd adlandırırlar. Halbuki depressiya o qədər də asan bir hal deyil və insanın ondan müstəqil qurtulmağa bəzən gücü də çatmır.
Vaxtında depressiya yaşayan insana kömək göstərilməsə, psixolojı əlamətlər fiziki xəstəliyə çevrilə bilər: məsələn: uzunmüddətli baş ağrılarına, kəskin ürək-damar problemlərinə və daha başqa ciddi fəsadlara.
Müalicə
Depressiya ən çox yayılmış emosional problemlərdən biridir. Bununla belə bu problem vaxtında müalicə olunarsa maniəsiz keçib gedir.
Depressiyanın bir neçə növ müalicə üsulu var: davranış-rəftar terapiyası, ailə psixoterapiyası, dərman preparatları ilə müalicə və ya bunların uzlaşdırılması. Dəqiq göstərişləri ancaq təcrübəli mütəxəssis təyin edə bilər.
Yadda saxlamaq lazımdır ki, depressiya öz-özünə keçib gedən hal deyil. Etrafdakılar mütləq kömək etməlidirlər.
Daha tez özü haqqında mənfi fikirdə olan, intihar haqda düşünən insanlara təcili yardım göstərmək vacibdir.
Depressiya yaşayan insan  ruhi xəstə deyil.
Əgər ailə üzvlərindən biri depressiyadadırsa  yaxşı olardı ki, konsultasiya bütün ail ilə keçirilsin. Bu üsul müalicədə daha tez müsbət nəticə verə bilər.
Məsələn: yenicə ana olan qadın  doğuşdansonrakı depressiya yaşaya bilər, bu vəziyyətdən çıxmağa ona ən yaxın olan həyat yoldaşı və digər ailə üzvləri kömək etməlidirlər ki, mümkün qıdır tez onu adi həyata qaytarsınlar.
Egər Siz yeniyetmə övladınızda depressiyanın əlamətlərini müşahidə edirsinizsə, mütləq məsləhət görülmüş addımları atın.
Depressiyadan uzaq olmaq üçün:
 Her gün fiziki məşğələlər edin: Sağlam bədəndə - sağlam ruh olar!
 Spirtli içkilərdən uzaq olun, reseptsiz dərman preparatları qəbul etməyin.
 Həyata pozitiv yanaşın  çalışın hər bir işdən müsbət məqamları görün.
Unutmayın: ALLAH bütün yaratdığı məxluqları sevir. İnsan isə onun yaratdığı ən ali əsərdir. Biz dünyaya xoşbəxt olmaq üçün göndərilmişik. Sevin , sevilin! AMİN.
Sizə uğurlar.




Səslərin sayı: 8
16
27182
loading...
Şərhlər
Offline
Pərvanə
Allah göstermesin hec kime
9 iyun 2015 00:43
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Aysel İ.
Son zamanlar insanlar daha tez-tez depresiyaya düşürlər. Bu müxtəlif problemlərdən qaynaqlana bilər. iradəsi güclü olanlar daha tez bu vəziyyətdən çıxır. lakin zəif olanları çox pis vəziyyətə düşür.
8 iyul 2014 01:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Min sukur heleki bele halla raslasmamisam
28 fevral 2014 19:56
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥NiLuFeR♥
TEWEKKURLER XEBERE GORE
13 fevral 2014 21:44
Offline
BELLA
Allah göstermesin hec kime.mende de olub ama elede ciddi yox.tesekkür
31 oktyabr 2012 00:27
Offline
nemka
BIOPOLYAR POZULMALAR (bəzən bu növü maniakal depressiya adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur. Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir
son vaxtlar men ozumde bunlari gorurem..ola biler ele wey???
30 iyul 2011 17:57
Offline
Bilmirem
BELI HERDEN OLUR DEPERSIYYAYA DUWUREM
13 iyul 2011 04:10
Offline
Məryəm.
DEPRESSIYAYA DÜŞMƏMİŞƏM ALLAH KÖMƏK OLSUN DEPRESSİYAYA DÜŞƏNLƏRƏ.
30 aprel 2011 15:01
Offline
Fatma xanım
çox pis haldı heç kim yaşamasın mən bilirəm
23 yanvar 2011 15:59
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gunka
Sitat: Gulya-nur
Məndədə bu baş verib.Eyni anda hem aqlayıb,həm gülürdün.

MENDEDE OLUB AMMA YADA 2 DEFE.
9 yanvar 2011 00:53
Offline
yekta
Sitat: LYAMAN
ALLAH HEC KIME YASATMASIN BU HALI

9 yanvar 2011 00:49
Offline
Gulya-nur
Məndədə bu baş verib.Eyni anda hem aqlayıb,həm gülürdün.
27 dekabr 2010 17:13
Offline
NAZRIN
cox cetin seydir ....onu atlatmaq...
3 dekabr 2010 00:42
Offline
SWEET LEMAN
ayyallah ne pis hisdi depresiya
10 sentyabr 2010 22:29
Offline
Anonimka
cox pis seydi/basima gelib,amma sukur allahaki yaxsiyam
21 avqust 2010 15:24
Offline
LYAMAN
ALLAH HEC KIME YASATMASIN BU HALI MEN SEVGILIMDEN AYRILANDA BU VEZIYYETDEYDIM PSIXOLOQUN YANINA GEDIREM INDI DUZELMISEM ARTIQ.
9 may 2010 00:28
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Məncə cinayətdir. Hər kimsə klipin sujetinə əsasən rekvizit silahdan atəş açılacağını təxmin edib əsil güllə qoya bilərdi.
  • Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra

    Hugerbitsin Yutub kanalında yayımlanan videosunda qeyd olunub ki, Türkiyə vəziyyəti diqqətli şəkildə izləməlidir, 7 və ya 6 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı yüksəkdir. Seysmik aktivlik cəhətdən xüsusən Aralıq dənizi bölgəsinin fərqlənəcəyi bildirilib.
  • “Xaç atası” filmindəki ev satılır-FOTO

    280 kvadratmetrlik 4 otaqlı malikanə 1940-cı ildə tikilib və ingilis stilində dekor edilib.
  • 13:01 - Müəllif: Feride
    Cenifer Lopezdən stil dərsləri (1)

    Cenifer Lopezdən stil dərsləri

    Bu qadin cox gozeldi ne geyinmek laz geldiyin de bilir
  • Qiyamətdə "dağılmayacaq" anbar evlər -FOTO

    Qiyametden hec kim qaca bilmez
  • Sərdar Ortaçın xanımı məhkəməlik oldu-SƏBƏB

    Bu aralar abort etdirmə xəbəri ilə gündəmdən düşməyən Xloe bunun şayiə olduğunu iddia edib. Amma bir aparıcı onun səsini yazdığını, hər şeyi etiraf etdiyini deyibş
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Belə ki, o, özünü klip çəkdirən zaman rekvizit kimi istifadə olunan tapançadan atəş açıb. Açılan güllə onun başına tuş gəlib. Castin hadisə yerində vəfat edib.
  • Müsəlman cəhənnəm əzabı çəkərmi?

    "O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)
  • 18:57 - Müəllif: Ayla Ayla
    2019 Bahar Dəbi (3)

    2019 Bahar Dəbi

    Sarının hər tonu bahar aylarının sevimlisi olacaq.
  • İtkin düşmüş gəmi tapıldı-77 il sonra

    Sualtı qayıq 77 il sonra tədqiqatçılar tərəfindən Finlandiya körfəzində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, sualtı qayıq top gülləsi dəydiyi üçün batıb. Hazırda araşdırmalar davam edir.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )