Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Yayda saçlarımızı necə qoruyaq?

Yayda saçlarımızı necə qoruyaq?
Yay aylarında qızmar günəşin şüaları, quru və isti külək, dənizin duzlu suyu saçların strukturunu zədələyir. Belə təsirlərə məruz qalan saçlar cod, cansız və quru olurlar. Buna görə də saçlara yay aylarında xüsusi diqqət vermək lazımdır.
Yayda saçlarımızı necə qoruyaq?
Əgər bir-neçə gün dənizdə və ya hovuzda çimmirsinizsə saçlarınıza mütləq bərpaedici maskalar qoymaq lazımdır. Maska qoymağa vaxtınız olmasa, gicirtkən dəmləməsi ilə saçlarınızı yaxalaya bilərsiniz.
Yayda saçlarımızı necə qoruyaq?
 Düz düşən günəş şüalarının altında başıaçıq dayanmaq olmaz. Saçlar günəşin altında duran zaman parlaqlığını itirdiyinə görə mütləq başa örtük örtmək lazımdır. Günəş şüaları saçların quruluğunu artırır, bu səbəbdən də saçların ucu haçalanır. Quruluğun qarşısını almaq üçün saçların uclarına E vitamini sürtmək lazımdır. E vitamini həftədə 1 dəfə yumazdan əvvəl saçların uclarına vurulur, 20 dəqiqə qaldıqdan sonra isə saçlara çiy yumurta sarısı çəkilir və 15 dəqiqə saxlanlıb yuyulur. Günəşdən qorunmaq və saçları qorumaq üçün kosmetik prosedurlardan istifadə etmək lazımdır.
Yayda saçlarımızı necə qoruyaq?
Normal saçlar üçün aşağıdakı qarışımı 20 dəqiqə saçda saxlamaq lazımdır:
 -1 ədəd yumurta sarısı
  -1 xörək qaşığı zeytun yağı
  -1 çay qaşığı albalı şirəsi.
  Quru saçlar üçün aşağıdakı qarışımı saçda 20 dəqiqə saxlamaq lazımdır:
 -2 xörək qaşığı sürtgəcdən keçirilmiş gavalı.
 -0,5 çay qaşığı zeytun və ya bitki yağı.
 -1 çay qaşığı limon şirəsi
Yağlı saçlar üçün:
-yağsız kəsmik
-süd
-limon şirəsi eyni ölçüdə götürülür, qarışdırılıb saçlara çəkilir və 20 dəqiqə sonra yuyulur.
Səslərin sayı: 1
2
881
loading...
Şərhlər
Offline
Iceberg
faydali meslehetlerdir tesekkur
13 iyun 2017 12:51
imza: shafaabdulla.blogspot.com
Offline
Emma Svon
Yayda günəş, dəniz, quru külək saçları məhv edir. Buna görə də xəbərdəki məsləhətlər vacibdir.
13 iyun 2017 10:04
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır