Dərinin qızarması, qaşınması, yanğı hissi, qabıqvermə, baş ağrıları və ürəkbulnma əsasən gün yanıqlarının əmələ gətirdiyi əlamətlərdir. İnsanlar bu əlamətlərə günəş şüaları qəbul etdikdən sonra tutulurlar.
Günəş altında qalmaq və gün şüası qəbul etməkdən hamının xoşu gəlir. Normal miqdarda və yuxarıdakı əlamətləri əmələ gətirməyəcək qədər günəş şüaları altında qalmaq orqanizm üçün faydalı sayılır. Amma, həddindən artıq dəriyə təsir edən günəş şüalarının dəri xərçənginə səbəb olduğunu da unutmaq olmaz. Günəş yanıqlarına bəzən solyari qəbul edən zamanlarda da rast gəlmək mümkün olur. Çünki, solyarı də dəriyə ultrabənövşəyi şüalarla təsir edir.
Gün yanıqlarından necə qorunmaq olar?
Günəş şüaları qəbul edən zaman bişmiş alma kimi olmaq istəmirsinizsə o zaman aşağıdakılara əməl edin:
* Günəş kremlərindən istifadə edin. Bu zaman kremin dərinizə uyğun olanını seçməyə çalışın. Kremi gün şüaları altında qalmazdan yarım saat əvvəl sürtmək lazımdır. Günəş şüası qəbul edən zaman kosmetikadan az istifadə etmək lazımdır. Mütəxəssislər qızmar yay günlərində qadınları adi günlərdəkindən az miqdarda kosmetikadan istifadə etməyi məsləhət bilir.
* Günəşli günlərdə isə edvən çıxan zaman mütləq baş örtüyündən istifadə etmək və çiyinləri örtən paltar geyinmək lazımdır. Bu sizin dərinizi yanmadam qoruyar.
* Gün şüalarının sizi yandırmamasını istəyirsinizsə o zaman qızmar yay günlərində saat 11.00-dan 16.00-a qədər evdən bayıra çıxmanız məsləhət görülmür.
* Az miqdarda dərğidə qızartı hiss olunan zaman kölgədə dayanmaq və gün batana qədər evdən çıxmamaq tövsiyə edilir.
Günəş yanıqlarını necə müalicə etmək lazımdır?
Gün yanıqlarını müalicə edərkən əvvəlcə əmələ gələn yanığın hansı dərəcədə olmasını müəyyənləşdirmək lazımdır. Çünki, günəş yanıqlarının da ağırlıq dərəcələri var və hər dərəcənin müalicəsi ona uyğun olaraq aparılır. Birinci dərəcəli yanıqlar zamanı dəridə zəif qızartı və yüngül titrətmə olur. Bu yanığı həkimə müraciət etmədən özünüz müalicə edə bilərsiniz. Bu müalicə üsulları aşağıdakılardır:
* Soyuq duş və ya soyuq vanna.
* Çoxlu midarda maye qəbulu.
* Yumşaldıcı krem sürtmək.
Zəif yanıqlar zamanı dəriyə günəbaxan yağı sürtmək də çox faydalı olur. Əgər yanmaq dərindirsə ona yağ və ya spirt sürtmək məsləhət deyil. Çünki, bu zaman yanan nahiyəyə hava axını daxil ola bilmir və dərinin sağalması uzun çəkir. Həm də bu, dəridə infeksiya əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Xalq təbabətində zəif yanıqlar zamanı yağsız qatıqdan və ya xamadan istifadə edilir.
* Dəri sağalana qədər yanan nahiyəyə sərt moçalka sürtmək məsləhət bilinmir.
* Yanan dəri sağalanan kimi təbii parçadan tikilmiş paltarlar geyinmək lazımdır. Belə zamanlarda sintetik paltar geymək allergiyanın baş verməsinə səbəb olur.
Günəş şüaları altında uzun müddət qalmaq dəridə su qabarcıqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman temperatur, baş hərlənməsi və baş ağrıları müşayiət edilir. Bu simptomlar ikinci dərəcəli yanığın əlamətidir. Bu yanıq orqanizmə zərər verə bilir. Bunun olmaması üçün isə həkimə müraciət etmək və onun məsləhətlərini yerinə yetirmək lazımdır.
Günəş şüaları D vitamini mənbəyidir və orqanizm üçün çox faydalıdır. Amma, onun həddindən çox dəriyə təsir eləməsi sağalmlıq üçün ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilir. Buna görə də diqqətli olmaq lazımdır.
XƏBƏR LENTİ
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Bakı üçün yeni nüvə təhlükəsi
Dahilərin müdrik sözləri
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Qadın barğamını kəsib boynundan asdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Andersenin ilk nağılı tapılıb
Millət vəkillərimiz Berlində etiraz etdilər
Saç tökülməsinin qarşısını alan nar maskası
Hicablı gəlinlər üçün baş örtükləri
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Çay nədir, say nədir...
İlk yardım
Katarakta xəstəliyi
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Qəhvəni sevmək üçün 5 səbəb
Bağça körpəyə nə verir?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
"Adamtanıyan" silahlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Toy və ziyafət üçün saç düzümləri
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Eyni yaşda olan məşhurlar
Jennifer Lopezin illərə görə dəyişən tərzi
Nostalji gəlin paltarı modelləri
Dişləri necə fırçalamaq lazımdır?
İşləyən analar üçün məsləhətlər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Qara Qısa Saç modelləri 2014-2015
10 yaş cavan göstərən maska
Böyük Britaniyada müsəlman məktəbi bağlandı
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Leranın əl işləri
Osmanlı imperiyasının qəribə adətləri
Azərbaycan dili - III dərs
Son dəbə uyğun gəlin buketləri
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Dişləri ağardan sadə və effektli ÜSUL
Mikrobların düşməni
ABŞ-ı qorxudan Rusiya həmləsi
Mədə kiçiltmə əməliyyatı
Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın!
İlham Əliyev "Çay evi"ndə
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
- ŞƏRHLƏR