Böyüklü-kiçikli bütün oxucuların daha çox "Balaca şahzadə" əsəri ilə tanıdığı fransız yazıçı Antuan de Sent-Ekzüperinin ölümü yaradıcılığını üstələdi. Uzun illər onun müəmmalı ölümü ətrafında çox mülahizələr söylənildi. 1944-cü ilin 31 iyulunda dünyasını dəyişən yazıçının ölümü ətrafındakı duman pərdəsini yalnız XXI əsrdə götürmək mümkün oldu. Daha doğrusu, buna kimsə uzun araşdırmalardan sonra nail olmadı, bu faciənin iştirakçılarından biri sensasiyalı etiraf etdi. Amma əvvəlcə bu faciənin necə baş verdiyinə baxaq.
Milli.Az Antuan de Sent-Ekzüperinin faciəli sonluğu haqqında yazını təqdim edir:
Ekzüperi həm də peşəkar təyyarəçi idi. Ömrünün son iki ilində eskadril kəşfiyyatçılığında olub. 1942-1944-cü illərdə dəfələrlə faşist mövqelərinin üzərində təhlükəli uçuşlar edib. 1944-cü ilin 31 iyulundakı tapşırıqdan isə geri qayıtmayıb. Onun təyyarəsi qəfildən Fransanın kiçik şəhəri olan Sen-Rafael səmalarında radarlardan itib. Təyyarənin nə özü, nə qalıqları, nə də pilotu tapılıb. Ona görə də uzun illər Ekzüperi itkin düşmüş sayılıb.
Bu hadisə ilə bağlı bir neçə versiya irəli sürülmüşdü: ya texniki nasazlıq olub, ya düşmən təyyarəsi ilə havada döyüşüb, ya da pilot intihar edib. Ən ağlabatan o idi ki, Ekzüperinin təyyarəsi düşmənlə havada döyüşdükdən sonra zədələnib və Alp dağlarına çırpılıb. Amma 1998-ci ildə Aralıq dənizinin Marsel sahillərində balıqçı Jan Klod Byankonun toruna bilərzik düşəndən sonra yenidən çaşqınlıq yarandı. Həmin bilərziyin üstündə yazıçının, onun arvadının və "Balaca şahzadə"ni çap edən nəşriyyatın adı yazılmışdı. Bununla da Aralıq dənizində axtarışlara başlanmışdı. 2000-ci ildə dalğıc Lük Vanrel dənizin 70 metr dərinliyində təyyarənin qalıqlarını tapmışdı. 2003-cü ildə təyyarənin qalıqları sudan çıxarılmışdı. Pilotun kabinəsinin üstündəki 2734-L seriyası aydın görünürdü. Təyyarənin Ekzüperininki olması hərbi arxivlər vasitəsilə təsdiqləndi. Onun parçaları kifayət qədər ətrafa yayılımışdı - 1 km uzununa, 400 metr eninə. Ancaq bu qalıqların heç birində güllə, mərmi və ya hər hansı hücum izi görünmürdü. Araşdırmalardan bəlli oldu ki, təyyarə suya şaquli istiqamətdə düşüb və suyla təmas zamanı partlayış baş verib. Yəni belə bir anda pilotun sağ qalma ehtimalı sıfır idi, ani partlayışdan onun bədəni təyyarəsi kimi tikə-tikə olmalıydı.
Lakin hadisənin necə baş verdiyi hələ də müəmmalı qalırdı. Ta ki 2008-ci ilə qədər. Həmin il keçmiş pilot Lüftvaffe Horst Rippert etiraf etdi ki, 1944-cü ildə Ekzüperinin təyyarəsini o vurub. Amma həmin an təyyarənin kabinəsində kimin olduğunu bilmirmiş, sonradan biləndə ki, o tanınmış yazıçı imiş, buna çox peşman olub. Çünki özü də "Balaca şahzadə"ni maraqla oxuyub və Ekzüperi pərəstişkarlarından olub. 88 yaşlı Rippert bunu ona görə etiraf etdiyini bildirmişdi ki, həm ürəyini yüngülləşdirsin, həm də böyük yazıçını fərari və ya intiharçı hesab etmələrinə göz yummasın.
Uzun illər yazıçının ailəsi, dostları və oxucuları onun ölümünə inanmayıblar. Deyirdilər ki, Ekzüperi də elə balaca şahzadə kimi yoxa çıxıb və onun əsərdəki sözlərini təkrar edirdilər: "Gecələr səmaya baxarsan, çünki orada mənim yaşadığım, oradan sənə gülümsədiyim ulduz var". (publika.az)
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri