Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9745 AZN
00:13Sima geceniz xeyr kim var kim yox
38760

Öz-özünə danışmaq dəlilik əlamətidirmi?

 

 

Öz-özünə danışmaq dəlilik əlamətidirmi?

 

 

Heç öz-özünüzə danışdığınız zaman kimsə sizi görüb? Bu vəziyyətdə utanmış olmalısınız. Belə vəziyyət sizi görən halüsinasiya gördüyünüzü düşünəcəkdir. Yüksək səslə danışmağın məqsədi başqaları ilə ünsiyyət qurmaqdır, amma bir çox insan öz ilə yüksək səslə danışır.

Bəs bu vəziyyət nə qədər normaldır? Əslində səssiz də olsanız, daim özünüzlə ünsiyyət içindəsiniz. Burda " mənim qələmim hardadır?" kimi bəsit cümlələri nəzərdə tutmuruq.

Öz-özünə danışmaq dəlilik əlamətidirmi?

Yalnız öz düşüncələrimizin cavab verdiyi dərin söhbətlər qururuq daxilimizdə. Bu daxili danışıqlar olduqca normaldır və zehnimizi dinc saxlayarkən hər şeyi analiz edib qruplaşdırmağa, hafizəmizi gücləndirməyə, duyğularımızı müəyyənləşdirməyə kömək edir. Başqa sözlə, daxili danışıqlarımız sayəsində özümüzü idarə edirik. Yüksək səslə danışmaq, təsadüfən daxilisi səsə təsir edən bir hadisə ola bilər. Jean Piaget, uşaqların dillərini inkişaf etdirməyə başlayar başlamaz öz hərəkətlərini idarə etməyə başladıqlarını müşahidə etmişdir. İsti bir əşya və yerə yaxınlaşan uşaqlar, adətən yüksək səslə "isti, isti" deyərək uzaqlaşırlar. Bu cür davranışlar yetkinlikdə də davam edir. 

 

 

Öz-özünə danışmaq dəlilik əlamətidirmi?

 


Əslində daxili səsimizin problem yaratdığı bir çox vəziyyət var. Məsələn, gecənin üçündə öz-özümüzə danışdığımızın fərqinə vardıqda, tipik olaraq bu vəziyyəti dayandırıb, yuxuya getməyə çalışırıq. Kitab oxumaq daxili səsimizi susdurmağın bir yoludur. Buna görə yuxuya getmədən əvvəl, kitab oxumaq beyni rahatladan üsullardan biri sayılır. Journal Of Affevtive Disorders 2016-ci ildə nəşr olunan bir araşdırmaya görə, təşviş və depresiya problemi yaşayan şəxslərdə təsadüfi düşüncələr daima problem yaradır. Zehni sağlamlıq lazımsız olan düşüncələri basdırmaq bacarığı ilə seçilir. Fərqindəlik ən yaxşı qorunma üsuludur. Gəzintiyə çıxan zehnimiz tamamən idarədən çıxaraq, yuxuya bənzər fazaya girə bilir və bəzi vəziyyətlərdə bu zehni xəstəlik kimi tanınır. 

Aparılan araşdırmaya görə, özünə yüksək səslə təlqinlər etmək bizə hədəfə çatmaqda daha çox kömək edir. Öz-özünə danışmaq dəlilik əlaməti sayılsa da, bir yandan da beyni işlətmək üçün bir üsuldur.

Səslərin sayı: 0
1
1298
loading...
Şərhlər
Offline
Sima
elbette ki delilikdir
28 aprel 2018 16:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )