"SSRİ daxilində nə vaxtsa bolşeviklərin çəkdiyi bütün daxili sərhədlər öz əhəmiyyətini itirir və bütün bu ərazilərdə güc mərkəzlərinin sərbəst oyunu başlayır".
Bu barədə xarici və daxili siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert QriqoriTrofimçuk Vesti.az saytına eksklüziv müsahibəsində deyib.
Politoloq postsovet məkanındakı münaqişələrin tezliklə çözüləcəyi ilə bağlı nikbin olmadığını söyləyib: "Hətta deyərdim ki, nəinki onlardan heç biri tezliklə həll olunmayacaq, daha ağır və amansız qarşıdurmalarla yeniləri peyda olacaq (heç olmasa, Donbasa nəzər salın). Postsovet məkanı adlanan ərazi xırdalanıb doğranmaqda, parçalanmaqda davam edəcək. Mən bir neçə dəfə demişəm və yenə təkrarlamaq istərdim: SSRİ daxilində nə vaxtsa bolşeviklərin çəkdiyi bütün sərhədlər öz əhəmiyyətini itirir və bütün bu ərazilərdə güc mərkəzlərinin sərbəst oyunu başlayır. İndiki konfliktlərin isə hamısı ABŞ tərəfindən postsovet ərazisinin daha sürətli xırdalanması üçün istifadə olunacaq. Və bu xırdalanmadan 1991-ci ilin sonlarında yaranan ölkələrdən heç biri yayına bilməyəcək. Bu fonda maraqlı sual ortaya çıxır: bəs hansı ölkə (tutaq ki, Baltikyanı ölkələri çıxdıq) bu prosesə dirəniş göstərə və özünü qoruyub saxlaya biləcək?"
Milli.Az musavat.com-a istinadən bildirir ki, rusiyalı analitikin sözlərinə görə, "Qafqaz qalası" strateji ideyası heç yerə itib getməyib, əksinə, indi daha aktualdır. "O mənada ki, əgər qeyri-sabitlik bu regiona daxil olarsa (terrorizm, Yaxın Şərq müharibəsinin davamı şəklində və s.), o zaman bu zonadakı bütün ölkələr ziyan görəcək. Ancaq həmin bu ölkələr nə qədər ki, Qarabağla bağlı anlaşa bilməyiblər, öz aralarında da heç vaxt anlaşmayacaqlar. Qarabağa dair anlaşma isə yoxdur. Nəinki yoxdur, situasiya pisləməkdədir, çünki danışıqlar prosesi daha vəziyyəti yaxşılaşdıran vasitə kimi işləmir", - deyə ekspert narahatlıqla qeyd edib.
Bəs Azərbaycanla Ermənistan arasında ümidverici danışıqlar üçün zəmin varmı?
Q.Trofimçuk: "Zəmin həmişə var, nədən ki, tərəflərin davakar bəyanatlarına rəğmən, heç kim müharibə etmək istəmir - ilk növbədə də müharibənin nəticələrinin proqnoz edilə bilməməsi üzündən. Danışıqlar isə faktiki olaraq indi də davam edir, sadəcə, ona artıq heç kim inanmır. Odur ki, tərəflər əlverişli məqam gözləyir ki, rəqibə zərər yetirib onu susmağa vadar eləsin. Mən ekspert kimi konfliktlə bağlı məqbul tövsiyələr hazırlamaqdan ötrü bəzi yeni, təzə kanallar təklif eləmişdim (5x5x5 sxemi üzrə). Ancaq məni heç kim eşitmədi. Mən incimirəm, amma bu, yaxşı əlamət deyil. Belə çıxır ki, heç kimə heç nə lazım deyil. Halbuki,problemlə bağlı bütün köhnə vasitələr - istər onları sonsuza kimi siyasi hesab elə, istəsə də diplomatik - artıq işləmir. Müharibə Qarabağın astanasındadır".
Milli.Az
XƏBƏR LENTİ
Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar
Sinoptiklərdən xəbərdarlıq
Qocanın son arzusu TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
Dünyanın ilk smart eynəyi satılır
Hemofiliya
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
“Google”un qadınlara sürprizi
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Ətəyi geniş donlar
Bakıda 22 dərəcə isti olacaq
Həyatdan öyrəndiyim dərslər
Azərbaycanda yağış yağacaq
Qrossmeysterdən siyasətçilərə maraqlı MƏSLƏHƏT
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
Geyim tərzinizi özünüz seçin
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
Gözəllik maskaları
İxtisas seçimi başladı
Qara brilyant
Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Şokoladlı şirin pizza (foto-resept)
Azərbaycana qar yağacaq
Işəgötürənlərin nəzərinə!
Rəqəmləri birləşdir-2
Bərdə türbəsi təmir olunur
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Hind kinosunda "inqilab" başlanır-FOTO
Adilikdən gözəllik yaratmaq
Azərbaycana yeni radarlar gətirilir
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Bütün dünya ölkələri vizadan imtina edə bilər-ŞƏRTİ
Soğan gözləri yandırmasın deyə...
Möcüzə enerji-2
Lerikdə zəlzələ oldu
Ramazanın 27-ci gününün duası
Dünyanın sonu-2 (son)
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qısaboylu insanların qarşılaşdığı problemlər
Körpəniz sizdən nə istəyir?
Psixoloji gərginlik yaradan filmlər
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qara məkanın qara bəxti: indi nə olacaq?
Qırmızı möcüzə olan narın faydaları
Avropa Parlamentində Azərbaycanda dini azlıqlar məsələsi müzakirə olunub
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif