Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam
38086

Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?

Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?
Bu xüsusiyyətlər varsa, uşağınız yüksək zəkaya ola bilər:
-  Uşaqlıqdan etibarən həddindən artıq hərəkətlilik.
- Valideyni ilkin tanıma və gülərək bunu müəyyən etmək.
- Həssas bir tərkibə malik olma; Etiket, adyal kimi məhsullara reaksiya göstərmə.
- Erkən danışmağa başlamaq; Məsələn, həmyaşıdları iki sözlü cümlələri iki yaşında deyərkən onlar bir yaşında deməyə başlayır.
- Öz başlarına oxumağı öyrənə bilər; Ancaq yazma mövzusunda bu qədər uğurlu ola bilməz, çünki əzələ inkişafları eyni sürətlə davam etməz.
- Söz xəzinələri genişdir; Asan əzbərləyib, əzbərlədikləri sözləri yaddaşlarında uzun müddət saxlaya bilirlər.
- Qarşısındakı insanların duyğu və düşüncələrini asanlıqla təxmin etmək.
- Liderlik qabiliyyətləri yüksək səviyyədədir.
- Adi işlərdən tez bezirlər və işləri öz bildikləri kimi edirlər.
- Həddindən artıq romantik olurlar.
- Özlərindən daha böyük uşaqlarla vaxt keçirmək istəyirlər.
- Kitablara və görmə sahəsində obyektlərə qarşı hədsiz maraq duyarlar.
 Burada valideyn və pedaqoqların mühüm bir məqamı qətiyyən keçməmələri lazımdır. Bu xüsusiyyətlərin bir qismi normal zəka səviyyəsinə sahib uşaqlarda da görülə bilər.  Sözü gedən xüsusiyyətlərin fərqli zamanlarda da uşaqlar üzərində görülmə ehtimalı ola bilər. Üstün zəkalı uşaqlar bu xüsusiyyətlərin hamısına və ya bir qisminə sahib ola bilərlər. Burada vermiş olduğumuz xüsusiyyətlərin bir çoxunu uşaqlarınızda müşahidə edirsinizsə, mütləq bir mütəxəssisə məsləhətləşərək, uşağınız üçün yol xəritəsini yaradın.
Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?
 Yüksək zəkaya malik uşaqlara sahib ailələrə məsləhətlər
 Ana-ataların etməsi lazım olan ən əhəmiyyətli şey onların digərlərindən fərqli olmadığını yalnız müəyyən xüsusiyyətlərinin daha çox inkişaf etdiyini qəbul etməkdir. Normal uşaqların nümayiş etdirmiş olduğu hər davranışı üstün uşaqların da göstərə biləcəyini heç vaxt unutmamalıyıq. Onların ehtiyaclarını ödəyəcək şərait yaradaraq mütləq professional bir kömək almalıyıq. Övladlarımıza balanslı bir həyat sahəsi yaradaraq onu bütün istiqamətlərdən inkişaf edəcəyi tədbirlərə daxil etməliyik.
 Bəzən böyüklər övladlarının suallarını cavablandırmaqda çətinlik çəkirlər. Belə hallarda uşağa qarşı laqeyd qalmaq əvəzinə, uşaqlarının ehtiyacını qarşılayacaq başqa həll yolları tapmalıdırlar. Məsələn, kitablardan, ensiklopediyalardan və mütəxəssis şəxslərdən faydalanmaq kimi.
Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?
Uşaqlarımıza ardıcıl intizam tətbiq etməliyik. Üstün uşaqlara üstünlüklərindən görə xüsusi imtiyazlar verməməliyik. Üstün zəkalı uşaqlar gələcəyin elm adamları, liderləri, yazıçıları və fikir adamlarıdır. Belə qiymətli bir xəzinə qətiyyən israf edilməz. Türkiyədə, ABŞ-da, İngiltərədə, Almaniyada digər dünya miqyasında söz sahibi olmaq istəyən ölkələrin təhsil proqramlarında olduğu kimi bu cür uşaqları müəyyən etmək və onlar üçün lazımi təhsil mühitləri yaratmaq milli və mənəvi duyğuları yüksək, ağıllı insanlar üçün mühüm bir vəzifə olaraq görülməlidir.

 

Səslərin sayı: 0
0
988
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır