Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından bu gün 25 il ötür.
Milli.Az Trend-ə istinadən bildirir ki, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Ozan Güven mediadan gizlənmək üçün evindən köçdü
"Snikers" dondurması (foto-resept)
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Hindistanda kasıbların həyatı
Bu, son 500 ildə 3 dəfə olub
Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir
Azərbaycanda qızlar və oğlanlar üçün xüsusi plan
Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA
Apple yenə suçlanır
Vüsal Kərimlinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb
Romanı ayaqyalın fəth edən afrikalı(2)
Saç telindən 400 dəfə incə olan koronavirus - FOTO
Məşhur diktorumuzdan xəbər var
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Enes Baturun yalanı üzə çıxdı-FOTO
Şişkinliyi azaldan qidalar
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq
Qadın. Netlə birgə hamiləlik (2-ci ay)
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA
Sinan Akçıl boşandığı xanımla təkrar evlənir-FOTO
"Toyuq sosiska" (foto-resept)
Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sürpriz salatı (foto resept)
Mavi rəngli balıq fantastik qiymətə satıldı
Dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alınıb - VİDEO
Kağızdan hazırlanmış donlar
Kadırov Rusiyanı bu hərəkəti ilə qarışdırdı
Mənfi auralı insanların öhdəsindən gəlmək
Kartof haqqında bilmədiklərimiz
Çox qısqancam, nə etməliyəm?
Manikürdə retro təsiri: Şəffaf dırnaqlar
Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu
Azərbaycanda Məhərrəmlik başlayıb
Ərə get!...
Koronavirusla bağlı son STATİSTİKA
Uçan boşqab qadını dəhşətə gətirdi - VİDEO
Demet Akalın və Hande Yener 11 il sonra barışdılar
Məşhurların qonaq otaqları
"Qvadalupe" serialının qəhrəmanları illər sonra - FOTO
Hər bir turizm marşrutunun kommersiya əsası olmalıdır
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Ramazanın 25-ci günüС‚ duası
Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb