Yay fəslinin gəlməsini əksər insanlar az qala "iplə çəkirlər". Bu fəsil sağlam, firavan insanlar üçün istirahət, səyahət, dəniz, qum, sevgi və s. deməkdir. Sağlam və firavan sözünü qabartmaqla, sadəcə onu əlavə edək ki, bu ikisi olmasa nə istirahət, nə də sevgi insana sevinc yaşada bilər.
Milli.Az xəbər verir ki, bununla bərabər yaydan qorxanlar da az deyil: bu insanlar cismani olaraq sağlamdırlar. Digər fəsillərdə firavan, xoşbəxt həyat tərzinə də "toz qondurmazlar". Amma yay fəsli gələndə belələri depressiyadan çıxmır. Bu fobiyanı yayda yaranan həddən artıq istilərlə (bəzi insanların təzyiq və ürək-damar problemi ilə əlaqədar dözümü olmur), günvurma ilə, yanıq almaq qorxusu ilə, tozanaq dərdi ilə qarışdırmayın. Bunlar sadəcə yayın problemidir, qorxusu deyil.
Yay fobiyası yaşayanlar isə daha təhlükəli ruhi gərginlik keçirirlər. Ekspertlər hesab edirlər ki, yay intiharlarının səbəbi elə bu ola bilər. Bunun necə baş verdiyini ingilis yazıçısı Qabriel Mossun dilindən izah edək: "Yayın gəlişi ilə mənim malikanəmin ətrafı böyük barbekyu (kabab) meydançasına çevrilir. Sanki hər kəs piknik etmək üçün mənim evimin ətrafını seçir. Hələ səs-səsə verən uşaqlar. Onlar heç evlərinə getmirmi? Bir tərəfdən də quşların, böcəklərin civiltisi... Bütün səs növləri bir-birinə qarışıb. Yayda ən yaxşı çıxış yolu, heç kəsin olmadığı, hətta quşların uçub gələ bilmədiyi, heyvanların ayaq açmadığı dağ zirvələrində yaşamaqdır. Amma işimlə, ailəmlə əlaqədar şəhərdə qalmaq, insanlarla sosiallaşmaq məcburiyyətindəyəm. Kaş yenidən qış gələydi və insanlar öz evlərinə girəydilər".
Məlumat üçün bildirək ki, Qabriel Moss tanınmış yazıçıdır, kitabları Britaniyada ən çox satılanlar arasındadır, sosial şəbəkələrdə də çoxsaylı izləyiciləri var. Üstəlik ailəlidir, uşaqları var. Yəni əksər psixoloqların iddia etdiyi kimi bu, heç də tənhalıqdan qaynaqlanan fobiya deyil. Sadəcə bəzi insanlar yayda daha çox sosiallaşmadan, üç mövsüm adət etdiyi səssizlikdən səs-küyə keçidi qəbul edə bilmirlər. Bu da zəif əsəb sistemi olan insanlara pis təsir edir.
Qeyd edək ki, yay mövsümündə insanlara, kütləyə qarşı nifrət yaranması əslində çox insanlarda rastlanır. Bunun ağır forması yay depressiyasıdır. Yüngül halda olanda da laqeyd yanaşılmamalı, mütəxəssisə müraciət olunmalıdır. (publika.az)
Milli.Az
XƏBƏR LENTİ
Planetin Ən Yaşlı Adamı Görün Harada Öldü-FOTO
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var
Koronavirusa yoluxan Türkiyə Prezidentinin sözçüsü vəziyyəti barədə paylaşım edib
Tibbi hədislər
Ebru Şallıdan qarın əridən 7 hərəkət
Qışqırmaq döyməkdən yaxşıdırmı?
Məşhur aktrisa başını daz qırxdırdı
Bu sezonun 4 trendi
BÜRCLƏR bizə nə vəd edir?-22 yanvar
Kameron Dias təqaüdə çıxdı
ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Səmada fişənglə uçdular
Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
Alpinizm yaşa baxmır
Bergüzar Korel də etiraz səsini ucaltdı
4 aylıq uşağın ölümdən möcüzəli qurtuluşu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
"Formula 1"ə görə bağlanan Bakı bulvarı açılır
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Banalı dondurma (foto resept)
Sosial şəbəkələrdə "ağıllı" olun!
Koronavirusla bağlı son STATİSTİKA
Dünyaca məşhur qadınlara həsr edilmiş filmlər
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Rusiya Azərbaycana girişi qadağan etdi
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda dini radikalizm məsələsi müzakirə edildi
SÜFRƏ BƏZƏMƏK QAYDALARI
Südlü biskivit (foto resept)
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
Suxarili kotletlər
Dünyanın ən varlı qadını məlum oldu
Ədviyyatlı çolpa
Gizem Karaca qovuldu-SƏBƏB
“MilliÖn” terminallarında nə baş verir?
Gecə lampaları
Hava haqqında - 02.09.2013
Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI
Rusiyadan Ukraynaya daha bir zərbə
Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndi - VİDEO
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Harri və Meqan yanğında zərər görmüş sakinlərlə görüşdü-FOTO
Xasiyyət testi
Oskar - 2012
Evlənmək istəyənlərin nəzərinə!
Perunun yeni prezidenti məlum olub
Günün ulduz falı - 03.02.2014