Bakıda hava 17°
USD 1.7023 AZN
EUR 1.9152 AZN

Pıçılda şair pıçılda

Pıçılda şair pıçılda

 

Şair, qəribə mənəviyyatlı yaxınıq darıxdırıcı zülmətdə, Çıxarıb tullayırıq içdəki zibillikləri bir qədəhlə.

Ocaq ətrafımızdakı zarafatlar son qoyulur yerə atılan filterlə, Əsən sakit mehə qarşı,

Pencəyə büzüşüb kənarda qalma şair.

Qoşul bizə, dost ol, sərxoş ol,

Məst et şeirlərinlə sükutluğu,

Bataq acı xatirələr bataqlığında.

Qonaq sanıb, özüvü sıxma şair,

Pıçılda şair pıçılda.

 

Bax onlara, bax dostlarıma

İnsanlıq admistrasiyasının fəxrli nümayəndələri durub qarşında. Solğun sifətlərinə, təbəssümlərinə,

Hətta bizi yola verməklərinə baxma şair.

Aldanmağıvı aldatmağla aldatma,

Yorulublar, Sənəmin həyatındakı ağrıları çəkiblər, Gücləri qalıb qədəhə ki, əsə-əsə onuda,

Bacarmırlar fikir dağınıqlarıyla birgə saxlamağa.

Gəl etiraz etmə şair,

Pıçılda şair pıçılda.

 

Şablon sayıla bilər bəzənən cümlələrim,

Getmə, artıq qalan dolu çaxır şüşəsi,

Sən sahibini gözləyir bəyaqdan şair.

Demə ki, “ istəmirəm boşalsın içim, axmasın gözlərim, Məqsədsiz gülə-gülə itməsin başım ”.

Niyə gülmürsən? Nəyə ilişib qalıb səhərdən beynin?

Yanan gözlərinlə baxıb halımıza ağlama şair.

Tələbi susmağa yaxın buraxma,

İstəyi də ardıcıl xaişlə düzdüm,

Pıçılda şair pıçılda.

 

Dayanmışıq, tanış edim sizi şair,

Biri mənim can yoldaşım, o biri də həmçinin.

Daima güləni saflıqdan sevgidə gətirmir bəxti,

Vicdanlığını adidən tez büruzə verir üzə.

Ardıcıl ağızdan havaya tüstü pay verənidə,

Həyata bağlanıb tabe ola bilmir.

İnancı tək özüdü, amma ürəyi ovucdan genişdi.

Əyilməyib heç vaxt döyülsədə, söyülsədə,

Mənim kimi, sənin kimi onunda allahı yoxdu şair.

Utanma daha söylə rahat,

Pıçılda şair pıçılda.

 

Şair:

“ Sönəcək yol qırağındakı boynu büzüşük işıq dirəkləridə bir gün, Qalacaqsan qaranlıqda.

Bax onda gözüvün itəcəyi uzaqlığa.

Gördüyün közərmiş, toz basmış o lampa

Deyəcək sənə “ Xoş gəldin DOST, xoş getdin “ “.

 

 

Emin İsmayil

Səslərin sayı: 0
0
83
loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • Dünya qadınları necə geyinir?

    yaponlarin xosum gelir
  • "Danışan" kağız yaratdılar

    qulagimiz gunde bir xeber esidmese kar olar
  • Tövbə ilə istiğfar arasında fərq varmı?

    allah gunahlarimizi bagislasin amin
  • Oğlan uşaqları üçün saç düzümləri

    Актуально. Скажите мне, пожалуйста - где я могу найти больше информации по этому вопросу? ----- обмен с карты сбербанка на advcash Выражаю признательность за помощь в этом вопросе. ----- Погода бенидорм июнь Просто, под столом ----- Путевки в торревьеха форум Удалено (перепутал топик) ----- Онлайн камеры аэропорт аликанте испания класс 10балов ----- Аренда виллы испания коста бланка характеристики Браво, это просто отличная мысль ----- Тематические парки аликанте отзывы Я считаю, что Вы не правы. Могу это доказать. ----- Купить квартиру в испании торревьеха недорого москва Зачет! ----- Почему недвижимость коста бланка википедия вы просто мечтаете о небылой сказке!!! просто хорошее видео!!! ----- Снять квартиру посуточно в аликанте фото Весьма забавное мнение ----- Недвижимость в испании на побережье коста бланка достопримечательности
  • İstədiyimiz həyata sahib olmağın yolları

    ehhhh bu xeber menim icun deyilehhhh bu xeber menim icun deyilehhhh bu xeber menim icun deyil
Maraqlıdır
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!