Bakıda hava 32°
USD 1.7007 AZN
EUR 2.0421 AZN
10:48Iceberg Salam xoş gördük hər kəsi ) 09:06Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37696

Yazıçıların bilinməyən tərəfləri

Yazıçıların bilinməyən tərəfləri

Franz Kafka

Franz Kafkanın insanlara ən qəribə gələn xüsusiyyəti öldükdən sora məşurluq qazanmasıdır. Əsərlərinin hamısı, həyata vəda etdikdən sonra dərc edildi. Hətta bir çoxunun yandırılmasını istəmişdi, amma nə yaxşı ki, ən yaxın dostu Max Brod onu dinləməmiş və Kafka vəfat etdikdən sonra əsərlərini dərc etmişdir.Vərəm xəstəliyi səbəbi ilə ölən Kafka, yotğun bir şəkildə yuxusuz, baş ağrısı və şizofrenlərə xas xüsusiyyətlər gösətrirdi. Ət yeməyi cinayətə bərabər tutan Kafka eyni zamanda qatı bir vegeterian idi.

Yazıçıların bilinməyən tərəfləri

 

Friedrich Schiller

Alman əsilli Friedrich Schiller, müvəfəqiyyətli bir dram yazıçısı idi. Yazdığı əsərlərin çoxu teatrda oynanılmışdır. Eyni zamanda şair və filosof olan Friedrich Schiller bu yazıları alma olmadan yaza bilmirmiş. Çalışarkən masasında mütləq bir alma olan bu yazar, ara sıra bu almanı qoxulayıb ilham aldığını söyləyirmiş.

Yazıçıların bilinməyən tərəfləri

Aleksandr Puşkin

Rus ədəbiyyatının məşur adlarından biri olan Aleksandr Puşkin, soylu bir ailəyə sahib idi. Belə ki, ilk müəlliməsi evdə ana və atası olmuşdu. Daha sonrasında da çox yaxşı bir təhsil həyatı olan Puşkin, yaşadığı eşqlər ilə həmişə gündəmdə olmağı bacarmışdı. Aleksandr Puşkin ilə bağlı bilinməsi lazım olan  ən qəribə məlumat, getdiyi tək ölkə Türkiyə olmasıdır. Puşkin 1829-cu ildə, yəni Osmanlı İmperatorluğu zamanında, qatıldığı rus ordusu ilə birlikdə Ərzuruma getmişdir. 

Yazıçıların bilinməyən tərəfləri

Albert Camus

20-ci əsrin ən məşhur yazıçılarından biri olan Albert Camusu ironik yaşam forması ilə tanıyırıq. Sıxlıqla ölümdən və intahardan danışmasına rəğmən, bir yandan da həyatın yaşanası olduğunu söyləyən bir addır. Fəlsəfə bölməsini bitirib, özünü heç bir zaman filosof olaraq görməyən Albert Camus Gəncliyində fudbolçu olubmuş. 17 yaşına kimi fudbolçu olan məşhur yazıçı tutulduğu vərəm xəstəliyi  səbəbi ilə çox sevdiyi fudbolu buraxmaq məcburuyyətində qamışdır. 

Yazıçıların bilinməyən tərəfləri

Lev Tolstoy

Rus ədədbiyyatının ən öndə gələn adlarından biri olan Lev Tolstoyun tam 13 uşağı var idi. 48 il davam edən evliliyinin ardından artıq yalnız qalmağı və dünya işlərindən əl çəkməyi tərcih etdiyini söyləyərək, 82 yaşında evindən ayrılır. Aradan çox zaman keçmədən bir qatar stansiyasında donaraq ölən Tolstoyun bilinməyən bir bir digər xüsusiyyəti də yoldaşına qarşı olan həddindən artıq dürüstlüyü idi.

Yazıçıların bilinməyən tərəfləri

Victor Hugo

Hər kəs əlbətdə bir gün qocalacaq, əlimiz üzümüz qırış-qırış olacaq. Bunu sağlam qidalanma, nizamlı idman və bəzi əməliyyatlarla geciktirə bilərik, amma qaçışımız mümkün deyil. Qocalmaqdan qorxan dünyanın ən qalın romanlardan biri olan Səfillərin yazçısı Victor Hugodur. Bədəni diri qalsın deyə hər səhər buzlu suya girən Victor Hugo, eyni zamanda səsi gözəl olsun deyə çiy yumurta yeyirmiş.

Səslərin sayı: 0
0
490
Loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır