Katarakta – büllurun bulanmasıdır. Büllur – göz daxilində yerləşən optik linzadır. Əksər hallarda, katarakta qocalma ilə bağlı olaraq tədricən inkişaf edir.
Gözün travması olan, glükokortikoid preparatlar və şüa terapiyası almış, müxtəlif irsi xəstəlikləri, şəkərli diabeti olan insnalarda, kataraktanın formalaşması daha tez baş verir.
Anadangəlmə kataraktanın əmələ gəlməsi o halda ola bilər ki, ana hamiləlik vaxtı müxtəlif infeksiyalar keşirib və ya onların daşıyıcısı olub (məxmərək, herpes, sitomeqalovirus infeksiyası, qızılca, qrip və s.), radiasiyanın təsirinə məruz qalıb, güclü təsirə malik olan dərmanlar qəbul edib. Lakin bu xəstəliyin əmələ gəlməsinin dəqiq səbəbləri indiyədək məlum deyil, əksər hallarda kataraktası olan uşaqların tamamilə sağlam valideynləri olur.
Katarakta bir və ya hər iki gözdə ola bilər. Əgər katarakta travma nəticəsində əmələ gəlməyibsə, o, hər iki gözdə olur. Katarakta büllurun bir hissəsini və ya tamamını tuta bilər.
Səbəblər
Kataraktanın əmələ gəlmə riski amili – yaşlanmaqdır. Büllurun ilkin bulanması adətən 40-50 yaşdan sonra əmələ gəlir. 65 yaşdan böyük əhalinin yarısında büllurun bir qədər bulanmas qeyd olunur, lakin görmə problemləri olmaya bilər. Son zamanlarda xəstəliyin daha erkən yaşlarda başlaması yer alır.
Kataraktanın digər əmələ gəlmə riski amillərinə aiddir: şəkərli diabet, ailə üzvlərində kataraktanın olması, keçmişdə gözün travmaları və ya iltihabi xəstəlikləri, göz əməliyyatları, glükokortikoidlərin uzunmüddətli istifadəsi, gün altında çox olma, ionlaşdıran radiasiyanın uzun təsiri, siqaret çəkmə.
Əhali içində kataraktanın, gözlərin (kitab olmaq və ya televizora baxmaq kimi) gərgin işləməsindən əmələ gəldiyi düşüncəsi səhvdir.
Kataraktanın simptomları
Zədələnmə dərəcəsindən asılı olaraq kataraktanın simptomları:
Л— bir gözü bağlayanda, ikinci gözdə ikilənmə;
Л— təsvirin (eynəklə korreksiya olunmayan) yayılmış və ya dumanlı olması;
Л— yaxından görmənin əmələ gəlməsi;
Л— işıltı və işıq hissi, əsasən də gecə vaxtı;
Л— işq ətrafında şəfəq əmələ gəlməsi;
Л— rəngli görmənin pisləşməsi.
Fəsadlar
Uzun müddət müalicə olmadıqda korluq əmələ gələ bilər.
Siz nə edə bilərsiniz?
Diaqnozu yalnız oftalmoloq qoya bilər. Əgər özünüzdə və ya yaxınlarınızda katarakta simptomları varsa, mümkün qədər tez oftalmoloqa getmək lazımdır.
Təəsüf ki, kataraktanın müalicəsi yalnız cərrahidir. Medikamentoz müalicə büllurun bulanmasını sadəcə bir qədər ləngidir. Ehtiyyatlı olun və yalancı “şəfavericilərin” tələsinə düşməyin. Onlar cərrahi əməliyyatdan imtina etməyinizi və Sizi konservativ yolla müalicə edəcəklərini deyib aldadacaqlar.
Həkim nə edə bilər?
Kataraktanın müalicəsi konservativ (dərmanla) və cərrahi üsuldan ibarətdir. Dərman müalicəsi zamanı vitamin damcıları təyin olunur.
Kataraktann əsas və, demək olar ki, yeganə müalicə metodu – cərrahidir. Siz və oftalmoloqunuz əməliyyatın nə zaman keçiriləcəyini birlikdə təyin etməlisiniz.
Cərrahi mülicə metodları bulanmış büllurun süni üsulla dəyişdirilməsindən ibarətdir. Bütün dünyada ən müasir metod – kataraktanın ultrasəs fokoemulsifikasiyasıdır. Bu əməliyyat artıq bütün dünyada adiləşib və ambulator şəraitdə yerli anesteziya altında aparılır. Görmənin yaxılaşması 95% xəstələrdə baş verir. Əməliyyat zamanı cərrah kataraktalı bülluru plastik və ya silikon büllura dəyişir. Əvvəllər bülluru kapsulasıyla birlikdə çıxarırdılar. Hal-hazırda kataraktanın ekstrakapsulyar ekstraksiyas həyata keçirilir. Bu o deməkdir ki, kapsula yerində qalır, içinə isə yeni büllur yerləşdirilir.
Kataraktanın profilaktikası
Erkən diaqnostika çox vacibdir. 65 yaşa qədər olan insanlar hər 2-4 ildən bir, 65 yaşdan sonra isə hər 1-2 ildən bir oftalmoloqun müayinəsindən keçməlidirlər.
Təəsüf ki, kataraktanın profilaktikası və dərmanlarla müalicəsi üçün heç bir universal vasitə yoxdur. Hesab olunur ki, siqaret çəkməkdən imtina və balanslaşdırlmış pəhriz kataraktanın əmələ gəlmə riskini azalda bilər.
Op.Dr.Uzman Fariz Sadıqov
XƏBƏR LENTİ
Rita Ora yay tətilində də maskasını çıxarmır - FOTO
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Yuxular və yuxuyozmalar (10)
Gürzə (foto resept)
Spinozanın düşüncələri
Ətli, kələmli, pomidorlu salat (foto resept)
"Körpə ayı" tortu (foto resept)
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Venesiyada maraqlı tapıntı
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
"Büdcəyə dəyişiklik olunacaq"
Aya iki bombardmançı təyyarə GÖNDƏRİLİR
Smurfiklər şəhəri - FOTO
Koronavirusa isti hava şəraiti təsir edəcək? - Alimlərdən açıqlama
Sağlam dəri üçün təbii maskalar
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Bakı sakinlərinə şad xəbər: yeni yol açılır
Brad Pitt hansı qadınlara aşiq olur?
HAVA necə olacaq?-19 Sentyabr
Evdə saç rəngini açmaq üçün 2 təbii üsul
Mazurka piroqu
Fonetika - Hərflər (1)
Biskvitlı tort (foto resept)
Tez-tez çimmək ziyandır?
COVID-19 xəstəsi 14 gündən sonra başqasını yoluxdura bilərmi? - VİDEO
Mimikaki
Modapərəst qadınların Must-have geyimləri
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
"Supermen" olmaq istəyirsiniz?
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib
O yaşda beyin duru
Təcili inflyasiya tapşırığı verildi
Bu qeyri-adi məxluq hər kəsi heyrətləndirir!-VİDEO
Sergey Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”
Ronaldodan alqışa layiq ADDIM
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
Bu gün Ümumdünya Qan Donoru Günüdür
2020-ci ilin ayaqqabı trendləri
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Sevin bir-birinizi...
Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?
Qadının mədəsində bolt aşkarlandı-FOTO
Bayram üçün kombin tövsiyələri
Xoruzların səhər banlamasının səbəbi öyrənildi
"Süd çörək" (foto-resept)
"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən bəlli oldu
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu