IV İslam Həmrəliyi Oyunları ilə əlaqədar Azərbaycana minlərlə xarici turist gəlib. Onlar təkcə oyunları izləmək üçün yox, həm də istirahət etmək üçün bura üz tutublar. Dincəlmək istəyən turistlərin də əksəriyyəti bölgələrə axın edib.
Xarici turistlər bölgələrə axın etməyə başlayıblar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, IV İslam Həmrəliyi Oyunları ilə əlaqədar Azərbaycana xeyli turist gəlib. Onlar həm oyunları izləmək, həm də dincəlmək üçün ölkəmizə üz tutublar. Tarixi-mədəniyyət abidələri ilə yanaşı mətbəxi ilə də dünyada tanınan Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur.
Turistlərin İslamiadanı izləməsi üçün "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində lazımi şərait yaradılıb.
Misgərlik sənətinin mərkəzi olan İsmayılının Lahıc qəsəbəsin də turistlərin ən çox axın etdiyi yerlərdəndir.
Dolanbac yolları, döşəmə daşları ilə tarixi özündə əks etdirən Lahıc turistlərin diqqət mərkəzindədir. Demək olar ki, hər ölkədən bura gələn qonaqlar var. Əsasən Türkiyə, Çin, Rusiya və ərəb ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. Qəsəbəyə gələn turistlərin ən çox diqqətini çəkən isə buradakı qədim tikililər, tarixi abidələrdir.
Lahıca gələn turistlər buradan əliboş geri dönmürlər. Süvenirlər və burada hazırlanan milli geyimlər qonaqlar tərəfindn əç çox alınan əl işləri sırasındadır.
Şimal bölgəsinin əsas turizm mərkəzlərindən olan Xaçmazın Nabran qəsəbəsində də mövsümə hazırlıq işləri gedir. İstirahət mərkəzlərində təmir-yeniləmə işləri görülür, çimərliklər tullantılardan təmizlənərək hazır vəziyyətə gətirilir. Qiymətlərdə də endirimlər edilib.
Dəniz kənarında və çimərlik ərazilərdə görünən mal-qaraya gəlincə isə Nabran ərazi icra nümayəndəliyindən bildirildi ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilib.
Göstərişlərə əməl etməyənlər barəsində isə qanun çərçivəsində tədbirlər görüləcək.
Milli.Az
XƏBƏR LENTİ
Ermənistanda zəhərlənmə
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
HAVA necə olacaq? 14 İyun
Hande Yener ərə gedir?
Obama tarixi Kuba qərarını verdi
Darçınlı bisküvit (foto-resept)
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq
Yevlaxda qeyri-adi olay
Bu ölkədə internet 2 il pulsuz olacaq
Bu gün imtahan olacaq
Aslılıq yaradan qidalar
Hikmət Hacıyev: “Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir”
Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb
2013-cü il ən isti illərin onluğuna düşəcək
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq
Kiyevdən Türkiyəyə xain zərbə
Saçların ombre rənglənməsi
Modabaz kişi geyimləri
Münasibətiniz haqqında bilməli olduğunuz 4qayda
Bakı tıxaclarına son
Kredit borcu yalnız o halda bağışlana bilər ki ..
Məşhur vampirin qəsri satışa çıxarıldı
Bakıda qəbristanlıq rəzilliyi: Zibilləri məzarlığa kimlər atır?
Qaragiləli dondurma (foto-resept)
Emin Bakıda film çəkir - FOTO
Sitatlarımız - IV hissə (Son)
Bir ailədən müharibəyə gedən beş nəfər
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Mobil telefonun gözəlliyə vurduğu zərbəni bilirdiniz?
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Milyader olmadan əvvəl necə görünürdülər?
Yağlı və quru dəri üçün maska
Fransa yenidən karantin elan edir
Fransız dili - Dərs 8
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Marsa pilotlu uçuşun vaxtı açıqlandı
Medusa
Yüz yaşını qeyd edən yaponların sayı 70 min nəfəri ötüb
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Sabahın HAVAsı
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Dayəni necə seçməli?
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Polşada üç həftəlik ümumxalq karantini başlayır
Viktoriya Bekhemdən FOTOsessiya
Pəncənizə görə xasiyyətinizi öyrənin
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Suqovuşandan yeni görüntülər yayıldı
Günün qoroskopu: qarışıq, laübəli gündür