Mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb.
Bu barədə Milli.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
İlkin məlumatlara əsasən, kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılıb. "WannaCry" adlandırılmış bu virusun əsasən, "Windows" əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.
Yoluxmuş kompüterlərdəki bütün növ fayllar - sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir. "Microsoft" şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı "Microsoft Security Bulletin MS17-010 - Critical" adlı yenilənməsi mövcuddur.
Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb. Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:
İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki "Windows" əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə ("patch"ın yüklənməsi və quraşdırılması) aparmağı;
E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməməyi;
Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmağı;
Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmağı;
Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, "Microsoft Defender" antivirus proqramından istifadə etməyi;
Antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamağı;
İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyi;
Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəzilik Mərkəzinin "1654" "Qaynar xətt"inə zəng etməyiniz və ya [email protected] elektron ünvanına yazmağınız tövsiyə olunur.
Milli.Az
XƏBƏR LENTİ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
Bank islahatı bizə nə vəd edir?
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Bel ağrısını azaldan yoqa hərəkətləri
Ən çox rast gəlinən cinsi problemlər
Sabah ilk Qədr gecəsidir
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Qasırğa Beyləqanı viran qoydu
2013-cü ilin gündəlik və mərasim geyimləri
Uzun kirpiklər üçün nə etməli?
Dağlar qoynunda unikal tryuk
Geyimdə nanəcövhər fərahlığı
Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyil
Planetin ən gözəli Yusif oldu
Sevginin son istifadə tarixi
Bu ölkədə əhalinin 82 faizi saqqız çeynəyir
Cəbhədə son vəziyyət
Azərbaycanda hava şəraiti dəyişir
Varikoz damar genışlənməsi nədir?
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Texnologiyasız yay
"Mourinyo futbol üçün böyük təhlükədir"
Gülməli heyvanlar (3)
Azərbaycanda 12 illik təhsilə keçid üçün yeni sənədlər imzalanacaq
Südlü toyuq qızartması (foto resept)
Yazı, xəbərlər üçün yeni QN sistemi
Ağciyərlərdəki heyranedici sistem
Hava haqqında
Məşhur aktyor ata olmaq arzusundadır
Üzdəki məsamələri daraldan maskalar
Manat sabah bu qiymətə olacaq
Cəbhədə uşaq yaralandı
Alış-veriş xəstəlikdirmi?
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
HAVA necə olacaq?-23 İyul
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
Bakıda tələbələr yayda necə pul qazansınlar?
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Hadise bacısı ilə barışdı-FOTO
Leysan, dolu yağacaq - XƏBƏRDARLIQ
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
Gavurdağı salatı (foto-resept)
Quru meyvəli maffinlər (foto resept)