Qara Tərlan hindudur. O, hindunun utana biləcəyi heç nə etməmişdir. O öz həmvətənləri, hindu qadınlar və uşaqlar uğrunda buraya onları aldatmaq və torpaqlarını əllərindən almaq üçün ildən-ilə gələn ağ adamlara qarşı mübarizə aparmışdır. Siz bizim nə üçün vuruşduğumuzu bilirsiniz. Bu, bütün ağ adamlara məlumdur. Buna görə onlar utanmalıdırlar. Ağ adamlar hindulara nifrət edir və onları evlərindən qovub çıxarırlar. Lakin hindular yalançı deyillər. Ağ adamlar hindular haqqında pis danışır və onlara qəzəblə baxırlar. Lakin hindu yalan danışmır, oğurluq etmir.
Əgər hindu ağ adam kimi pis olsa, bizim xalqın içərisində yaşaya bilməz; o, ölümlə cəzalandırılacaq və canavarlara atılacaqdır. Ağ adamlar pis müəllimdirlər; onların baxışları yalançıdır və onlar ticarətdə aldadırlar; onlar yazıq hindunun üzünə gülürlər ki, onu aldatsınlar; onlar hindunun əlini sıxırlar ki, özlərinə qarşı inam yaratsınlar, onları sərxoş olanacan içirtsinlər və bizim qadınları korlasınlar. Biz onlara dedik ki, bizi sakit buraxsınlar və bizdən uzaq olsunlar, lakin onlar bizi təqib edir, öz cığırlarımızla getməyimizə mane olur və ilan kimi içərimizdə hərlənirdilər. Onlar toxunmaqları ilə bizi zəhərlədilər. Biz təhlükə qarşısında idik. Biz təlaş içərisində yaşayırdıq. Biz də zəhməti yaddan çıxararaq zəhmətkeşlərə yox, onlar kimi ikiüzlü və yalançılara, zinakarlara, tənbəllərə, boşboğazlara çevrildik.
Biz Böyük Ruha müraciət etdik. Biz böyük atamızın hüzuruna getdik. Biz ruhlandıq. Onun ali məsləhətləri bizə şərəfli sözlər və böyük ümidlər verdi, lakin biz məmnun ola bilmədik. İşlər pis gedirdi. Meşədə marallar yoxa çıxdı. Opossum(1) və qunduzlar qaçıb getdi, qadınlarımız və uşaqlarımız ərzaqsız qalıb aclıq keçirdilər; biz böyük şura çağırdıq və böyük tonqal qaladıq. Atalarımızın ruhları gəldi və bizimlə danışdılar ki, səhvlərimizi və yanlışlıqlarımızı bizə göstərsinlər. Biz hamımız şura odu qarşısında danışırdıq. Bu, çox isti və xoş idi. Biz müharibəyə çağırdıq və tomaqavkları(2) çıxartdıq; bıçaqlarımız hazır idi və Qara Tərlanın ürəyi öz döyüşçülərini savaşa apararkən sinəsində fərəhlə döyünürdü. O, məmnun oldu. O, məmnun ruhların dünyasına gedəcəkdir. O öz borcunu yerinə yetirdi. Atası onu orada qarşılayacaq və tərifləyəcəkdir.
Qara Tərlan
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Tədris ilinin uzadılması nəyə hesablanıb?
Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı
Körpələrə qulluq
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Makaronlu pomidor dolması (foto-resept)
Nazirlik hərəkətə keçdi
HAVA necə olacaq? 23-yanvar
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
Qadının hədiyyəsi ərinin ölümünə səbəb oldu-FOTO
"Bu, o demək deyil ki, dövlət xəstəxanalarında xidmət pullu olacaq" - MÜSAHİBƏ
Dərini nəmləndirən maska
Qar səbəbindən məktəblər tətilə buraxıldı
Qədim Misir stomatoloqlarının metodu alimləri heyran edib
Türk mətbəxindən "Gavurdağı" salatı (foto resept)
Ərdoğan bu gün Bakıya gəlir
Şuşanın havadan görüntüsü - VİDEO
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
İrem Derici sarışın oldu - FOTO
"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT
Saba Tümər bu dəfə də diqqət çəkdi
Məşhur serial yenidən çəkilişlərə başladı-FOTO
Körpələrdə barmaq sorma və qəbizlik
Pik xəstəliyi
2013-cü ilin ən yaxşı fotoları
Rusiyada Mi-24 helikopteri qəzası ilə bağlı cinayət işi başlandı
Məşhur cütlüyün toyu təxirə salındı
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
ABŞ-da Azərbaycana qarşı çağırış
Britaniyanın yeni kralı bəlli oldu
Rəsulzadə ilə bağlı planlar gələn həftə bilinəcək
Gəlinlər üçün ayaqqabılar
"Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır" - "5 nömrəli"nin baş həkimi
Gözəllik üçün fotoks
Metroda qatarlar dayanacaq
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Metastaz niyə yaranır?
Rəngli peçenyelər (foto resept)
Bu şəxslər təhsil haqqından azad edilə bilər
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Bütün noutbuklar üçün eyni...
Qəribə sərnişinlər və sürücülər
"Facebook"u bağlayan ölkələr
"Babil" serialının səhnəsi sosial mediada SƏS-KÜY yaratdı - VİDEO - FOTO
Daşaltı əməliyyatından 23 il ötür
Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"
İyunun qeyri-iş günləri məlum oldu
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Çimərlik geyimləri
- ŞƏRHLƏR