Eskalatorla yeraltına girən və gün işığına çıxan bütün insanların üzündə bir boşluq gördü. Qorxunc boşluq. İnsanların üz cizgiləri anlamsız idi və bu anlamsızlıq, boşluq Nəsiminin bədəninə bir soyuqluq gətirdi, bədənini soyuq tər basdı. Yalnız bir anlamı vardı bu boşluğun və bu soyuqluq minlərlə hürufi qəlbini isitmiş Günəşi qorxutdu. Bir yuxarı qalxan, bir aşağı enən kütləyə baxdı Nəsimi. Bağırmaq istədi ki, “Məndə sığarikən cahan”, amma səsi çıxmadı. Gördüyü boş üzlər, mənasız gözlər möhürləmişdi ağzını. Bu məğlubiyyət idi. Gördüyü üzlər bu torpaqlarda yüz, min illər öncə yaşamış simalara çox oxşayır və heç oxşamırdı. Yer şairin ayaqlarının altından həm hərfi, həm də məcazi mənada qaçırdı. O, indi dar bir tuneldə ata qatilləri ilə birlikdə işığa doğru qalxırdı, onların udduğu havadan udurdu.
Şair özünə nifrət etdi, cismindən irgəndi. Sol tərəfdən aşağı düşənlər düz onun gözünün içinə baxırdılar. Aşağı getdikcə arxaya dönür, əvvəl göz bəbəklərini, sonra isə başlarını qaldıraraq, o gözdən itənə kimi onu izləyirdilər. Başını aşağı saldı, peşman idi. Sanki o da ata qatili idi. Ürəyi sanki parçalanaqdı. Əlini ürəyinin üstünə qoydu. Köynəyi qan ləkəsinə batdı. İnanmadı. Gözləri bərəldi, rəngi qaçdı. Ha çalışdısa da, gözlərini yuma bilmədi. Gözü bağlanmırdı, udquna bilmirdi. Eskalatorla aşağı düşən insanlar eyni soyuq nəzərlər və mənasızlıq dolu gözləri ilə ona baxırdılar. Onların nəzərində O heç kim idi artıq. MSN, Skype, ICQ, Facebook, Gmail, smile işarələri, axmaq musiqilər tutmuşdu onun yerini.Yuxarı qaçmaq istəyirdi, amma nə aşağı, nə də yuxarı addım ata biləcəyi boş məkan vardı. Böyük şair, dahi hürufi mürşidi Bakı metrostansiyalarından birinin eskalatorunda can verirdi. Ona baxan simasızlıq, boşluq onu dəli edirdi. Bu dəfəki ölümü ona daha ağır gəldi, baxışların verdiyi işgəncə, soyulmağın verdiyi işgəncədən daha əzablı oldu. O, bu ağrıya dözə bilmədi və ağlayaraq öldü.
Or Cuvarlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Ən çox yağ yandıran idman növləri
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Nişan üzükləri
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Siqaretlə bağlı bu iddia da puç oldu
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Ahıllar Günü Şəkidə qeyd olunub
Hakerlərə qarşı xüsusi idarə yaradıldı
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Qızdırmalı xəstələrə qulluq
Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
Məşhur cütlük yenə susdu-FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
FİFA ilin komandasını seçir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Siqaret çəkənlər kor ola bilərlər!
Mətin Şəntürk
"ASAN xidmət"də yenilik
Berkay tənqid olundu - FOTO
Müasir dizaynlı vanna otaqları
10-dan artıq rayonda rəqəmsal TV siqnalının keyfiyyəti yaxşılaşdırılacaq
Apple yenə suçlanır
Labirint (2)
Con Frenç Sloanın rəsmləri
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Murat Boz Aslı ilə duet oxuyacaq!
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Gül vida görüşü etdi
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
Server istehsalı artır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Soyuducular
"iPhone 6"-da qüsur aşkarlandı
Rusiya üçün bədbin proqnoz
Hava haqqında
Qəbizliyi necə aradan qaldırmalı?
Ən populyar proqramlaşdırma dili hansıdır?
Daş-qaşlı ziyafət çantaları
"Ayna" cizgi filmi
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Xaşxaşlı biskvit (foto resept)
Bakıdakı toz-dumanın əsl səbəbi açıqlandı
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Düyü suyunun dəriyə faydaları
- ŞƏRHLƏR