Bakıda hava 10°
USD AZN
EUR AZN
14:32Feride Salam canim necesen 10:46Sima salam herkese necesiz
41236

Qadınlar niyə aldadılır?

 

Aldadılmaq "aldadılmaq, oyuna gətirilmək, gözləmənin xaricindəki davranışa məruz qalmaq" mənalarını verir. Yəni ikili əlaqələrdə söz mövzusu olan aldatma hərəkətilə şəxs aldadılmış, oyuna gətirilmiş, gözləmədiyi və heç istəmədiyi bir davranışa məruz qalmışdır.

Yaxşı… Bu hərəkətdən  sonra adamı dərindən yaralayan, çox narahat edən şey yalnız aldadılmaq, yəni aldadılmış olmaqdırmı? Əgər belə isə bir çox adam mağazadan paltar alarkən ucuz və keyfiyyətli deyildiyi halda, bahalı və keyfiyyətsiz bir paltarı almağa məcbur olarkən söz verildiyi halda sözündə durulmadığı, həyatın müxtəlif yerlərində daha başqa şəkillərdə aldadıldığı zaman narahat olmazmı?
Aldadılma duyğusunun altında yatan ən əhəmiyyətli səbəblərdən biri də özünə hörmətin zəifliyidir. Şəxsin özünə hörməti nə qədər zəif, mövcud olan şəxsi dəyəri necə azdırsa, o qədər acı çəkməkdədir. Bu insanların şüurlarında yaşadıqları və aldadılma acılarını artıran ən əhəmiyyətli faktor əslində "Mənim yaşadığımı indi o da yaşayır, deməli, mənim heç olmasa beynimdə hazırladığım bir xüsusiyyətim yoxmuş. Hətta kim bilir, bəlkə də o, bunu məndən daha yaxşı edir ki, bax, ona getdi" duyğusudur (O zaman mən pisəmmi görəsən? Bu həyatda yəqin hər şey bir hesab-kitab işidir).

Bir çox qadın aldadıldıqdan sonra tez-tez dilə gətirdikləri "O qadında bilmirəm nə tapdı, halbuki, mən ondan daha gözələm" və s. sözləri deyərkən bu uydurmaları açıqca təsdiqləməkdədir. Göründüyü kimi, "Mən heç eqoist olmadım, bunu etdim, bunu etdim, amma yoldaşım çox eqoist çıxdı; yalnız özünü düşündü" - deyərək ciddi səviyyədə acı çəkən qadınların da eyni şəkildə  bir eqoistliyi  mövcuddur.

Aldadılma duyğusunu meydana gətirən digər bir faktor da qarşı tərəfin sırf bir başqasıyla birlikdə olması deyil; bu davranışın şüuri xarici sahədə səbəb olduğu, hərəkətə keçirdiyi "itirmə" psixologiyasıdır. Aldadılan adam partnyorunun cinsi üzvünün bir başqasıyla təmasa keçməsindən ötrü deyil, əslində bu əlaqənin öz itkisinə yol aça bilməsi ehtimalından narahat olmasıdır. Bu şübhələri doğru anlamaq üçün yoldaşınızın ümumi fahişəxanaya getdiyini, oradakı qadınlarla yalnız pul səviyyəli, tam zamanla və sekslə məşğul olduğunu, birlikdə yaşadığını xəyal etmək kafi olacaq.

Diqqət yetirin, burada da aldadılma vardır, burada da başqa biriylə cinsi birləşmə söz mövzusudur! 

Aldadılmadan sonrakı çətinlik müddətində çox qadının ən zəif olduğu, sanki böyük və boş bir quyuya düşüb boşluqda gəzişdiyi üçün təhlükəyə açıq olduğu mərhələdir. Ona görə eşqbazlar bu keçici müddətdən istifadə edər, özlərinin bu hərəkətini çox yaxşı qiymətləndirərlər. Məsələn, belə bir dövrdə qadın acıyla qıvrılarkən bir anda həyatına bir kişinin girdiyini gördüyü zaman yaşadığı aldadılma acısı sanki sehrli bir dəyənək dəymişcəsinə azalmaqda, hətta yox olan bir səviyyəyə enməkdədir.

Bəs nə səbəbə belə olmuşdur? Öz həyatına bir adam girdiyi zaman yaşanan aldadılma gerçəyi bir anda ortadan qalxdımı?

Xeyr, dəyişən bu hadisənin baş verməsi həqiqəti deyil, dəyişən "ortada qalacağam, məni kimsə istəməz, yaxşı olsaydım, onu mənə dəyişməzdi" sabit inancıdır. Bir anda iç dünyasını örtən "Yəqin tək qalmayacağam, o adam partnyorumu seçdi. İşə bax, bu da məni seçdi, demək ki, hələ seçilə bilən biriyəm, problem məndə deyilmiş" duyğusunu ən kritik anında yaşaya bilmiş olmasıdır.

Yenə aldadılma acısını artıran digər bir faktor da "Tutdum, bax, yoldaşım məni aldadırmış" səhvli inanıcdır. Burada ifadə edilən "Tutdum, aldadılmışam" düşüncəsi, "Tutmasaydım, aldadılmamış olacaqdım" düşüncəsi ilə eyni mənanı verməkdədir. Halbuki, adam yalnız tutduğunda aldadılmış olmaz. Bu düşüncə dərinlərdə "Aldadılsaydım tutardım, tuta bilmədim, elə isə aldadılmıram. Bu günə qədər heç tutmadığıma görə demək ki, məni heç aldatmadı, halbuki, indi tutdum, demək ki, indi aldadıldım" xəyalı yaratdığı üçün beyində işləyir. Bu səhv məntiqi düşüncə sürpriz doğurur (başqa sözlə, xəyala gətirib çıxarır), adamın həddindən çox təsirlənməsinə səbəb olur. Bəlkə də partnyor bunu illərdən bəri edirdi, amma qadın bunu yeni fərq etdi, bunu kim bilə bilər ki!

Həqiqi bir xüsusiyyətə sahib olmayan hisslər həqiqi olmayan ölçüdə çətinliklər doğurar.

Bu müddətdə aldadılan qadının içinə düşdüyü "Məni sevmir, sevsəydi, belə etməzdi" inancı yanlışdır. Qadınların çoxu sevmədikləri müddətdə aldatmağa çox yanaşmadıqları üçün kişiləri də belə zənn etməkdə, belə görmək istəməkdədirlər.

Aldadan kişi bunu çox vaxt sevgi axtarışı ilə deyil, cinsi istəklərini təmin məqsədilə edir. Aldadan kişi bu işi gizli etməklə, ortaya çıxmaması üçün səy göstərməklə, ortaya çıxdığı zaman "Etdim, maraqlarıma uyğun gəldi" demədən, üstəlik, göz görə-görə inkar etməklə yanaşı, yoldaşını sevdiyini, onu əsla itirmək istəmədiyini bəyan edir. Halbuki, çox qadın mövcud gerçəyi bu şəkildə deyil, "Bir də utanmadan danışır, üzümə baxa-baxa yalan danışır" şəklində oxumaqdadır. Kişi sanki dizləri üstə çökmüş bir halda "Eşqim, başa düş, səhv etdim, bilirəm. Sənə olan sevgim eynidir, sevgimdə problem yoxdur, yalnız cinsi duyğularıma məğlub oldum. Çox güvəndiyim iradəm məni bu dəfə tək buraxdı, mənə itaət etmədi, "Etmə-etmə" - dedim, amma bacarmadım, nə olar, başa düş, səni itirmək istəmirəm, yalvarıram" deyə yalvarır. Aldatmağı, aldadılmağı qətiliklə xoş görmürəm. Bunu əlaqələrin önündəki ən böyük maneə, əxlaq problemi olaraq görürəm. Hətta bu hərəkətin əsla bağışlanmaması lazım olduğunu da düşünürəm. Mövzunu həqiqi olaraq anlamağa çalışaq.

Yox, əgər "Sanki aldatmağı bir az kiçik hesab edirsən" deyirsinizsə, tamam, qəbul edirəm. Elə isə əlbirliyi ilə aldadan adamı daşlayaq. Mən buna da razıyam.

"Dünya dairədir və dönür" deyildiyi kimi, "Aldadanı ayıblama, günahlandırma daşı ilə daşlayaq, yenə qəbul. Amma bunlar da işin gerçək olan tərəfləridir, bunu da görək" deməyə çalışıram.

Olması, yaxud olmaması lazım olanlar ayrıdır, olanlar isə tamam ayrıdır. Mən də sizlər kimi olmaması lazım olduğunu düşünürəm. Amma olduğunu, olan şeyin arxa planının təəssüf ki, belə olduğunu söyləməyə cəhd göstərirəm.

Son söz

Aldatmaq hər vaxt üçün (xüsusilə də kişi üçün) bir sevgi və sevgisizlik problemi deyil. Amma bu, hər vaxt üçün əxlaq problemidir.

Hər kəs, hər vaxt, hər mövzuda əxlaqlı ola bilərmi?

Buna hər kəs eyni dərəcədə məcburdurmu?

Bu problemin cavabı həyat fəlsəfənizə görə dəyişəcək.

Yaxşı əxlaqlı olmağı ucaldan və mükafatlandıran, əxlaqsız olmağı isə tənqid edən və cəzalandıran bir yüksək motivasiya qaynağı yoxsa?

Halbuki, əxlaq bizə müəyyən mövzularda və yalnız "bu doğru, "bu səhv", yaxud "bunu et, bunu etmə" deyərək nəsihət verər (Hisslərimiz istəyir, əxlaq isə bizə davamlı "etmə, etmə, doğru deyil" deyir. Yaxşı, bəs bu işin sonundakı daha böyük qazanc nədir? Hər ağıl sahibi bu sualı soruşar. Nə demişdim, həyatda hər şey hesab-kitab işidir!)

Bunlar və bənzərləri:

Məsələn, "Aldatmaq ayıbdır!"  

Cavabı: "Ayıbdırsa ayıbdır, sənə nə! Sən kefimin ağasısanmı? Bir də ki, bu mənim ayıbımdır, sənə bir zərəri varmı?"

Əziz Qadın.Net saytının üzvləri siz heç partnyorunuz tərəfindən aldadıldınızmı? Aldadıldınızsa, sonda nə etdiniz?

Səslərin sayı: 18
73
11802
loading...
Şərhlər
Offline
Qəribə
Aldatmaq cox pisdir. Gozunun icine baxa baxa ozunu temize cixarmaq.
19 mart 2014 13:51
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Artiq kisiler aldadilir dash
10 mart 2014 18:51
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
First Lady
Allah bu kishilere agil versin.gozleri doysun.
19 noyabr 2012 00:45
Offline
AyLiN
Aldadan insan demek Heyat yoldaşına deyer vermir. Men bele fikirleşirem
19 noyabr 2012 00:38
Offline
musayeva
mence her bir qadin gec_tez aldadilir.cunki butun qadinlar eyni deyil.
19 noyabr 2012 00:29
Offline
Gozel Qasimzade
Allah butun aldadilan qadinlara sebir versin. Aldadanlara da insaf versin! Men xeyaneti bagisla bilmerem. Mence seven aldatmaz. En azindan heyat yoldasini itirmemek ucun.

menim nenem hemise deyir ki, eger halal qadini kisinin gozunde haram qadin qeder sirin olsa o heyat yoldasindan basqasina baxmaz. duz fikirdi
13 avqust 2012 16:43
Offline
SEVKA_X
inanin o deyirlere qadinnan aslidir bular bow sozlerdi.her halda men yawadim bilierem,yoldawimin kimlese daniwdigini bilende bawima qaynar sular axdi.bir Allah bilirki indi men ne haldayam.meslehete cox ehtiyacim var.
1 iyul 2012 01:21
Offline
Ay
insan ciy sud emib,ondan her shey gozlemek olar.arada ele insanlar haqqinda ele sheyler eshidirik ki,shoka dushuruk.qacilmaz bir sheydi.amma mence kishi qadini aldadirsa gunah qadindadi.ya onu ozune bagliya bilmiyib,ya da duzgun secim etmiyib o kishini secende

ahmed,
menim yashim her halda sizden cox kicik olar,amma menim size meslehetim.ele insandansa,tek davam etmek yaxshidi.ushaqlariniza gore yashayin
14 fevral 2012 11:23
Offline
ahmed
xeyanet aldatilmaq qorxusu heyatda en cox qorxduqum basima geldi 13illik sevgilim heyatim3usagimin atasiheyat yoldasim aldatdi meni 4aydirnefes almami da bilmitem nece yasadiqimi da ozumu oldurmeyi bele dusundum evladlarima gore heyatdayam onu baqisladimmi esla yox olenecen baqislamaram en pisi de budur ki anam ve bacilarim her seyi menden once bilirmis anam canim omrum neler cekib men bilsem ozume qesd ederem deye cox fikir cekib urek agrisi tapdimen ne etmeliyem cox stress kecirirem belke mene fikir veresiz fatma zanim sizden xahis edirem mene yazin ulduze xanim sizi de yaxsi basa dusurem
17 yanvar 2012 18:12
Offline
ulduze aliyeva
eveller aldadilmagi ayrilmaga sebeb kimi gorurdum artiq iki oglum var ve men onlari oz sexsi problemime gore atasiz veya anasiz boyumelerine razi ola bilmerem yeqinki ele birsey olsa yoldasimla muasibetleri keserdim ancaq yene bir evde yasayardim usaqlarima gore
17 yanvar 2012 01:09
Offline
Allah hec kese gostermesinmmende aldadildigimi hiss edirem.tutsam da hec ne ede bilmirem,bilmerm.qizim var
3 yanvar 2012 01:13
Offline
strawberry
ALDADILAN WEXS BIRAZDA GUNAHI OZUNDE GORMELIDIR.....ISTER KIWI.ISTER QADIN OLSUN recourse
17 noyabr 2011 20:59
Offline
naughty_girl92
nebilimeeeee
11 noyabr 2011 14:22
Offline
test
en qorxduqum sey aldadilmadi aldadilsam hec vaxt baqislamaram.
1 noyabr 2011 11:56
Offline
ZUVARA
menimde en zeif yerimdi aldatilmaq ne olur olsum amma yalan olmasin no
7 oktyabr 2011 17:02
Offline
J e a l o u s y
bu heyatda belke de evlendikden sonra en qorxdugum sey aldadilmaqdir.Allah ici ozum qarisiq hec kese gostermesin.AMIN!!!
23 sentyabr 2011 22:36
Offline
oksana
yaziq qadinlar hemise beledi de aldadilirlardaa belay
25 avqust 2011 21:33
Offline
Niko_F
[b]semavi[/b,fikirlerinizi cox beyendim sonda iwletdiyiniz deyimin de yeri var!!!


am men bu movzuda acizem,fukrim coxdu ama yene acizem cunki,heyatda herkes herweye qadirdi...
21 avqust 2011 09:48
Offline
_sevgim_
aldadilmaq cox pis hisdir.insanin ozune guvenini itirmesine sebeb olur.insan ozunun cirkin oldugunu deyersiz oldgunu dusunur. recourse sizce aldadani bagislamaq lazimdirmi?
5 avqust 2011 18:24
Offline
La_Vie_En_Rose
tek kiwiler aldatmir,qadinlarda aldadir,ancaq ALLAH hec kme aldadilma qismet etmesin
3 avqust 2011 20:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Здравствуйте! прикольный у вас сайт! Нашел сериальную базу кино: смотреть бесплатно лучшие мультфильмы аниме Тут: Лучшие документальные фильмы смотреть Смотреть онлайн лучшие документальные фильмы список 2019 Тут: http://inspacefilm.ru/2902-universalnyy-soldat-4-universal-soldier-day-of-reckoning-2012.html Универсальный солдат 4 / Universal Soldier: Day of Reckoning (2012) смотреть онлайн бесплатно Тут: Кровавый алмаз / Blood Diamond (2006) смотреть онлайн бесплатно Кровавый алмаз / Blood Diamond (2006) смотреть онлайн бесплатно
  • Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ

    Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
  • Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi

    Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
  • Kakaolu, armudlu keks (foto-resept)

    Offf nə yeməli görsəndi
  • Məşhur Maqnat 150 milyonluq ev aldı

    Heç manqat qırağa dursun milyonçu qızı da olmadıq
  • 14:32 - Müəllif: Feride
    Həyatı yoldaşı seçərkən... (1)

    Həyatı yoldaşı seçərkən...

    Maraqlıdır ki, ağıllı xanımlarla evlənən bəzi kişilərin beynində “zəiflik” rast gəlinsə də, xəstəliyin heç bir əlamətindən əziyyət çəkməyiblər. Onlar tam əmin olub ki, son dərəcə intellektual və işləkdirlər.
  • Ərdoğan məşhur aşpazın qonağı oldu

    İnstagramda Burakı izliyirəm xoşum gəlir
  • 2019-un ən çox qazanan ifaçıları

    TEylor bu pulu nəydən qazanır?
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    В детской стоматологии Family Dent отличный подход к детям. Старшей дочери недавно установили здесь титановые брекеты, а младшему сыну вылечили зубы совсем без слез. Такого еще ни разу не было. Впервые без нервотрепки и криков. Теперь ходим только сюда - стоматология Family Dent Мне эта стоматология Family Dent понравилась очень качественной . Всего хорошего рекомендую !
  • 12:25 - Müəllif: Sima
    Qadınlara 25 milyon ödəyəcək (2)

    Qadınlara 25 milyon ödəyəcək

    Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış