Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.
XƏBƏR LENTİ
Ondine lənəti-FOTO
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
9 yaslı Ömərin qeyri-adi bacarığı-VİDEO
Milli komandamız gerilədi
Ayaqqabı təmizliyi üçün praktik üsullar
Olmazsa olmazımız "sırqalar"
Sınaqdan çıxmış cavanlıq cövhəri
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
Fatih Terimin qızına 80 min avroluq üzük
ABŞ-la İran arasında buzlar əriyir
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Gözəl köynək düymələri
H&M qadın geyimləri
BİR SEVGI HEKAYƏSI
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Melaniya Tramp Ağ Evi bəzədi - VİDEO - FOTO
Bu qəsrdə ruhlar yaşayır
Möhtəşəm binalar
Həyatın olması üçün bunlar olmalıdır
İşləmək, yoxsa işləməmək?
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
44 min insan koronavirusdan şəfa tapıb
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Günün ulduz falı
Zehni sağlamlığa mənfi təsir edən vərdişlər
Qalib Azərbaycan əsgərlərinin rəqsi - VİDEO
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb
Gün ərzində dərinin sağlamlığını pozan 4 hal
Kəlağayıların əsil qiyməti
Olimpiya çempionumuz Bakıda sürücüləri cərimələdi
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Arqan yağının dəriyə təsiri
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Dəfn və qəbir yerlərinin satılması problemini necə çözməli...
Aksesuarlar
Keçən ilin möhtəşəm şəkilləri
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Market sifarişini gətirən kuryer qadını öldürdü
O da "Sefirin kızı"nda olacaq
Musiqidən alınan keyfin sirri açıldı
"Mən daha çox vergi ödəməliyəm" - BİLL GEYTS
Qripi sağaldan 3 detoks
Professor-müəllimlər işə dəvət olunur
Hava haqqında - 30.08.2013
Siqaretin "ağ"ına da lənət, mentollusuna da
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO