Arabir gecə vaxtları atamın yatdığından istifadə edərək ciblərini eşələyir, maşınının açarını götürürdüm. Daha sonra sakitcə həyətə enərək maşına minib, Bakının yatmış halından istifadə edərək, sakit və işıqlı yollarla ora-bura şütüyürdüm. Daha sonra maşını yenidən yerində saxlayıb, açarları şalvarın cibinə qoyurdum. Hələ ki, bir dəfə də olsun atam tərəfindən tutulmamışdım. Mənə elə gəlirdi ki, kişinin bundan xəbəri var idi, sadəcə olaraq səsini çıxartmırdı. Çünki, əsgər getməyimə sayılı günlər qalırdı. Bu günlər mənim üçün Cənnət dəqiqələri idi. Buna görə səhərlər yastığımın altında bir neçə dəfə pul da tapırdım. Bilirdim ki, kişinin işidir.
Bu dəfə də şəhərdə maşın sürmək fikrinə düşdüm. Yenə də həmişəki kimi etdim. Açarları sakitcə götürərək aşağı endim, mühərriki işə salıb yola düşdüm. Yarım saat olardı ki, sürürdüm. Birdən restoranların birindən kök bir kişinin çıxıb mənə əl edərək "Əəə, saxla, saxla!" - deyə qışqırdığını gördüm. Onsuz da evə qayıdırdım, bəlkə taksi bilib məni? Eyibi yox, 5-10 manat qazanıb sonra gedərəm evə - deyə öz-özlüyümdə fikirləşdim.
Kök kişi maşının qapısını açıb güc bəla ilə salonda özünə yer etdi. Ağzından "Şampanzavod" iyi gəlirdi. Ürəyim də lap ağzıma gəldi. Ay rəhmətliyin oğlu, adam da bu qədər içki içər? Bir az da qorxurdum ki, qaytarıb edər, sonra mən nə edərəm?
- Buyur dayı, hara gedirsən?
- Bala, buralarda yaxın mehmanxanaların birinə apar məni.
- Baş üstə!- deyib yola düşdük. Əlli metr sürmüşdüm ki,
- Əəə bir az yavaş sür - deyib üstümə çığırdı. Axı mən normal sürətlə sürürdüm. Olmaya kişinin gözünə holisunasiya görsənir?
- Baş üstə dayı.
İkiyüz metrdən sonra kişi yenə də səsləndi. Bu səfər daha da bərk:
- Əəə, sənə demədim ki, yavaş sür?
- Ay dayı, sən Allah, axı, mən bərk sürmürəm.
- Mübahisə etmə!
- Baş üstə! - deyib, yola davam etdim. Sərxoş adamdır, nə danışdığını bilmir. Düşünürdüm ki, bu cür insanlarla mübahisə etməyə dəyməz.
Beş dəqiqədən sonra səbrim daşmağa başladı, çünki kişi qulağıma elə çığırdı ki, diksindiyimdən az qala maşını divara çırpacaqdım:
- Əəə səni dəvə doğub? Ə küçük demədim yavaş sür?
Ay Allah, nə deyim buna. Elə istəyirdim ki, dişimin dibindən çıxanı deyərək, onu maşından rədd edim:
- Saxla əə, burda düşürəm. Sənə pul zad düşmür. Davay, salamat qal, küçüyün biri küçük. - deyib maşından düşdü. Qapını da elə çırpdı ki, səsi küçəyə yayıldı. Əsəbimdən maşını sürüb getdim. Atam yaşında kişi idi, onunla nə mübahisə edəcəkdim ki? Olan qalan abrımı da aparsın. Hələ də üstəlik sərxoş idi. Nə isə, pul da verməmişdi.
Artıq evə çatmışdım. Arxaya baxdım ki, görəsən qusub etməyib ki? Birdə oturacaqda qalmış pul cüzdanı gözümə sataşdı. Əl atıb götürdüm. Açıb içinə baxanda, gördüklərim məni dəhşətə gətirdi. İçində 325 manat pul, bir-iki hesab kartı, şəxsiyyət, sürücülük və bir də başqa bir vəsiqə var idi. O vəsiqəyə diqqətlə baxdım. Kişi rayonların birində Notariat konturunun şöbə müdiri işləyirdi. Bəxtimdən orda kişiyə aid vizit kartları da var idi. Əsəbimdən yerimdə dura bilmirdim. İstəyirdim ki, pulları götürüb cüzdana od vurum. Amma lənət şeytana deyib evə qayıtdım. Yerimdə uzanıb bir az düşündüm və yuxuya getdim.
Səhəri gün dostumun mobil telefonunu götürüb gizlin nömrə ilə vizit kartındakı nömrəyə zəng etdim.
- Alo, hə... - səs eşitdim, dünənki səs olduğunu dərhal tanıdım.
- Salam dayı, mənəm dünənki oğlan.
- Nə oğlan əəə?
- Dünən gecə maşına mindiz ha, qara rəngli "KİA".
- Hə, yadıma düşdü. O bərk sürən küçük? Nə var, niyə zəng vurmusan?
Əsəbimdən istədim dəstəyi yerə qoyum. Səbr etdim:
- Kişi, dünən cüzdanını maşında qoymusan. İstəyirdim sənə qaytarım. İçində sənəd-sünəd və 325 manat pul var idi.
- Əəə qoduğ, sən küçüklükdən əlavə oğurluğu da bacarırsan? Tez ol qaytar cüzdanımı. Orda 325 manat yox, 2500 manat pul var idi. Hara oğurlamısan pulları? Əəə sən məni tanıyırsan? Qulaqlarıvı kəsərəm sənin küçük. Oğru dələduz.
- Ay kişi sən nə danışırsan? Oğurlasaydım heç zəng vurardım?
- Səsini kəs! - axıra qədər qulaq asmadan telefonu qapatdım.
Mən bundan birdəfəlik canımı qurtarmalı idim. Yuxarıda bir poçt var idi, piyada gedərək gəlib poçta çatdım. Orada cüzdanı pul qarışıq paketləşdirdim. Üstünə vizitkada yazılmış ünvanı və ətraflı məlumatları yazıb rayona göndərmək üçün sifariş etdim. Dərindən bir nəfəs aldım. Başımdan rədd etmişdim artıq. Qapıdan çölə çıxıb evə getmək istəyirdim ki, poçtun yuxarı mərtəbələrində eyvanların birindən iki kişinin mübahisə etdiyini gördüm. Səsləri ətrafı bürümüşdü. Onlardan birinin səsi isə mənə daha tanış idi. Bu həmin kişi idi. Özümü biruzə vermədən sakitcə yoluma davam etdim. Mənə elə gəlirdi ki, bəlkə də o kişi həmin məbləğdə pulu xərcləmişdi və ya itirmişdi... Nə bilim. Bəlkə də böhtan atırdı. Amma mən boynumda olanı etmişdim. Hər nə olsa da.
PS: Bu olmuş bir əhvalatdır. Dostlardan birinin başına gəlib. Mən o əhvalata bir az dəyişiklik edib, bədiiləşdirdim.
Fərid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara bunları demək olmaz!
Qadını qısqandırmayın, yoxsa...
Hər zövqə uyğun üzüklər
Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı
Azərbaycanlıların soyqırımından 102 il ötür
İnsanlıq sevgiyə həsrət gedir
Brus Li"nin mənəvi gücü
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı
Həftənin ilk iş günündə hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
Kəbə əvvəllər necə olub?
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Qarğıdalılı barbunya (foto resept)
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Cəlilabadda tarixi tapıntı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Ramazanın başlama vaxtı
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Hamilə xanımlara geyim nümunələri
Dünyanın ən varlısı yenə o oldu
Bahalı maşınların kasıb sahibləri
28 min azərbaycanlı geri döndü
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Koronavirusla bağlı son STATİSTİKA
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Sinem Kobal ad gününü qeyd etməyəcək
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Evdə işləyənlər üçün çalışma masası
Rusiyada dollar üzüaşağı getdi
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə - SİYAHI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Doğulacaq körpənin Rəbbi ilə söhbəti
SON DƏQİQƏ: Hamı Avropaya axışır - Biletlər satıldı
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Qarabağa erməni ümidi azalır
Bakıda karantinə nəzarət gücləndirildi
Pərdə nümunələri
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Bakının bu ay bağlı olacaq yolları