Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Yuxuda şeytan peyğəmbər surətində görsənə bilərmi?

Yuxuda şeytan peyğəmbər surətində görsənə bilərmi?

 

Qeyd edilir ki, əgər bir kəs yuxuda Peyğəmbər və ya imamları görsə mütləq onları görmüş sayılır. Şeytan, yaxud başqa bir şey onların surətində gələ bilməz. Belə bir şey doğrudurmu, yaxud bunu təsdiq edəcək nəsə varmı?

Öncə diqqət etmək lazımdır ki, məsum olmayan kəsin yuxusu heç cür höccət və itaət olunması vacib olan bir şey deyil. Bu barədə İmam Sadiq buyurmuşdur: “Allahın din və əhkamı yuxu ilə dərk olunmaqdan daha izzətlidir”. (əl-Kafi, c3, s.482; İləlüş-şəraye, c.2, s.312)

Həmçinin buyurmuşdur: “Yuxu – ya Allah tərəfindən bir müjdələmədir, ya şeytan tərəfindən qorxutmaqdır, ya da qarışıq və möhtəvasız yuxulardır”. (Biharül-ənvar, c.58, s.180)

İndi isə sualın cavabına gələk... İmam Rza məşhur bir hədisdə buyurmuşdur: “Allah Rəsulu belə buyurmuşdur ki, hər kim məni yuxuda görsə, elə məni görmüşdür. Çünki şeytan mənim, canişimlərindən və şiələrindən birinin surətində zahir ola bilməz. Doğru yuxu nübüvvətin yetmiş hissəsindən biridir”. (əl-Fəqih, c.2, s.585; əl-Əmali lis-Səduq, s.64; Uyunul-əxbar, c.2, s.275)

 

Alimlərdən biri bu hədis barədə belə cavab vermişdir: Məsumu yuxuda görmək onun nəticəsidir ki, onu oyaqlıqda görmüş olsun. Əks təqdirdə necə demək olar ki, yuxuda görülən məsumdur?! Yəni bu rəvayətdə belə buyururur ki, şeytan Peyğəmbər və sair məsumların forma və şəklində zahir ola bilməz. Ancaq haradan məlumdur ki, yuxuda Peyğəmbər, yaxud sair imamlar adı ilə bizə zahir olan, belə bir iddiaya malik olan, əslində öz iddiasında doğru danışır?

Peyğəmbər və sair imamları görmədiyimiz üçün bu məsələni ayırd etmək bizim üçün mümkün deyil. Çünki zehnimizdə məsumlar barədə heç bir səhih təsəvvür yoxdur ki, onu yuxuda görmüş olduğumuzla tətbiq edək. Odur ki, əgər kimsə oyaq ikən məsumların müqəddəs zatlarından birini görsə, sonra yuxuda nurani bir surət görmüş olsa, bu yuxu səhihdir. Amma əgər tanış olmayan bir surət görsə, bu naməlum surət imamlıq iddiası etsə, onu ayırd etmək çətindir. Çünki imamı öncə görməmişdir. Şeytan yalancı iddia edə bilər”. (Ayətullah Cavadi Amulinin məhzərində sual və cavablar, s.123)

Bu nəzəriyyə mümkündür ki, daha artıq qəbul etmək qüdrətində olmasın. Çünki İmam Rza bu rəvayəti Peyğəmbərdən elə bir zamanda nəql etmişdi ki, Xorasandan bir nəfər onun yanına gəlmiş və demişdi ki, mən Allah Rəsulunu yuxuda görmüşəm. O sənin vəziyyətinin necə olacağını dedi. Dedi ki, bir vaxt sizin məntəqədə cismimin bir parçası dəfn olunacaq, sizin yanınızda mənim əmanətim qərar tutacaq, ulduzum sizin məntəqədə qeybə çəkiləcəkdir.

İmam Rza buyurdu ki, mən sizin məntəqədə dəfn olunacağam. Mən Allah Rəsulunun bir parçası, onun əmanəti və ulduzuyam.

Həmin vaxt xorasanlı kişinin yuxusunu dəstəkləmək üçün belə bir açıqlama verdi ki, şeytan onun, vəsilərinin, Salman, Əbuzər kimi xalis şiələrinin surətini ala bilməz.

İmam bu açıqlama ilə bildirdi ki, həmin xorasanlı kişi Peyğəmbəri sağ ikən görməsə də, yuxuda həqiqətən görmüşdür. Bu mətləbi dəstəkləmək naminə ümumi bir qayda qeyd etmişdir ki, şeytan özünü Peyğəmbər, vəsilər surətinə sala bilməz. İstər onları həyatda ikən görmüş olsun, istər görməsin.

Burada Şeyx Müfid, şiə kəlamının böyük ustadı ən üstün nəzəriyyəni irəli sürmüşdür:

Odur ki, insan yuxuda Peyğəmbər, yaxud imamlardan birini görsə üç haldan xaric deyil:

Biri odur ki, həmin yuxu həqiqi yuxudur və həqiqətən Peyğəmbər və imamı görmüşdür.

Səhih olan hissəsi o haldadır ki, insan Peyğəmbər, ya imamı yuxuda elə bir halda görsün ki, o böyüklər əməl, yaxud sözlər vasitəsilə onu ilahi itaətə dəvət etsinlər, yaxud məsiyətdən saxlasınlar. Onu haqqa doğru çağırsınlar və batildən uzaqlaşdırsınlar.

Şeytanın Peyğəmbər və imam surətində zahir ola bilməməsini qeyd edən rəvayət həmin bu hissəyə aiddir.

İkinci hissə mütləq şəkildə batildir. Odur ki, insan yuxuda peyğəmbər və ya imamı görsün. Ancaq onlar yuxu görən kəsi məsiyətə və ilahi itaəti tərk etməyə dəvət etsinlər. Bu yuxu şeytan tərəfindəndir, ya da qarışıq, möhtəvasız yuxudur. Çünki yəqinimiz var ki, heç vaxt məsumlar belə bir əmr etməzlər.

Üçüncü qism isə budur: mümkündür ki, yuxu ya həqiqi olsun, ya da şeytani qarışıq yuxu olsun. Məsələn, insan Peyğəmbəri yuxuda elə bir halda görsün ki, onu nə ilahi itaətə dəvət edir, nə də Allahın sözündən çıxmağa təşviq edir. Yəni yuxarıdakı iki hissəyə şamil deyil. Məsələn, onları ya oturaq halda görsün, yaxud yol gedərkən görsün.

 

Qeyd olunan rəvayət təkcə birinci hissəyə aiddir. İkinci qism yuxular şeytani yuxulardır, üçüncü qism yuxuların isə ya şeytan tərəfindən olması, ya da qarışıq, narahat yuxular olması mümkündür. (Kənzül-fəvaid, c.2, s.62; Bihar, c.58, s.211)

 

Farid Abdullah

Səslərin sayı: 0
1
540
loading...
Şərhlər
Offline
Agat_Kris
Bu ancaq Muhemmed peygembere(s.a.s) aiddir. Bele ki, bu barede hedis de vardir ki, Muhemmed peygemder(s.a.s) yuxuda meni goren heqiqeten de meni gormuwdur, cunki weytan menim cildime gire bilmir deyib.
24 sentyabr 2017 23:16
imza: Pozitiv olun!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır