Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9810 AZN

Siyənək salatı (foto resept)

 

 

Siyənək salatı (foto resept)

 

 

Polşa mətbəxi

 

Tərkibi:

200 qram duzlu siyənək

50 qram hisə verilmiş siyənək

50 qram duzlu xiyar

50 qram alma

1 ədəd  soğan

50 qram duza qoyulmuş göbələk

1 dəstə cəfəri

Mayonez

 

 

Siyənək salatı (foto resept)

 

 

Hazırlanması:

Hisə verilmiş və isladılmış duzlu siyənəyin dərisini soyun, sümüyünü təmizləyin və xıra kub şəklində doğrayın. Yumurtanı bərk qaynadın. Sonra bir neçə damcı bitki yağında yumurta sarısı, xama, duz, şəkər, sirkədən mayonez hazırlayın. Həddən artıq qatı sousu həlim və ya bulyonla həll edin. Qabıqları soyulmuş alma və duzlu xiyarı, soğan və yumurtanın ağını  xırda kublar şəklində doğrayın, siyənək və mayonezin bir hissəsilə qarışdırıb salat qabına qoyun.

Süfrəyə verərkən mayonezin qalan hissəsini əlavə edib və üzərinə duza qoyulmuş göbələk, cəfəri şaxələri və ya yaşıl salat yarpaqları ilə bəzəmək olar. Qızardılmış kartofu yanında verin. Buterbrodların hazırlanmasında istifadə etmək məsləhət görülür.

Səslərin sayı: 1
2
1079
loading...
Şərhlər
Offline
Iceberg
maraqlı reseptdir sadəcə yayda moyenezli salat etmirəm
15 iyun 2018 01:07
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Dadlı görünür. Salatsevər olduğumdan hər iki gündən bir edirəm. Bu resepti də sınayaram
14 iyun 2018 14:40
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış