Bakıda hava 30°
USD 1.7012 AZN
EUR 1.9839 AZN
14:06Şirniyatçı Kamile Qadin Netlilere Salam 09:58Xəyalə Murad Gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:44Iceberg Sabahınız xeyir olsun)))
37523

Bəs onda niyə ərə getmisən?

 

Bəs onda niyə ərə getmisən?

 

Cinsi sıxıntıları olan, daha dəqiq, vaginizmdən əziyyət çəkən xanmların ən çox eşitdiyi qınayıcı sualdır bu: “əgər edə bilmirsənsə, onda niyə ərə gedirdin?! oturmuşdun da atanın evində!”

 

Bu sualı ona istiqamətləndirən xala, rəfiqə, qonşu, qaynana və s. olduğu kimi, həkimlər də bu siyahıya qatılır. Sonuncunu təəssüf hissi ilə yazıram. Çünki, xüsusilə cinsi problemlərimiz varsa, birinə bu haqda danışmaq olduqca çətindir. Özümüzü toplayıb, həkimə getmək isə daha da çətin. Nə ilə üzləşəcəyimizi bilmərik əvvəlcədən. Hələ üstəlik, tam da cəsarətimizi toplamışkən, həkimdən belə qınayıcı bir reaksiya gördüyümüzdə, qəlbimizlə yanaşı, motivasiyamız da qırılmış olur. Siz buna, ümidi də əlavə edə bilərsiniz.

 

Biraz balansı qorumaq istəyirəm. Qadınların cinsi sıxıntılarından yazarkən, kişiləri unutmuşam zənn etməyin. Hər hansısa bir cinsi sıxıntı yaşayan kişilər də, sanki kişiliklərindən birşey əksilmiş kimi hiss edirlər. Bu haqda mütəxəssisə müraciət etmək onlar üçün də zaman alır. Qınanmaqdan, damğalanmaqdan qorxarlar. Çünki onlar da nə ilə üzləşəcəklərini əvvəlcədən bilməzlər.

 

Bu sıraya yoldaşının cinsi problemi üçün (qadın vəya kişi) mütəxəssisə gedən şəxsləri də daxil edə bilirik. Etika və əxlaqı bir yana qoyaq, intellektual bacarıqlara belə zidd olan nitqlə üzləşirlər. (məsələn: sən buna neylədin ki, bu vəziyyətə düşdü?; sən özün problemlisən, onun boynuna yıxma!…və s.

 

Ölkəmizdə hər 5 cütlükdən 4-nün qarşılaşdığı bəzi cinsi problemlər vardır. Lakin, onların şikayətinə uyğun, düzgün yanaşma olmaya bilir. Ya da, bu şikayətlərlə kimə müraciət etmək lazım olduğunu bilməyə bilərlər. Hələki, ölkəmizdə cinsi diaqnostika və müalicə sahəsi tam inkişaf etməmişdir, mütəxəssis sayı olduqca azdır. Bu sahəyə aid olan şikayətlərə həkimlər aşina olmaya bilərlər. Vəya düzgün diaqnoz qoyduğu halda, müalicəsi üçün nə etmək lazım olduğunu bilməyə bilər. Bu hallar da pasientin çarə axtarışında, sıxıntılarla üzləşməyinə səbəb olur.

Bütün bunlardan yükünüzü biraz da olsa azaltmaq üçün, utanmadan-sıxılmadan, araşdırma ruhunuzu gücləndirərək, partnerinizlə/ yoldaşınızla dəstəkləşərək çıxış yolları axtarmaq faydalı olacaqdır. Cinsi problemlərin həlli üçün düzgün mütəxəssisi tapmaq nə qədər vacibdirsə, partnerin dəstəyi də bir o qədər önəmlidir. Cütlük müalicəyə bərabər qatıldığı zaman, müalicənin müddəti qısalmış olar.

 

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…

 

Psixoterapevt Şəbnəm Sadiqova

Səslərin sayı: 0
0
698
Loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • Uşaqlara baxan ana ilə atanın fərqi

    Həqiqətin əks olunduğu şəkillərdir
  • Selfi çəkməmək üçün fərqli üsuldan istifadə edən ailə

    Çox maraqlı görünür. Şəkillərdə öz emosiyalarını əks etdirə bilirlər.
  • Nəsillərin söyünc nəsihəti

    21-ci əsrdə hələ də bu cür ailə "münasibətləri" davam edirsə, inkişaf dövrümüz nə zaman olacaq? İnsan özünə hörmət qoymasa, qarşısındakına da qoymaz. Ailədə kişinin qadına münasibəti necədirsə, uşaqları da gələcəkdə öz ailəsində eyni münasibəti davam edir. Nəyisə dəyişmək istəyiriksə, elə özümüzdən başlamalıyıq.
  • Möcüzəvi saçlı bacılar

    IcebergBiri niyə həmişə sağa yığır saçını?Mənə də o qəribə gəldi. Uşaqlıq şəklində eyni yığırmışlar. IcebergBiri niyə həmişə sağa yığır saçını?Mənə də o qəribə gəldi. Uşaqlıq şəklində eyni yığırmışlar.
  • Xoşbəxtliyə səsləyən müəlliflərin öz aqibətləri

    Bəzən elə insanlar olur ki, ətrafındakılara, ümumiyyətlə, cəmiyyətə gözəl nəsihətlər edir, onları doğru yola çağırır. Bunun nəticəsində isə insanlar əməllərini düzəldərək Allaha yaxınlaşır. Lakin həmin şəxsin özü isə dediklərindən nəticə çıxarda bilmədiyi üçün həyatını məhv edir.
  • 10:12 - Müəllif: Iceberg
    Analar və qızları (9)

    Analar və qızları

    Uşağın kefi yoxdur deyəsən ))))))))))
  • 09:56 - Müəllif: Iceberg
    Möcüzəvi saçlı bacılar (3)

    Möcüzəvi saçlı bacılar

    Biri niyə həmişə sağa yığır saçını?
  • İllərin təsirini göstərən şəkillər

    Nəsə neqativ təsir etdi bu şəkillər mənə..
  • Uşaqlara baxan ana ilə atanın fərqi

    Bu xəbərə çox güldüm.
  • Ağcaqanad dişlədiyi yerə təbii üsullar

    Ağcaqanadlarla mübarizədən yorulmuşam, qızıma pis təsir edir
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!