Bakıda hava 27°
USD 1.7022 AZN
EUR 1.8999 AZN
16:08Dəniz84 Salam dostlar, NECƏSİNİZ? 13:51 Xèÿáłè 💕 Elik asqitom zeng et mene darixdim tez 13:45 Xèÿáłè 💕 Elik mamedovla sevgiliyik heyy adsiz senenem cekil aradan 09:33Xəyalə Murad Pərvanə xanım, sizi görmək xoş oldu 09:32Xəyalə Murad Əziz Qadin.Netlilər! Gününüz aydın olsun! 09:32Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 09:15PƏRVANƏ ƏLİYEVA...... Xosh gunlerinize geley Xeyale xanim. Coxsaqolun❤️
37252

Asan peşə

 

Asan peşə

 

Yuxu deyil gözlərimi

Yummağa səbəb.

Xəyal qurmaq peşəsinə

Yiyələndim.

Yuxu görmədiyim gecələrdə.

Xəyal qurmaq,asan peşə

Deyil,yuxusuz gecələr...

Ömürdən anlar alar

Atar mavi dənizə.

Dəniz xəyal dolar,

Dalğalanar...

Rəngi qaçar,dondan-dona girər.

Hər gecə başqa libas olar əynində.

Bakı küləklər şəhəridir

Bilirsən,gah o yana,gah bu yana əsər.

Şərqə əsər,dalğalanan bayraq kimi.

Tüstülənən qəlyan hopar dörd divara,

Qəzəl deyib,xalça hörər

O dənizin xəyal quran adamları.

Şimaldan da,cənubdan da əssə belə,

Fayda olmaz,qırılmaz ki,

Tikanından qan qoxan dəmir məftil.

Ya aşarmı lal axır deyilən,o dilsiz çay.

O tayda xəyal quran adamlar yox.

Bu taydasa yarı oyaq,yarı yuxulu

Xəyal quran ,xəyalları borularla

Qərbə axan,

Adamlar .

Borudakı ,dənizin dalğalarıdı.

Vədəsi çatanda lüt qalacaq ,

Xəyal dolu,dəli dəniz.

Qütbsüz,sonsuz...

Xəyal qurmaq ,

Tarix olmaq yox,

Tarix yaşamaq

Asan peşə deyil.

 

Lamiya Mardan

Səslərin sayı: 0
2
282
Loading...
Şərhlər
Offline
Banu elizade
elleriniz derd girmesin baci
18 aprel 2017 22:09
Offline
Emin
maragli mövzudu tesekkurxanim qiz
18 aprel 2017 19:04
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!