Sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək istəyən hər şəxsə verilə bilməz. Qaydalara görə, nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslər sağlamlıq kağızı almalı, təlimdə olmalı, imtahan verməli, bir sözlə, yalnız tələb olunan proseslərdən keçdikdən sonra sürücülük vəsiqəsini ala bilər. Elə şəxslər də var ki, onlar, ümumiyyətlə, maşın idarə edə bilməzlər.
Milli.Az xəbər verir ki, hüquqşünas Vüqar Səfərlinin "Ekspress"ə bildirdiyinə görə, heç də hər kəs sürücü ola bilməz: "Məhkəmə qaydasında fəaliyyət qabiliyyətinin olmadığı təsdiqlənən şəxslər, ümumiyyətlə, avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin verilməsi yaş həddinə çatmayanlar da sürücülük vəsiqəsi ala bilməz. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxslərsə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir".
Səfərli qeyd edib ki, həm törətdiyi cinayət formalarına görə, həm də inzibati xəta törətdikdə sürücülərin sürücülük hüquqları məhdudlaşdırılır: "İnzibati xəta törədərkən iki aydan iki ilədək sürücülük hüququ məhdudlaşdırılır. Cinayət qaydasında isə 5 ilədək müddətdə sürücülük hüququndan məhrum edilirlər. Cinayət qaydasında bu həm əsas cəza kimi, həm də əlavə cəza kimi verilə bilər".
Hüquqşünasın dediyinə görə, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir: "İmtahanlar əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olur".
Onun sözlərinə görə, sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir: "Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdır. İmtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gün keçdikdən sonra qəbul olunmalıdır".
Qeyd edək ki, yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu təlimatın 4 saylı əlavəsinə uyğun formada protokolla sənədləşdirilir. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslılığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücülük vəsiqəsi almaq istəyən şəxs müəyyən prosedurlardan keçməlidir: "İstənilən şəxs sürücü ola bilməz. Buna həmin şəxsin sağlamlığı yol verməlidir. Şəxs öncə sağlamlıq kağızı almalıdır. Müayinə zamanı görmə və eşitmə orqanlarına diqqət yetirilir. Yüksək dərəcədə şəkər xəstəliyi olan insanlara avtomobil sürməyə icazə verilmir. Əgər bir şəxsin müayinə zamanı sürücülük üçün yararsız olduğu aşkar olunarsa, həmin şəxs nəticə ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət edə bilər".
Milli.Az
XƏBƏR LENTİ
Putindən qorxulu qərar
Hiperaktivsiniz?
Qonaq otağı dizaynı
Zərif düşüncə! - Qalib SEÇİLDİ!
Böyük sinə qadının həyatını cəhənnəmə çevirib - FOTO
Pəncənizə görə xasiyyətinizi öyrənin
Bu şəhər yer üzündən silinir
Hava haqqında
Nəsibə Zeynalovanın 100 yaşı tamam olur
Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Hansı tip ataya sahibsiniz?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Uçuq haqqında nə bilirik?
Bakı metrosundan Yeni il sürprizi
Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Instagram-da yeni funksiya istifadəyə verildi
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Dəri xərçəngi
Hava haqqında
Oktyabrın son günləri üçün hava proqnozu
Çin iqtisadiyyatı aktivləşir
Tanınmış aktrisa sevgilisinə evlilik təklif etdi - VİDEO
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
Dəriyə mənfi təsir edən 5 gizli səbəb
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Dərman ləkəsini necə çıxaraq?
Meray Keri 20 kqdan çox arıqladı-FOTO
Ekspert rəyi: Pulu haraya yatırmaq sərfəlidir?
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
İrəvanda böyük Qarabağ qorxusu
Toxluq hissi yaradan qidalar
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Belə də aparıcı olar?
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Möcüzə yağları
Gözəl jaketlər
Boyun və kürək ağrıları üçün 3 hərəkət
Mənzillər ucuzlaşacaq? - PROQNOZ
Ronaldonun görməmişliyi
Ermənistan ordusu itkilərinin sayını açıqladı
Yas mərasimlərində yenilik
Üzdəki sızanaqlar xəstəliklərdən xəbər verir
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Günün ulduz falı
Keti Perrinin dəlisov fanatı ölkədən sürgün edilir
Makiyaj fırçalarını necə təmizləməli?
İnessa M-in-"Nağıl" adlı broş kolleksiyası
Cəbhədə uşaq yaralandı
Sevgililər gününü necə qeyd edək?