Bakıda hava 22°
USD 1.7008 AZN
EUR 2.0342 AZN
24 sentyabr 23:06Iceberg Kim var, kim yox )) 24 sentyabr 15:20Iceberg Hər vaxtınız xeyir olsun, necəsiz?
37712

Günümüzün aktual problemi: SELFİEMANİYA

Günümüzün aktual problemi: SELFİEMANİYA

Milli.Az lent.az-a istinadən Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadənin məqaləsini təqdim edir.

"Selfie" sözü tərcümədə "mən" mənasını verir. Lakin müasir həyatımızda bu sözə özünün şəklini çəkmək kimi izah vermək olar. İnsan özünün şəklini çəkən zaman əlbəttə ki, heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin hər bir marağın bir dərəcəsi var - bir zaman normal sayılan o biri dərəcədə artıq anormal sayılır.

Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfiedən asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daim selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişinə cəhdlər, şəklin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir. Bir müddətdən sonra insan tərəfindən problem müəyyən ola bilər. Lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün daha da çox dozanı (şəkil sayını) artırmaq istəyir.

Ən böyük problem isə gözəl şəkilləri çəkmək üçün riskə gedən insan sayılır. İnsanda azart o qədər yüksək nöqtəyə çatır ki, insan qarşısı alınmaz olur.

Bəzi alimlər bu xəstəliyi narsissizm sayır, digərləri meyl və adət pozuntularına aid edir ki, biz də məqalədə sırf meyl pozuntusu kimi qəbul edirik. Lakin əlbəttə, sual yaranır ki, niyə məhz selfie, adi şəkil yox? Narsissizm mərhələsini hər bir insan inkişaf dövründə keçdiyi kimi, bizim instinktlər bazasında buna özünü qoruma hissinin bir hissəsi ilə rastlaşa bilirik. Lakin niyə bu instinkt bizi qorumağa deyil, dağıtmağa yönəlir?! Bu sualın cavabına yalnız psixoanaliz cavab verə bilər.
 
Gün ərzində 5 selfie şəklinin çəkilib və sosial şəbəkədə nümayişi artıq SOS siqnalıdır.  Bu xəstəliyin müalicəsi hər bir digər psixi pozuntular kimi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə ilə yanaşı psixoterapiyanın müxtəlif növləri istifadə edilə bilər: psixoanaliz, CBT və rasional psixoterapiya. Ən əsası isə həyat tərzini dəyişməklə, həyata yeniliklər qatmaqla, insanı öz daxili resurslarını tanımaqla xəstəlikdən uzaqlaşdırmaq mümkündür.

Milli.Az

Səslərin sayı: 0
0
336
Loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır