Antonio Banderas 10 avqust 1960-cı ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlmişdir. Uşaqlıq yaşlarında ən böyük arzusu futbolçu olmaq idi. Ancaq ayaq nahiyyəsindən ciddi bir zərbə aldığına görə o, arzusundan əl çəkməli oldu. Aktyorluğa olan yüksək marağı, Milos Formanın yüksək tamaşaçı kütləsi toplayan filmi “Hair” (1979) ilə ortaya çıxmışdır.
1983-cü ildə kino kariyerasına ilk addımlarını atan Banderas, 1990-cı ildə Almadovarın “Tie Me Up! Tie Me Down!” adlı filmində porno ulduzunu qaçıran və özünə aşiq edənə qədər onu yatağa bağlı saxlayan xarizmatik bir ağıl xəstəsini canlandırdı. Bu filmdən sonra marağını “Hollywood”a yönləndirən aktyor, Arne Glimcherin Pulitzer mükafatlı bir romandan götürdüyü “The Mambo Kings” adlı filmdə rol aldı.Hələ çox gənc və təcrübəsi az olan Banderas, bu filmdə rola çəkilmək üçün Berlitz məktəbində təhsil alaraq ingilis dilində danışıq qabiliyyətini artırdı. 1993-cü ildə başrollarda Tom Hanks və Dezel Washingtonun çəkildiyi “ Philedelphia” adlı filmdə QİÇS-ə yaxalanan sevgilisinə təsəlli verməyə çalışan bir cinsi azlığı canlandırdı. Müxtəlif xarakterləri məharətlə canlandıran aktyor, ard-arda Jeremy İrons, Meryl Streep və Gleen Close kimi oyunçuların yer aldığı “The House of the Spirits” (1993), Neil Jordanın “İnterview with the Vampire”, Salma Hayeklə “ Desperado” (1995) adlı filmlərlə məşhurluq qazandı. Bu illər ərzində bir çox filmləri dünya ekranına çıxdı.
1995-ci ildə “Two Much” adlı filmdə tərəf müqabili Melanie Griffith`ə aşiq olan Banderas, 8 illik həyat yoldaşı Anna Lezadan boşandı və bir il sonra Griffith ilə evləndi. “Evita” filmində Madonna ilə birlikdə rol aldı. 1998-ci ildə Catherine Zeta Jones ilə birlikdə “The Mask of Zorro” adlı filmdə rol oynadı. Demək olar ki, bu illər ərzində Banderas bir çox filmlərə imza atdı.
1999-cu ildə rejissorluğa imza atan aktyor, Griffthin baş rola çəkildiyi “Crazy in Alabama”nı ekranlaşdırdı. 2000-ci ildə “Play in to the Bone” , “The White River Kid”, “The Sparrow” adlı filmlərə çəkildi.Antonio Banderas 2001-ci ildə uşaqlardan bəhs edən filmə çəkildi.Ardından bir neçə filmlərə çəkildi, ancaq uşaqları unuda bilmədi.Elə bu səbəbdən də “Shrek” cizgi filmində pişik personajını səsləndirdi və böyük marağa səbəb oldu. Banderasın rol aldığı və yayımlanan ən son filmlərdən biri isə “My Mom`s New Boyfriend” filmidir.
Dünyaca məşhur olan aktyorun geniş tamaşaçı kütləsi, izləyənləri vardır. Hətta kişilər üçün hazırlanan bir ətir brendi də onun adı ilə bağlıdır.
XƏBƏR LENTİ
Məktəbə kağız dərsliklər əvəzinə elektron dərsliklər aparmaq olarmı? - AÇIQLAMA
Serenay Sarıkaya "Çukur"a gəlir
Cəfərinin faydaları
Yer kürəsinin əkizi tapıldı
Dünyanın ən kiçik ölkələri
Şagirdlərin tətil müddətləri qısaldılacaq
Günün ulduz falı - 29.12.2013
Gökçə Bahadır 2 milyona ev aldı-FOTO
Parfüm: saxta məhsulu necə tanımalı
Bulqurun inanılmaz faydaları
Selülitdən yaxa qurtarmanın yolları.
Uşağı "pis yetişdirməyin" yolları (II)
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Bunları söyləyərkən rahat olun (1-ci hissə)
Künbəz tort (foto-resept)
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
2013 MTV Film mükafatları mərasimi
Bergüzarı "Şabaniye"yə bənzətdilər-FOTO
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Kremli kek (foto resept)
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
1,1 milyon insan qarət olundu
Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü
"Çelsi" "Real Madrid"in forvardını almaq istəyir
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Pulu qənaətlə necə xərcləməli?
Anar Məmmədxanovun vəfatından 5 il ötür
Armudlu piroq(foto resept)
İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır
Qurban bayramında neçə gün iş olmayacaq?
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dişimizdəki bakteriyalar
Musiqidən alınan keyfin sirri açıldı
Əmziyin xeyri və ziyanı
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
HAVA necə olacaq?
2019 gəlin makiyajı trendləri
2012-ci ilin bilərzikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aktrisa 21 il sonra məzunu oldu
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
İtalyan deserti (foto resept)
Hər kəsin təhlükəsizliyi təmin olunur
- ŞƏRHLƏR