Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünya ictimaiyyətinə müraciət edib.
Milli.Az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
"Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, bütün dünya ictimaiyyətinə müraciət edirik. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında "qara ləkələr" kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini daima narahat edir.
İki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasəti aparılır. Bu siyasətin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, bu ərazilərdə uydurma "Böyük Ermənistan" dövlətini yaratmaqdır.
İki əsr ərzində soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxıb. Bütövlükdə, iki milyona yaxın azərbaycanlı qonşu xalqlara nifrət və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş erməni ekstremizminin fəlakət və dəhşətlərini öz taleyində yaşayıb. Bu qədər xəyanət və zərbələrə məruz qalmasına baxmayaraq, xalqımız soyqırımı və deportasiya faktlarını uzun zaman ictimai müzakirəyə çıxarmaq, beynəlxalq aləmdə ifşa etmək imkanına malik olmayıb. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanıb və ifşa olunub. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilib, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsinə, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin yayılmasına təkan verilib.
Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırımı əməllərinə dair təkzibolunmaz faktları geniş əhatəli şəkildə beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Bəşərə qarşı gerçək cinayətlər layiqli qiymətini almadıqca saxta ittihamlar ayaq tutur. Özlərini soyqırımı qurbanı kimi təqdim edən erməni ekstremistləri, Azərbaycan xalqına qarşı həyata keçirdikləri gerçək soyqırımı cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır! Bu saxta ittihamlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcəkdir, ədalət öz yerini tutacaqdır, inşallah!
Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, dünyanın müxtəlif nöqtələrində həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır. Azərbaycanın əzəli torpaqları - hazırda erməni işğalında olan ərazilərimizdə dini-mənəvi abidələrimizə qarşı həyata keçirilməsi davam edən vandal hərəkətləri, o cümlədən, Şuşadakı Gövhər Ağa məscidində aparılan qazıntı işlərini tarixi həqiqətlərin, mədəni irsin mənsubiyyətinin saxtalaşdırılması cəhdi, xalqımıza qarşı mənəvi soyqırımı kimi dəyərləndirir, dünya ictimaiyyətini belə halları qətiyyətlə pisləməyə çağırırıq.
Biz dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməyiblər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almayıb. Baxmayaraq ki, Xocalı faciəsi Holokost, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamlarla bir sırada dayanır. Bəşəriyyət insanlığa qarşı cinayətləri nifrətlə damğalamalı, insan sifətini itirmiş qatillərin əməllərini lənətləməlidir. Bütün səmavi dinlərin müqəddəs kitablarında əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək - bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!
Biz, Azərbaycanın din xadimləri, hər il olduğu kimi, bir daha dünya ictimaiyyətinə müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!".
Milli.Az
XƏBƏR LENTİ
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Festivala bir gün qaldı
10 dəqiqədə 10 min xərclədi-FOTO
Soyuqdəyməyə qarşı "şorba" (foto-resept)
Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur
68 yaşlı qadın ilk dəfə ana oldu - FOTO
Hamiləliyi riskə salan səbəblər
Bürclərin aciz olduğu xəstəliklər (2)
Ezgi Mola ərə gedir-FOTO
Məktəbi bitirməyənlərə fürsət
Quru maya maskası
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Toxumaq dərsi-7
Ebola necə yayılır
Bir yerdə idman edək-5
Ailə quracaq şəxslərə qadağa
Pinqvin salati (foto resept)
Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Polyaklar dilimizi öyrənəcəklər
"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar
Ariana Grande yeni klipi ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_VİDEO
İnsan bədəninə ziyan vuran ayaqqabılar
Ölümə meydan oxuyan model-FOTO
Yumurtalı pomidor dolması (foto-resept)
Cəhənnəm dəhşətini yaşamış insanlar
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-16 Sentyabr
Hər birimiz Ermənistana zərbə vuraq!
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı
Quru saçlar üçün yumurta maskası
Göbələkli taco (foto-resept)
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
Bu ölkənin əhalisi 150 min azalıb
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
Dağda ruhlarla danışdılar
LC Waikiki
Eşq
Yaponiyanın ən uzun müddətli Baş naziri
Pizza xəmiri (foto resept)
Vitaminlərin sirləri
Makiyaj etmədən gözəl görünməyin yolları
20 dəqiqəyə arıqla
Braziliya yığmasından rekord
Fərqli manikür nümunələri
Tanrıya yetərincə şükür edirikmi?
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
Sezarın ölümü haqqında bilmədiklərimiz...
Vanna qəbulu