Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.
Milli.Az vətəninfo-ya istinadən xəbər verir ki, tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin erməni millətindən olan Krakovyan adlı müəllimin götürəcəyi məlum olur.
"Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun mənə qarşı hərəkətləri, fikirləri tamam dəyişmişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra, mövzumu dəyişdim və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşdım.
İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə məndə səhvlər çıxarmağa çalışdı. Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Çıxışımdan sonra bütün tələbələr məni alqışladıqda erməni müəllim daha da qəzəblənirdi", - deyən Fatimə bildirdi ki, imtahandan sonra Krakovyan ona imtahanın cavabını e-mail adresinə göndərəcəyini bildirir.
Krakovyan Fatimənin e-mail ünvanına göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.
Fatimə Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Universitetinin rəhbərliyinə məlumat verir. Lakin ali məktəb rəhbərliyi Krakovyanın 15 ildən artıq müddətdə burada çalışdığını, indiyədək ondan şikayət edilmədiyini əsas gətirərək, ona qarşı heç bir cəza görmür. Bir müddət sonra isə Polşa Respublikasının təhsil naziri universitetdə hansısa bir tədbirə qatılır. Bu vaxt Fatimə naziri yaxınlaşaraq Krakovyanın ona qarşı haqsızlıq etdiyini, Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.
Təhsil naziri Fatimənin dinlədikdən sonra göstəriş verir və Krakovyan universitetdən qovulur.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü Şirəliyeva Fatimə Kamil qızı 2014-2015-ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilib. Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, universitetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çevrilib. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, universitet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif layihələrini dəstəkləyir.
Milli.Az
XƏBƏR LENTİ
"Hercai"nin məşhur ulduzu erməni imiş-FOTO
Nəslihan Atagül "Dəmir qadın" obrazında...
Məşhur aktrisa övladının cinsiyyətini gizlədə bilmədi-FOTO
Süddən tikilən məscid
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi
Zəhərlənmə
Kartoflu-soğanlı piroq
Qış aylarında immuniteti gücləndirən qidalar
Yupiterdə vulkan püskürdü-ŞOK FOTO
Məhəbbət və sevgi gülü - Qızılgül
ABŞ ərəb ölkələrindən dəstək istədi
Bu ilin sonuna qədər bürcləri nə gözləyir? - Ekstrasens yazır...
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Prezident İlham Əliyev İranda rəsmi səfərdədir
ABŞ-ın tanınmış aktyoru vəfat edib
"Qara siyahı"ya 435 nəfər düşdü
Arıqladan yağlar
Payız dekorasiyası
Heyvanlar aləmindən
Azərbaycanda hava şəraiti dəyişəcək
Maykl Ceksona aid filmin qalmaqlı davam edir
Pişik balaca qızı xilas etdi
Professordan şad xəbər: "Virus bu payız yox olacaq"
Burak Deniz əsgər getdi
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Şotlandiya Avropada ən savadlı ölkədir
Sabahın HAVAsı
Qara, tutqun Toyota GT86
25 yaşından sonra niyə kökəlirik?
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
Yuxusuz ana olmaq istəmirsinizsə
Yumurta içlikli pomidor (foto resept)
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
Gəlin toyda qızılların ağırlığından yeriyə bilmədi
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Kimlərə “alkoqolik” demək olar?
Bakıda bu qəsəbə plana düşüb?-SİYAHIYAALMA BAŞLADI
Həftənin ilk iş günü yağışlı olacaq
Südlü şirniyyat (foto-resept)
Eşqin rəngi hansıdır?
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Çində fantastik kitabxana açıldı: BUNA İNANMAQ OLMUR - FOTOLAR
Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı
Hər bir işdə bir xeyir varmış
Dünyanı yeni təhlükə gözləyir: Antarktida parçalanır
Yol Polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
- ŞƏRHLƏR