İndiki zamandayıq dostum. Keçmiş, arxa qapıların birində qaldı. Gələcək isə önümüzdə duran qapının arxasındadır. Amma deyəsən bu qapıları tez-tez açıb, içəri keçməklə yoruluruq. Qolumda bir saat yoxdur. Taxmaq istəmirəm biləklərimə zamanı. Yaşamaq istədiyimin fərqindəyəm. İntiharlar üçün heç bir səbəb yoxdur. Deməli bu hissədə şanslı insanam?! Bax dostum, önümdə duran qapıları açmaq deyəsən bezdirici hala çevrilir. Gələcək dediyimiz əslində özü gəlir. Yəni sənə demək istədiyim odur ki, zamana burax hər şeyi. O, önündəki qapı da zamanı gələndə özü açılacaq. Tələsirik, lənət olsun ki, çox tələsirik. Üstəlik, bəzən keçmişin qapılarını qurdalayırıq. Bəzən istəmədən qulpundan tutub açırıq. Dostum, bəs niyə o, qapıdan içəri daxil oluruq?! Nəyə lazımdır axı keçmiş qapıya əl vurmaq?! Yox... Mən deyəsən başa düşürəm. Biz insan varlıqları öz-özümüzə əzab verməyi sevirik. İki saat günün xoş getsə, qalan saatı cəhənnəm kimi yaşamağa sanki borclu olursan. Hey... Ordasan?! Sənə bir söz deyəcəm. İndiki zamanda yaşamaq daha gözəldir. Nə bilim, bəlkə də bunun adını mükəmməllik qoymalıyam. Yox... Yox... Çox mükəmməldir deməliyəm. Özünü zamanın qanadlarına atmaq. Sən gələcəyə doğru uçmursan. Sadəcə yerindəcə durursan və gözləyirsən ki, gələcək özü gəlsin. Bir də ayılıb görürsən ki, gələcəyin qapısı öz-özünə açılır.
Səni çox istədiyimi bilirsən. Axı sən mənim içimdə yaşayan bir insansan. Görünməz bir insan. Sadəcə daxilimdən gələn bir səssən. Əgər hələ də məni dinləyirsənsə, sənə bir dənə də fikir söyləmək istəyirəm. Bu dünya təkcə pis insanların əlində ölmür. Yaxşılıq etməyi istəyən, amma bunu etməkdən çəkinən şəxslərin əlindən də yaralanır. Onlar elə hey yaxşılıq etmək üçün xəyallar qururlar. Lakin güvənsizlikləri görüb, xəyallarında saxlayırlar. Dünya həmin insanlara ümüd edir həmişə. Amma onları belə görəndə, yaralanır. Ümüdünü gündən-günə əridir. Bəlkə də bu həyata sadəcə yağış yaraşır. Keçmişdən yox, gələcəyə yaxın, indiki zamanın sərhədsiz sahəsində təbiəti hiss etmək deyəsən hər bir insan üçün rahat olacaq. Qapıları bəlkə də özümüz açmağa tələsməməliyik. Zaman, nə qədər zəhərli bir dərman olsa da, ehtimalı hələ də var ki, xeyirli bir ölümə aparsın.
Ceyhun Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Maraqlı İlluziyalar
2018-ci ilin unudulmaz tərz sahibi məşhurlar
Koalaların nəsli kəsilə bilər
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
Günün ulduz falı
Ön cəbhədə şiddətli atışma
"Bakıdakı qalmaqal qorxulu yuxu idi, onu unutmaq lazımdır"
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
Gözəl sırğalar
"Jozefina" tortu (foto resept)
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
8 May-Şuşanın işğalı günüdür!
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Həzmi asanlaşdıran çaylar
Tülin Şahin
Rihanna yeni albomla geri qayıdır!
Mədəmizi döndərən DÖNƏRlər
Məşhur aktrisa koronavirusa yoluxdu
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Bir ilə 90 kq arıqladı-FOTO
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Ramazanın 25-ci günüС‚ duası
Xoşa gəlməz ağız qoxusunun qarşısını necə almalı?
Cəbhədə son durum
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Azərbaycan qatarlarında möhtəşəm yenilik
Evdə bəzənə biləcək tort formaları
İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Kişilər sosial şəbəkələrdə
İnternetdə davranış milyonlarla itki yaratdı
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Günün ulduz falı
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Koronavirusla bağlı son STATİSTİKA
Qeyri-adi ayaqqabılar
Bu ölkə Putinlə savaşa girir?
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
Dişləri ağartmağın təbii yolları
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
2011-ci ilin çılçıraq modelləri
İlanların sayı artıb
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
2018/2019 Qış gözəllik trendləri